04№-li "Qeyri-maddi aktivlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:
Kredit üzrə
06 Uzunmüddətli maliyyə
qoyuluşları
48 Sair aktivlərin satışı
58 Qısamüddətli maliyyə
qoyuluşları
87 Əlavə kapital
Debet üzrə
08 Kapital qoyuluşları
-
Kassa
-
Hesablaşma hesabı
-
Valyuta hesabı
55 Banklarda olan xüsusi hesablar
-
Təsisçilərlə hesablaşmalar
-
Müxtəlif debitor və kreditorlarla hesablaşmalar
-
Əlavə kapital
-
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)
05 №-li "QEYRİ-MADDİ AKTİVLƏRİN AMORTİZASİYASI (KÖHNƏLMƏSİ)" HESABI
05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)" hesabı müəssisənin mülkiyyətində olan qeyri-maddi aktivlərin köhnəl-məsi üzrə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
Qeyri-maddi aktivlərin köhnəlməsinin həcmi onların ilk dəyərindən və səmərəli istifadə müddətindən asılı olaraq (müəssisənin fəaliyyət müddətindən artıq olmayaraq) müəyyən edilmiş normalar üzrə hər ay hesablanır.
Səmərəli istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlərin köhnəlmə norması, on il müddətinə müəyyən edilir (müəssisənin fəaliyyət müddətindən artıq olmayaraq).
Qeyri-maddi aktivlər üzrə hesablanmış köhnəlmə məbləği istehsal məsrəflərini (tədavül xərclərini) uçota alan hesabların debetində, 05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)" hesabının kreditində əks etdirilir. Qeyri-maddi aktivlərin ayrı-ayrı obyektləri üzrə köhnəlmənin hesablanması onların səmərəli istifadə müddəti ərzində yerinə yetirilir.
Qeyri-maddi aktivlər xaric olduqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar üzrə hesablanmış köhnəlmə məbləği 05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)" hesabının debetindən, 48№-li "Sair aktivlərin satışı" hesabının kreditinə silinir.
05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)" hesabı üzrə anali-tik uçot qeyri-maddi aktivlərin növləri və ayrı-ayrı obyektləri üzrə aparılır.
Dostları ilə paylaş: |