Nəqliyyat vasitələrinə - aşağıdakılar aiddir:
1. Dəmiryol, su, avtomobil nəqliyyatı vasitələri (elektrovozlar, teplovozlar, parovozlar, motovozlar, motodrezinlər, vaqonlar, platformalar, sisternlər, teploxodlar, paroxodlar, dizel-elektroxodları, yedəklər, barjlar, barkalar, qayıqlar, xidmətedici və köməkçi gəmilər, xilasedici gəmilər, üzən körpülər, yelkənli gəmilər, yük və minik avtomobilləri, qoşqular, öz yükünü boşaldan avtomobillər, avtosisternlər, avtobuslar, traktorlar və bu kimi başqa nəqliyyat vasitələri).
-
Hava nəqliyyatı vasitələri (təyyarələr, vertolyotlar və başqaları).
-
Araba nəqliyyatı (araba, xizək və başqaları).
-
İstehsalat nəqliyyatları (elektrokarlar, motorollerlər, velosipedlər və başqaları).
-
Bütün növ idman nəqliyyatları (idman atlarından və başqa iş heyvanlarından başqa).
İstehsalat alətlərinə və təsərrüfat inventarlarına - Ümumi təyinatlı əmək vəsaitləri, materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri, tikinti-quraşdırma işlərində material emalı üçün bütün növ qurğular və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır:
-
Alətlər: - ümumi təyinatlı mexanikləşdirilmiş və mexanikləşdirilməmiş əmək vasitələri, həmçinin materiallar emal etmək məqsədilə maşınlara quraşdırılmış əmək predmetləri. Bunlara aiddir: - kəsmək, zərbə endirmək, əzmək və bərkitmək kimi işləri görmək üçün nəzər-də tutulmuş əl əməyi alətləri, elektrik enerjisinin, sıxılmış havanın və başqalarının vasitəçiliyi ilə işləyən mexanikləşdirilmiş əl əməyi alətləri (elektrik dreli, kraskapult, elektrovibrator və başqaları), həmçinin tikinti-quraşdırma işlərində material emalı üçün uyğunlaşdırılmış bütün növ qurğular və başqaları (məngənələr, patronlar, mühərriklərə quraşdırılmış xüsusi bölücü başlıqlar və avtomobillərdə olan kardan valını çevirmək üçün xüsusi qurğular və başqaları).
-
İstehsalat inventarları və ləvazimatları: - iş vaxtı istehsalat əməliyyatlarının asan yerinə yetirilməsinə kömək etmək üçün nəzərdə tutulan istehsalat predmetləri (iş stolları, verstaklar, kafedralar, partalar və başqaları), əməyin mühafizəsi üçün uyğunlaşdırılmış xüsusi avadanlıqlar, maye və dənəvər səpələnən şeylərin saxlanması üçün qablar (baklar, novlar, yeşiklər, hovuzlar, çənlər və başqaları), ticarət şkafları və stellajları, inventar taralar, texniki təyinatlı predmetlər və başqaları istehsalat inventarları və ləvazimatlarına aiddir.
-
Təsərrüfat inventarları: - dəftərxana və təsərrüfat inventarları adı daşıyan predmetlər (müxtəlif dəftərxana mebelləri, daşınan sədlər, asılqanlar, qarderoblar, müxtəlif şkaflar, divanlar, stollar, kreslolar, yanmayan şkaflar və yeşiklər, yazı makinaları, hektoqraflar və başqa əl ilə surətçoxaldan və nömrəvuran aparatlar, daşınan çadırlar, çarpayılar, xalçalar, portyerlər və başqa təsərrüfat inventarları, həmçinin yanğından mühafizə predmetləri (hidropultlar, stenderlər, əl nərdivanları və başqaları) təsərrüfat inventarlarına aiddir.
İşçi və məhsuldar heyvanlara - işçi heyvanlar (atlar, öküzlər, dəvələr və başqa) idman atları və sairə. İnəklər, camışlar, ana marallar, damazlıq donuzlar və sairə. Onlar isə belə qruplaşdırılır:
-
İşçi heyvanlar: - atlar, öküzlər, dəvələr və başqa işçi heyvanlar (idman atları və başqa nəqliyyat heyvanları da daxil olmaqla) işçi heyvanlara aiddir.
-
Məhsuldar və damazlıq heyvanlar: - inəklər, döl öküzləri, camışlar, döl kəlləri, döl ayğırları, ilxıya qoşulmuş damazlıq madyanlar, damazlıq dəvələr, döl nərləri, ana marallar, döl üçün erkək marallar, döl qabanları, damazlıq donuzlar, damazlıq qoyunlar, damazlıq keçilər, döllük qoçlar, döllük təkələr və başqaları məhsuldar və damazlıq heyvanlara aiddir.
Kitabxana fondu - vahidinin (nüsxəsinin) qiymətindən asılı olmayaraq bütün növ elmi, bədii, tədris və xüsusi növ ədəbiyyatlar və başqa nəşrlər.
Dostları ilə paylaş: |