Əsas texnoloji proseslərə aiddir: avtomobilin qəbulu və təhvil verilməsi, TQ, o cümlədən yığışdırma-yuma, nizamlama, nəzarət-diaqnostika işləri; təmir, o cümlədən sökmə-yığma, bərpa, tənəkəçi-qaynaq, rəngləmə, antikorroziya və başqa işlər; digər xidmət növləri (avtomobilin yenidən avadanlıqlaşdırılması, istismara hazırlıq, özünəxidmət postlarının təqdim edilməsi, satışdan qabaq hazırlıq, avtomobillərin satışı, ehtiyat hissələrinin satışı, alətlərin, ləvazimatların və qulluq vasitələrinin satışı, TQ və təmir üçün əvvəlcədən sifarişlərinin qəbulu, yolda texniki kömək, nasaz avtomobillərin nəql edilməsi, pullu duracaqlarda avtomobillərin saxlanması, TQ və CT, qorunma və istismar üzrə məsləhətlərin verilməsi, qəzadan sonra avtomobilin təmir xərclərinin və ya qalıq dəyərinin hesablanması, abonent xidməti, təmir olunmuş aqreqatların, qovşaqların, hissələrin komission üsulla satılması, işlənmiş AKB-nin və başqa elementlərin qəbulu, texniki baxışa hazırlıq və DYP-yə təqdim etmək üçün müvafiq arayışın verilməsi. Yeni iş və xidmət növləri tətbiq edilə bilər.
Dostları ilə paylaş: |