Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 329,5 Kb.
səhifə7/17
tarix25.12.2016
ölçüsü329,5 Kb.
#2966
1   2   3   4   5   6   7   8   9   10   ...   17
Əsas vəsaitlərin təmirinin uçotu

Əsas vəsaitlərin işlək vəziyyətini təmin etmək üçün onların təmiri vacib məsələlərdən hesab olunur. Təmirin öz vaxtında və yüksək keyfiyyətlə aparılması işin ahəngdarlığına müsbət təsir göstərir, maşın və avadanlıqların boş dayanmasının qarşısını alır. Hər bir müəssisədə aparılan işin həcmindən və xarakterindən asıl olaraq əsas vəsaitlərin cari və əsaslı təmiri aparılır.

Əsaslı təmir nəticəsində əsas vəsaitlərin bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə əsas vəsait-lərin vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Əsas vəsaitlərin əsaslı və cari təmiri təsərrüfat üsulu podrat üsulu ilə aparıla bilər.

Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Əsas vəsaitin təmiri ilə əlaqədar olan bütün məsrəflər podratçı təşkilata mühasibatlığında uçota alınır. Podratçı tikinti təşkilatları tərtib olunmuş əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesab-qaimə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərinə sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilat ilə aparılan təmir üzrə hesablaşmaların uçotu 60№-li «Malsatan podratçılarla hesablaşmalar» hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilatla hesablanan (ödənməli borc məbləği) məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qrupu və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23№-li «Köməkçi istehsalat» hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir. Məsrəflərin mühasibat uçotunda əks olunması təmirin aparılması formasından, təmir həcmindən və aparılma vaxtından asılıdır.

Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır:



  1. Təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20№-li «Əsas istehsalat», 23№-li «Köməkçi istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 44№-li «Tədavül xərcləri» hesablarının debetinə və 10№-li «Materiallar», 70№-li «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar», 71№-li «Təhtəlhesab şəxslərlə hesablaşmalar» və s. hesabların kreditinə;

  2. təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20№-li «Əsas istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 26№-li «Ümumi təsərrüfat xərcləri», 44№-li «Tədavül xərcləri» hesablarının debetinə və 60№-li «Malsatan və podratçılarla hesablaşmalar» hesabının kreditində əks olunur.

Müəssisələrdə böyük həcmdə təmir işlərinin aparılmasını təmin etmək üçün təmir fondu yaradılır. Təmir işlərinə məsrəflərin tərtib olunmuş plan-smetasına əsasən bu fonda ayırma-ların həcmi müəssisənin özü tərəfindən müəyyən edilir. Bu fond mühasibat uçotunda 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» adlı passiv hesabının «Təmir fondu» subhesabında uçota alınır.

İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunvericiliyə və digər normativ aktlara əsasən nizamlanır. Bu və ya digər məbləğlər üzrə ehtiyatların yaradılması istehsal məsrəfləri, yaxud tədavül xərclərini uçota alan hesablarla müxabirləşdirilməklə 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının kreditində əks etdirilir.

Əvvəlcədən ehtiyatı yaradılmış faktiki xərclər və ödənişlər müəssisənin sexləri tərəfindən aparılmış əsas vəsaitlərin təmiri dəyərində 23№-li «Köməkçi istehsalat» və digər hesablarla müxabirləşməklə, 89№-li «Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar» hesabının debetinə yazılır.
Əsas vəsaitlərin köhnəlməsinin (amortizasiyasının) uçotu

Əsas vəsaitlər istifadə olunması nəticəsində köhnəlir, özünün ilkin keyfiyyəti və istifadə olunması imkanları azalır. Köhnəlmə fiziki və mənəvi formada özünü göstərir.

Əsas vəsaitlərin fiziki köhnəlməsi ilə əlaqədar özünün fiziki keyfiyyətini itirir və vəsait işlənməz vəziyyətə düşür. Əsas vəsaitlərin mənəvi köhnəlməsi ölkələrdə aparılan elmi-texniki inkişafla əlaqədar olaraq onların dəyərinin aşağıya düşməsi və daha məhsuldar vəsaitlərin yaranması ilə əlaqədardır.

02№-li "Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)" hesabı müəssisənin öz mülkiyyətində olan və uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Əsas vəsaitlərin tam bərpası üçün köhnəlmə (amortizasiya) keçmiş SSRİ Nazirlər Sovetinin 22 oktyabr 1990-cı il tarixli 1072№-li əmri ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 26 noyabr 1990-cı il tarixli 536№-li qərarı ilə Azərbaycan SSR-də tətbiqinə icazə verilən "SSRİ xalq təsərrüfatında əsas fondların tam bərpa-sına hesablanan amortizasiya ayırmalarının vahid normaları" əsasın-da hər ay hesablanaraq məhsulun (işin, xidmətin) maya dəyərinə və tədavül xərclərinə daxil edilir.

Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il, 21-46 №-li əmri ilə Respublika Statistika Komitəsinin 08 iyun 1998-ci il, 8/6-36 №-li razılığı əsasında «Köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə təlimat»da mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar balanslarında olan əsas vəsaitlərin (fondların) balans (ilkin, bərpa) dəyərinə köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunu tətbiq etmək müəyyənləşdirilmişdir.

Lakin Azərbaycan Respublikasının 11 iyul 2000-ci il tarixli, 905-11 saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nin 114-cü maddəsinə amortizasiya ayırmaları və gəlirdən əsas vəsaitlər üzrə çıxılan məbləğlərə dair bir sıra yeni qaydalar müəyyən edilmişdir. Beləliklə, əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:

a) binalar, tikililər və qurğular - 7 faizədək;

b) maşınlar, avadanlıqlar və hesablama texnikası – 25 faizədək;

c) digər əsas vəsaitlər - 20 faizədək;

ç) geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə

çəkilən xərclər – 25 faizədək;



  1. qeyri-maddi aktivlər – istifadə müddəti məlum olmayanlar üçün - 10 faiz,

istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə

mütənasib məbləğlərlə.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq edilməklə hesablanır.

Binalar, tikililər və qurğular (bundan sonra tikili.br) üçün amortizasiya ayırmaları hər tikili üzrə ayrılıqda aparılır.

Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə (amortizasiya) hesabladıqları üçün qəbul olunmuş illik köhnəlmə (amortizasiya) normalarını 12 aya bölməklə aylıq köhnəlmə normalarını müəyyən edirlər.

Mövcud qanunvericiliyə görə torpaq, incəsənət əsərləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən köhnəlməyə məruz qalmayan digər aktivlər amortizasiya olunmur.

Mühasibat uçotunda aylıq hesablaşmanı köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabında əks olunur. 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı passiv hesab olub müəssisənin öz mülkiyyətində olan, uzun müddətə icarəyə götürülən əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Vəsaitlərə qanunvericilikdə nəzərdə tutulmuş normalarla hesablanmış köhnəlmə (amortizasiya) məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində, istehsal (tədavül) xərclərini uçota alan hesabların, yəni 20№-li «Əsas istehsalat», 23№-li «Köməkçi istehsalat», 25№-li «Ümumi istehsalat xərcləri», 26№-li «Ümumi təsərrüfat xərcləri», 44№-li «Tədavül xərcləri» hesabının debetində əks etdirilir. Bu müxabirləşmədə əsas vəsaitin harada yerləşməsindən asılı olaraq həmin hesabda yazılış aparılır.

İcarəyə verilmiş əsas vəsaitlərə (uzun müddətə icarəyə verilənlərdən başqa) hesablanmış köhnəlmə (amortizasiya) məbləğləri 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kreditində və 80№-li «Mənfəət və zərər» hesabının debetində əks etdirilir. Tam amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanmır.

Müəssisənin mülkiyyətində olan əsas vəsait obyektləri təsərrüfatdan çıxdıqda (satıldıqda, silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlara hesablanmış köhnəlmə məbləği 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının debetində və 47№-li «Əsas vəsaitlərin satışı və sair xaric olmalar» hesabının kreditində əks etdirilir. Tamamilə xarab olmuş yaxud çatışmayan əsas vəsaitlərə hesablanan köhnə məbləğlərinin silinməsi zamanı da eyni yazılış tərtib edilir.

02№-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabı üzrə analitik uçot hər bir əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.



Yüklə 329,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin