Azərbaycan Respublikası Təhsil Nazirliyi azərbaycanda ali pedaqoji TƏHSİLİn məzmununun təKMİLLƏŞDİRİLMƏSİ



Yüklə 268,65 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix22.10.2023
ölçüsü268,65 Kb.
#159811
növüTədris planı
1   2   3   4   5   6
jrn2017 169

“Azərbaycan məktəbi” 2017/2
29


Azərbaycan Respublikası Təhsil Nazirliyi
dəyişikliklər edildi.
Qərarda göstərilir ki, tədris işinin 
qeyri-qənaətbəxş təşkili nəticəsində respub­
likanın pedaqoji ali təhsil müəssisələri öz 
məzunlarına məktəbdə müstəqil işləmək 
üçün əsaslı peşə bilikləri verə bilmirlər.
Daha sonralar tədris planlarının daha 
da yaxşılaşdırılması və təkmilləşdirilməsinə 
“Ali və orta ixtisas təhsilli mütəxəssislərin 
hazırlanmasının, bölünməsinin və istifadə 
olunmasının yaxşılaşdırılm ası haqqında” 
qərar (30 avqust 1954-cü il) xeyli kömək 
etdi. Bu qərarda ali təhsil müəssisələrinin 
tədris planlarının icbari tədris məşğələləri ilə 
yüklənməsi, eyni materialların m üxtəlif 
fənlərdə təkrar olunması və həmçinin isteh­
salat təcrübəsinin təşkilinin qeyri-təkmil 
olması göstərilirdi.
Partiya və hökumətin qərarlarındakı 
bu vəzifələri nəzərə alaraq SSRİ Ali Təhsil 
Nazirliyi ölkənin 
pedaqoji 
ali 
təhsil 
müəssisələri üçün yeni tədris planları təsdiq 
etdi. Bu tədris planları respublikanın peda­
qoji ali təhsil müəssisələrinin tədris planları­
nın əsasını təşkil etdi. Bu tədris planları 
SSRİ Ali Təhsil Nazirliyi tərəfindən 15 okt­
yabr 1954-cü ildə təsdiq edildi.
Pedaqoji ali təhsil müəssisələrinin 
1954-cü il tədris planları 1951-ci ildəki 
tədris planlarından aşağıdakı xüsusiyyətlə­
rinə görə fərqlənirdi: bəzi ixtisaslar üzrə 
(tarix, coğrafiya) öyrənilən fənlərin miqdarı 
azaldılmadığı halda, Azərbaycan dili və 
ədəbiyyatı ixtisasında fənlərin sayı 41-dən 
25-ə, təbiətşünaslıq və kimya fakültəsində 
33-dən 
29-a 
endirilmişdi. 
Beləliklə, 
Pedaqoji İnstitut üzrə fənlərin ümumi sayı 
28 fənn azaldılmışdı ki, bu da ümumi 
fənlərin 13% -ni təşkil edirdi.
Bununla yanaşı qeyd etmək lazımdır 
ki, pedaqoji, tədris və istehsalat təcrübəsinə
ayrılan saatların ümumi miqdarı artırılmışdı. 
Bütün ixtisaslar üzrə belə artım təqribən 
1000 saat təşkil edirdi ki, bu da 1954-cü il 
tədris planlarının vacib və müsbət cəhət­
lərindən idi.
Yeni tədris planları fizika-riyaziyyat 
fakültəsində bir sıra texniki fənlərin (tədris 
emalatxanalarında praktikum, rəsmxəti, 
tədris kinosunun metodikası, maşmşünaslı- 
ğın əsasları, istilik texnikası, elektrotexnika, 
radiotexnika və s.) öyrənilməsinə böyük 
diqqət yetirirdi.
1954-cü ilin tədris planları da nöq­
sanlardan xali deyildi. Əvvəlki tədris planla­
rından fərqli olaraq burada pedaqoji fənlər 
üzrə tələbələrin nəzəri hazırlığına xidmət 
edən fənlər xeyli ixtisar edilmişdi: psixolo­
giya kursu 17 saat, pedaqogika tarixi 26 saat, 
məktəb gigiyenası 18 saat ixtisar edilmişdi.
Məqbul və imtahanların sayında 
ciddi dəyişikliklər baş verməmişdi. Pedaqoji 
ali təhsil müəssisələrinin 1954/1955-ci tədris 
ilinin planlarında nöqsanların olmasına bax­
mayaraq onların gələcək müəllimlərin peşə- 
pedaqoji hazırlığı sahəsində tələblərin ödə­
nilməsi işində universitetin tədris planları ilə 
müqayisədə böyük üstünlüyə malik idi. Pe­
daqoji ali təhsil müəssisələrinin 1954/1955-ci 
dərs ilinin tədris planlarında pedaqoji fənlərə 
xeyli yer ayrılmışdı. Bunu universitetlərin o 
vaxtkı tədris planları haqqında demək 
olmaz. Bundan əlavə, universitetlərin tədris 
planlarında pedaqoji fənlərin sayı hər 
fakültədə fərqli idi. Pedaqoji ali təhsil 
müəssisələrinin tədris planlarında pedaqoji 
fənlərə ayrılan saatların miqdarı universitet 
tədris planlarındakına nisbətən 2-3 dəfə çox 
idi. O dövrdə universitetin məzunlarının 
təqribən 80%-nin orta məktəbdə müəllim 
işlədiyini nəzərə alsaq, bu halı normal hesab 
etmək olmaz. 1957/1958-ci dərs ilində ali
30



Yüklə 268,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin