73
Topun ötürülməsi və qəbulu.
İcra texnikası.
Sinif hər birində bərabər
saylı iştirakçıları olan komandalara bölünür.
Meydançada oyun sahəsi iştirakçıların
hazırlıq səviyyəsinə müvafiq olaraq cızılır.
Yarışacaq
komanda
cütlükləri
müəyyənləşdirilir. Hər komandanın bir
kapitanı seçilir. Kapitanlar meydançanın əks
tərəflərində cızılmış
dairənin içərisində
dayanırlar. Hər bir komanda topu digər
komandanın arxasında dayanmış kapitanına
ötürməyə çalışırlar. Rəqib komanda topu ələ
keçirməyə çalışır.
Topu biri birinə ötürmyə
və çiləməyə icazə verilir. Topla qaçmaq
olmaz. Öz kapitanına daha çox ötürmə etmiş
komanda qalib hesab olunur.
Topun çilənməsi və ötürülməsi
İcra texnikası.
Sinif hər birində 5-6
iştirakçıları olan komandalara bölünür və
diametri 5-6m
olan dairənin içərisində
yerləşirlər. Start siqnalı ilə birinci iştirakçılar
topu dairə boyu çiləyərək ikinci iştirakçıya
ötürür və arxada dayanır. Daha tez çıxış
vəziyyətinə qayıdan komanda qalib hesab
edilir.
Topun çilənməsi.
İcra texnikası:
meydançada eni 2-2,5m,
uzunluğu 4-5m olan bir neçə yol çəkilir.
Bütün şagirdlər “motoskletçidirlər”.
Hər bir
yolun nizamlayıcısı vardır. Bütün şagirdlər
topu çiləyərək yolla irəliləyirlər. nizamlayıcı
qırmızı bayrağı qaldırdıqda
həmin yol
“bağlanır”. Həmin yolda olan şagirdlər topu
yerində
çiləyirlər.
yol
“açıldıqda”
irəliləmədə
çiləyərək
yenidən
çıxış
vəziyyətinə, yolun başlanğıcına qayıdırlar.
Dostları ilə paylaş: