“Azərbaycan məktəbi” 2017/2 pedaqoji təhsil müəssisələrinin tədris planla
rında ciddi dəyişikliklər edildi. 1954-cü ilin
tədris planlarından fərqli olaraq pedaqoji ali
təhsil müəssisələrinin 1957/1958-ci dərs
ilindəki tədris planlarından məktəb gigiye
nasına ayrılan saatların miqdarı 36 saata
qədər artırıldı.
60-cı illərdə pedaqoji ali təhsil
müəssisələrində yüksək ixtisaslı müəllim
kadrlarının hazırlanması istiqamətində xeyli
səmərəli işlər həyata keçirildi. “Məktəbin
həyatla əlaqəsinin möhkəmləndirilməsi və
SSRİ-də xalq təhsili sisteminin daha da inki
şaf etdirilməsi haqqında” qanuna müvafiq
olaraq respublikanın pedaqoji ali təhsil
müəssisələrinin tədris planları və proqramla
rında müəyyən dəyişikliklər edildi.
Məktəb haqqında qanunda nəzərdə
tutulanları həyata keçirmək üçün tədris plan
larını daha da təkmilləşdirmək məqsədilə
onlara yenidən baxılması vacib idi. Həm də
1957/1958-ci illərin tədris planlarında tədris
işinin təşkilində və müəllimlərin praktiki
hazırlığının məzmununda müəyyən nöqsan
lar var idi. Yeni tədris planlarına əsasən icti
mai və pedaqoji-psixoloji fənlər əvvəlki
həcmdə qaldı. Pedaqoji fənlərin tədrisi
təkmilləşdirildi, xüsusilə psixologiya kur
sunda yaş psixologiyasının öyrənilməsi
nəzərdə tutuldu.
Geniş profilli müəllim hazırlığı ide
yası özünü doğrultmurdu. Tələbələr hər iki
ixtisas üzrə yaxşı hazırlaşa bilmirdilər.
İxtisasın hər ikisini yüksək səviyyədə
öyrənmək çətinlik törədirdi. Digər tərəfdən
pedaqoji ali təhsil müəssisələrində təlim
müddətinin artırılması da müəllim kadrları
na olan ehtiyac baxımından özünü doğrult
madı. Bununla əlaqədar Sov. İKP MK və
Nazirlər Sovetinin 9 may 1963-cü il
qərarının həyata keçirilməsi ilə əlaqədar ola
raq 1963/1964-cü tədris ilində pedaqoji ali
təhsil müəssisələrinin tədris planlarında yeni
dəyişikliklər edildi. Pedaqoji ali təhsil
müəssisələrində müəllimlərin bir ixtisas üzrə
hazırlanmasının yeni tədris planları təsdiq
edildi.
ADU-nun 1959-cu ildəki yeni tədris
planı əvvəlki tədris planlarından xeyli
fərqlənirdi. Bu tədris planlarında təlimin
təcrübə ilə əlaqələndirilməsi xeyli güclən
dirilmişdi. Bir çox fakültələrdə (şərq, fizika,
kimya, biologiya) mühazirə saatları ilə
müqayisədə praktik saatların miqdarı xeyli
artırılmışdı. Filologiya, tarix, coğrafiya və
riyaziyyat fakültələrində nəzəri və praktiki
məşğələlər arasındakı saatların nisbəti o
qədər də fərqlənmirdi.
Universitetin yeni tədris planları
onunla fərqlənirdi ki, onlarda pedaqogika,
digər fənlərin metodikası və pedaqoji
təcrübənin keçirilməsi genişləndirilmişdi.
1964-cü ildə universitetin tədris
planlarına yenidən baxıldı. Yeni tədris planı
1959-cu ilin tədris planlarından bəzi
fakültələrdə pedaqoji fənlərin ixtisar olun
ması ilə fərqlənirdi. Universitetdə pedaqoji
fənlərə ayrılan saatların ümumi həcmi artı
rılsa da, pedaqoji institutlarla müqayisədə bu
saatların miqdarı xeyli az idi. Universitetin
məzunlarının 80%-dən çoxunun pedaqoji
sahəyə işə göndərilməsini nəzərə alsaq, bu
həmin saatların azlığının müəllim kadrları
hazırlığına mənfi təsir göstərməsi qənaətinə
gəlməyə imkan verir. Həmin dövrdə pedaqo
ji institutların proqramlarında da dəyişik
liklər edildi, yerli əhəmiyyət kəsb edən
fənlərin yeni proqramları yaradıldı. Bu
müddət ərzində pedaqogikadan 3 proqram
nəşr edildi. 1960-cı ilin əvvəlində SSRİ Ali
və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən
müttəfiq respublikaların pedaqoji institutla-
31