71
və hərəkətin icrası yenidən başlayır.
Topun qəbulu və ötürülməsi.
İcra texnikası.
Sinif
bərabər
saylı
iştirakçıları olan komandalara bölünür.
Komandalar aralarında 2-3m məsafədə
cərgədə üz-üzə dayanırlar.
Cərgələr bitişik
addımlarla müəyyən olunmuş yerə qədər
hərəkət etməklə topu biri-birinə ötürürlər.
cərgənin
sonunda
dayanmış
şagird
nişanlanmış yerə çatdıqda
və topu qəbul
etdikdə cərgənin arxası ilə qaçaraq önə keçir
və oyun davam edir.
Topun qəbulu və ötürülməsi.
İcra texnikası.
Üç şagird
aralarında üç-dörd
metr məsafə olan üçbucaq yaradırlar.
Siqnala müvafiq olaraq topu dairə boyu bir-
birinə ötürürlər. (1,2,3 top istifadə etmək
olar). Bu ötürmələr
bir neçə variantda icra
edilə bilər, məsələn, dairə boyunca hərəkət
etməklə topun
dairə istiqamətində və əks
istiqamətdə ötürülməsi.
Topun qəbulu və ötürülməsi.
İcra texnikası.
Sinif iki komandaya bölünür
və dairə boyu cərgədə düzülürlər. hər
komandada bir aparıcı müəyyən olunur.
Start siqnalı ilə aparıcı topu yan tərəfdəki
yoldaşına ötürür
və əks tərəfdən dairə boyu
qaçaraq öz yerinə qayıdır. Topu qəbul edən
2-ci oyunçu hərəkəti təkrar edir. Bütün
iştirakçılar topu ötürüb
dairəni qət etdikdən
sonra və ilkin çıxış vəziyyətinə qayıtdıkda
oyun başa çatır. Hərəkəti daha tez qurtaran
komanda qalib gəlir.
Dostları ilə paylaş: