03№-li "Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər" hesabı aşağıdakı hesablarla müxabirləşdirilir:
Debet üzrə Kredit üzrə
97 icarə öhdəlikləri 01 Əsas vəsaitlər
02 Əsas vəsaitlərin köhnəlməsi
(amortizasiyası)
97 icarə öhdəlikləri
Qeyri-maddi aktivlərin uçotu və amortizasiyası (köhnəlməsi)
04№-li "Qeyri-maddi aktivlər" hesabı müəssisələrin mülkiyyətində olan qeyri-maddi aktivlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Obyektlərin qeyri-maddi aktivlərə aid edilmə qaydası və onların tərkibi qanunverici və başqa normativ aktlarla nizamlanır.
Qeyri-maddi aktivlər qeyri dövriyyə aktivlərinin ayrılmaz hissəsidir. Müəssisənin qeyri-maddi aktivlərinə təsərrüfat fəaliyyətində uzun müddət istifadə edilən, gəlir gətirən torpaq sahələrindən, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, “Nou-hau”, proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir.
Qeyri-maddi aktivlərin uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq olunmuş «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»a uyğun olaraq aparılır.
Qeyri-maddi aktivlər uçot və hesabatda onların alınmasına və planlı məqsədlərə işlənməsi üçün düzəldilib yararlı hala salınmasına çəkilən xərclərlə (ilkin dəyərlə) əks etdirilir və istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən müəyyən edilmiş xüsusi köhnəlmə normaları əsasında hər ay köhnəlmə hesablanaraq məhsulun maya dəyərinə, tədavül xərclərinə silinməklə ödənilir. Faydalı istifadə müddətini müəyyən etmək mümkün olmayan qeyri-maddi aktivlər üzrə köhnəlmə normalan 10 il müddətinə müəyyən edilir.
Qeyri-maddi aktivlər 04№-li «Qeyri-maddi aktivlər» hesabında ilk dəyərlə uçota almır. Bu dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:
- təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üzrə tərəflərin razılığına əsasən;
- digər müəssisə və şəxslərdən pulla əldə edilmiş obyektlər üçün bu obyektlərin əldə edilməsi və hazır vəziyyətə gətirilməsi üzrə faktiki məsrəflərdən asılı olaraq;
- digər müəssisə və şəxslərdən əvəzsiz alınmış obyektlər üçün müəssisənin daim fəaliyyətdə olan qiymətlərinə komissiyanın müəyyən etdiyi dəyərlə.
Qeyri-maddi aktivlərin qalığı və hərəkətinin uçotu 04№-li «Qeyri-maddi aktivlər» sintetik hesabında aşağıdakı sənədlərə əsasında icra olunur:
-
qəbul-təhvil aktı;
-
səhmdarlar cəmiyyətinin idarə heyətinin və ya səhmdarların ümumi yığıncağının protokolu;
-
qeyri-maddi aktivlərin silinməsinə dair aktlar.
Qəbul olunan və çıxan qeyri-maddi aktivlərin ilkin sənədlərində onların ətraflı rekvizitləri - yəni onların faydalı istifadə olunma vaxtı, ilkin dəyərləri, amortizasiya hesablanması qaydaları, istifadəyə verilmə tarixi, çıxmasının tarixi və səbəbi əks olunmalıdır.
04№-li «Qeyri-maddi aktivlər» hesabı üzrə analitik uçot qeyri-maddi aktivlərin növləri və ayrı-ayn obyektləri üzrə aparılır. Bununla əlaqədar olaraq hər bir obyekt üzrə xüsusi formada kart tərtib olunur.
Müəssisəyə daxil olan bütün qeyri-maddi aktivlər kapital qoyuluşu hesab olunmaqla 08№-li «Kapital qoyuluşları» hesabının 6№-li «Qeyri-maddi aktivlərin əldə edilməsi» subhesabında əks olunur. Səhmdarlar cəmiyyətlərində səhmdar tərəfindən nizamnamə kapitalı kimi verdiyi qeyri-maddi aktiv.br tərəflərlə razılaşdırılmış qiymətlərlə 04№-li «Qeyri-maddi aktivlər» hesabının debetinə və 75№-li «Təsisçilərlə hesablaşmalar» hesabının kreditinə yazılış aparılır.
Hesablanmış amortizasiya ayırmaları birbaşa 04№-li "Qeyri-maddi aktivlər" hesabının kreditinə (05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabından istifadə etmədən) silinən obyektlərdən başqa bütün qeyri-maddi aktivlərin amortizasiyası 05№-li "Qeyri-maddi aktivlərin amortizasiyası" hesabında uçota alınır.
Təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan qeyri-maddi aktivlər mədaxil edildikdə 04№-li "Qeyri-maddi aktivlər" hesabının debetində və 75№-li "Təsisçilərlə hesablaşmalar" hesabının kreditində əks etdirilir.
Digər müəssisə və şəxslərdən pulla əldə edilmiş qeyri-maddi aktivlər 04№-li «Qeyri-maddi aktivlər» hesabının debetinə və 08№-li «Kapital qoyuluşları» hesabının kreditinə yazılmaqla mədaxil edilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəzsiz alınmış qeyri-maddi aktivlərin mədaxili 04№-li «Qeyri-maddi aktivlər» hesabının debetində. 87№-li «Əlavə kapital» hesabının kreditində əks etdirilir.
Qeyri-maddi aktivlər müəssisədən məxaric olunduqda - yəni satıldıqda. Silindikdə, əvəzsiz olaraq başqasına verdikdə 48№-li «Sair aktivlərin satışı» aktiv-passiv hesabında uçota almır. 48№-li hesabın kreditində satılan qeyri-maddi aktivin satış qiyməti əks olunur. Həmin hesabın kreditində köhnəlmə məbləği do əks olunmalıdır. 48№-li «Sair aktivlərin satışı» hesabının debetində məxaric olunan vəsaitin ilkin dəyəri əks olunur.
Bütün hallarda qeyri-maddi aktivlərin məxaric olunmasında uçotda aşağıdakı yazılışlar aparılır:
Debet hesab 48 «Sair aktivlərin satışı»;
Kredit hesab 04 «Qeyri-maddi aktivlər».
Toplanmış köhnəlmə (amortizasiya) üzrə:
Debet hesab 05 «Qeyri-maddi aktivlərin köhnəlməsi»:
Kredit hesab 48 «Sair aktivlərin satışı»
48№-li «Sair aktivlərin satışı» hesabı üzrə debet (zərər) və ya kredit (gəlir) qalığı cari hesabat dövründə 80№-li «Mənfəət və zərər» hesabına silinir.
Yəni mənfəət üzrə:
Debet 48 «Sair aktivlərin satışı»;
Kredit 80 - «Mənfəət və zərərlər».
Zərərlər üzrə:
Debet 80 «Mənfəət və zərərlər»;
Kredit 48 «Sair aktivlərin satışı».
Qeyri-maddi aktivlər uzun müddət istifadə olunur və öz dəyərlərini tədricən istehsal olunmuş məhsulların dəyərinə keçirir. Bununla əlaqədar olaraq müəyyən olunmuş normalar üzrə qeyri-maddi aktivlərə hər ay köhnəlmə (amortizasiya) hesablanır.
Qeyri-maddi aktivlərə köhnəlmə hesablanarkən 20№-li «Əsas istehsalat», 25№-li «Ümumi təsərrüfat xərcləri» və sairə digər istehsalat xərclərini əhatə edən hesabların debetinə və 05№-li «Qeyri-maddi aktivlərin köhnəlməsi» hesabının kreditinə yazılış aparılır. Qeyri-maddi aktivlərin ayrı-ayrı obyektləri üzrə köhnəlmənin hesablanması onların səmərəli istifadə olunması müddəti ərzində yerinə yetirilir.
Qeyri-maddi aktivlər xaric olunduqda (satıldıqda. silindikdə, əvəzsiz olaraq verildikdə və s.) onlar üzrə hesablanmış köhnəlmə məbləği 05№-li «Qeyri-maddi aktivlərin amortizasiyası (köhnəlməsi)» hesabının debetindən 48№-li «Sair aktivlərin satışı» hesabının kreditinə silinir.
Bir qayda olaraq qeyri-maddi aktivlərin istifadə olunması müddəti təsərrüfat subyektlərinin özləri tərəfindən obyektin uçotda əks olunması vaxtından başlayır. Bir sıra hallarda qeyri-maddi aktivlərin istifadə olunması müddəti onların daxil olduğu vaxtdan istifadə olunmanın son vaxtı üzrə müəyyən olunur. Bu kimi obyektlərə patentlər. lisenziyalar və s. aid edilir. Qeyri-maddi aktivlərin bəzi obyektləri üzrə isə faydalı istifadə olunma vaxtı onların müəssisəyə gəlir gətirmək üçün olan vaxtı üzrə müəyyən olunur.
Qeyri-maddi aktivlər üzrə köhnəlmənin hesablanması obyektin daxil olduğu vaxtın növbəti ayının 1-dən etibarən aparılır və hesablanma obyektin tam uçotdan çıxdığı dövrə qədər davam etdirilir.
Qeyri-maddi aktivlərə hesablanmış köhnəlmə (amortizasiya) mühasibat uçotunda hesablanma vaxtı üzrə əks olunmalıdır. Hətta əməliyyatın hesablanıb uçotda əks olunması müəssisənin hesabat dövründəki fəaliyyətindən asılı olmayaraq icra olunur.
Qeyri-maddi aktivlər üzrə mühasibat uçotunun amortizasiyasının təşkilində iki mühüm məsələ həll olunur. Əvvəla qeyri-maddi aktivlərin dəyərinin azalması əks olunur, ikincisi yeni yaranmış məhsul dəyərində qeyri-maddi aktivin müəyyən hissə dəyəri uçotda öz əksini tapır.
Dostları ilə paylaş: |