01 №-li "Əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:
Debet üzrə Kredit üzrə
01 Əsas vəsaitlər 01 Əsas vəsaitlər
03 Uzun müddətə icarəyə götürülmüş 06 Uzunmüddətli maliyyə qoyuluşları
əsas vəsaitlər
08 Kapital qoyuluşları 09 Daxil olası icarə öhdəlikləri
30 Qeyri-əsaslı işlər
75 Təsisçilərlə hesablaşmalar 47 Əsas vəsaitlərin satışı və sair
xaric olmaları
-
Əlavə kapital 58 Qısamüddətli maliyyə qoyuluşları
-
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 87 Əlavə kapital
Əsas vəsaitlərin müəssisədən çıxmasının uçotu
Müəssisədə gündəlik aparılan təsərrüfat fəaliyyəti nəticəsində əsas vəsaitlərin çıxması əməliyyatları baş verir. Əsas vəsaitlərin obyektləri müəssisədən müxtəlif səbəblər nəticəsində çıxa bilər.
Əsas vəsaitlər aşağıdakı səbəblər nəticəsində yəni, satıldıqda, ləğv edilib silindikdə, əvəzsiz olaraq başqa təşkilata və fiziki şəxsə verildikdə, maliyyə qoyuluşu qaydasında digər müəssisələrin kapitalında iştirak payı kimi verildikdə, inventarlaşma nəticəsində əskikgəlmə müəyyən olunduqda, müəssisənin tabeçiliyində olan başqa müəssisəyə verildikdə (daxili yerdəyişmə) müəssisədən çıxa bilərlər.
Bazar iqtisadiyyatı şəraitində müəssisəyə hər hansı bir əsas vəsait lazım olmadıqda, onun satınalmasını həll etməyi düşünür. Alıcı ilə onun alqı-alqı şərtləri və satış qiyməti müəyyənləşdirilir. Bu isə bilavasitə satılması nəzərdə tutulan əsas vəsaitin qalıq dəyərindən, onun keyfiyyət səviyyəsindən və ona olan tələbdən asılıdır. (Ümumiyyətlə, müəssisənin satacağı əsas vəsaitin qiyməti onun qalıq qiyməti səviyyəsindən, ondan aşağı və yuxarı müəyyən oluna bilər.
Əsas vəsaitin satış üçün buraxılması mövcud olan qaydalara əsasən icra olunur. Belə halda əsas vəsaitə cavabdeh olan maddi-məsul şəxs əmtəə-nəqliyyat qaiməsi tərtib edir və vəsaiti alan müəssisə nümayəndəsindən vəkalətnamə alaraq buraxılış əməliyyatını icra edir. Əmtəə-nəqliyyat qaiməsində əsas vəsaitin adı, texniki göstəriciləri, ilkin, bərpa dəyəri, istismar dövründə hesablanmış amorti-zasiya məbləği əks olunmalıdır. Lazım olduğu halda həmin sənədlərə əsas vəsaitin texniki xarakteristikasını və digər sənədlər əlavə oluna bilər.
Bır sıra hallarda əsas vəsaitin tamamilə istifadə olunması imkan olmadıqda, müəssisənin onları ləğv etmək və balansdan silmək hüququ vardır.
Əsas vəsaitlərin müəssisədən çıxmasının səbəblərinin müxtəlif olmasına bax-mayaraq (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar müəssisədən çıxan zaman onların dəyəri 01№-li «Əsas vəsaitlər» hesabından 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının debetinə silinir. Tamamilə xarab olmuş, yaxud çatışmayan əsas vəsaitlərin ilk dəyərlərinin silinməsi zamanı da bu cür mühasibat yazılışı tərtib edilir.
Əsas vəsaitlərin hesablaşma əsasında ödənişi aparıldıqda satışdan daxil olan pul vəsaiti üzrə 62№-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının debe-tinə və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmaları» hesabının kreditinə yazılış aparılır. 51№-li «Hesablaşma hesabı»nın debetinə və 62№-li «Alıcılar və sifarişçilərlə hesablaşmalar» hesabının kreditinə yazmaqla uçotu aparılır.
Əsas vəsaitlərin ləğv olunub silinməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1 iyun 1998-ci il tarixli əmri ilə qəbul olunmuş «Əsas vəsaitlərin ləğv edilmiş haqqındakı təlimata müvafiq olaraq həyata keçirilir və müəssisə rəhbərinin təsdiq etdiyi akt əsasında mühasibat uçotunda aşağıdakı yazılışlar aparılır:
-
əsas vəsaitlərin ilk dəyəri 47№-li «Əsas vəsaitlərin və sair xaric olmalar» hesabının debeti, 01№-li «Əsas vəsaitlər» hesabının kreditinə;
-
silinən əsas vəsaitlərin köhnəlmə məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetinə və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının kreditinə;
-
Silinən (ləğv edilən) vəsaitlərin köhnəlməsində iştirak edən işçilərin əməyinin ödənilməsinə hesablanılan məbləğ 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının debetinə və №-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabının kreditinə;
ç) əsas vəsaitlərin ləğvi nəticəsində əldə edilən material qiymətlərinin dəyəri mümkün istifadə qiyməti ilə 10№-li «Materiallar», 12№-li «Azqiymətli və tezköhnələn əşyalar» hesab-larının debetinə, 47№-li «Əsas vəsaitlərin satışı və sairə xaric-olmalar» hesabının kreditində əks olunur.
Hesabat dövrünün sonunda 47№-li «Əsas vəsaitlərin satışı və sairə xaric olmalar» hesabı bağlanır və həmin hesabın debet və kredit dövriyyələri arasındakı fərq müəyyənləşdirilir və 80№-li «Mənfəət və zərərlər» hesabına silinir. Debet dövriyyəsinin kredit dövriyyəsindən çox olması əsas vəsaitlərin müəssisədən çıxmasından əldə edilən zərəri, kredit dövriyyəsinin debet dövriyyəsindən çox olması isə alışın mənfəətini göstərir.
Dostları ilə paylaş: |