Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


- Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 89



Yüklə 329,5 Kb.
səhifə14/17
tarix25.12.2016
ölçüsü329,5 Kb.
#2966
1   ...   9   10   11   12   13   14   15   16   17
88 - Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)

89 - Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar

90 - Qısamüddətli bank kreditləri



15№-li "MATERİALLARIN TƏDARÜKÜ VƏ ƏLDƏ EDİLMƏSİ" HESABI

Bu hesab dövriyyədə olan vəsaitlərə aid qiymətlilərin (azqiymətli və tezköhnələn əşyalar və s. daxil edilməklə) tədarükü və əldə olunması haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur.

Mal satanların hesablaşma sənədləri ilə müəssisəyə daxil olmuş maddi sərvətlərin alış dəyəri 15№-li "Materialların tədarükü və əldə edilməsi" hesabının debetində əks etdirilir. Bu zaman bu və ya digər qiymətlilərin haradan daxil olması və materialların tədarük edilməsi və müəssisəyə gətirilməsi üzrə məsrəflərin xarakterindən asılı olaraq 60№-li "Malsatan və podratçılarla hesablaşmalar", 20№-li "Əsas istehsalat", 23№-li "Köməkçi istehsalat", 71№-li "Təhtəlhesab şəxslərlə hesablaşmalar", 76№-li "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" və s. hesabların krediti ilə müxabirləşdirilməklə yazılış aparılır.

Müəssisəyə həqiqətən daxil olmuş və mədaxil edilmiş maddi sərvətlərin dəyəri 10№-li "Materiallar" və ya 12№-li "Azqiymətli və tez-köhnələn əşyalar" hesabı ilə müxabirləşdirilməklə 15№-li "Materialların tədarükü və əldə edilməsi" hesabının kreditində əks etdirilir.

Əldə edilmiş (tədarük edilmiş) maddi sərvətlərin faktiki maya dəyəri üzrə hesablanmış dəyəri ilə, uçot qiymətləri üzrə dəyəri arasındakı fərq məbləği 15№-li "Materialların tədarükü və əldə edilməsi" hesabından 16№-li "Materialların dəyərində olan kənarlaşmalar" hesabına silinir.



Yüklə 329,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin