Əsas vəsaitlərin daxil olmasının uçotu və sənədləşdirilməsi
Müəssisələrə əsas vəsaitlər yeni tikilmiş obyektlərin istifadəyə verilməsi, başqa təşkilatdan əvəzsiz daxil olması, müəssisə yaradılarkən nizamnamə kapitalı formasında səhmdarların verdikləri əsas vəsaitlər, digər müəssisə və şəxslərdən pulla alınan, müəssisənin özü tərəfindən hazırlanan əsas vəsaitlər formasında daxil olur. Mövcud olan əsas vəsaitlərin mühasibat uçotu onların təsnifatı qrup və yerləşdiyi obyektlər üzrə təşkil olunur.
Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması qəbul-təhvil aktı ilə rəsmiləşdirilir. Yeni tikilmiş və istifadəyə verilən əsas vəsaitlər isə xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə yoxlanıb, qəbul olunur və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilir. Dövlət komissiyasına yüksək səviyyəli mütəxəssislər, dövlət apara-tı mütəxəssisləri və digər maraqlı şəxslər daxil edilir. Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunur. Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə uyğunluğu, istifadəyə verildiyi tarix və s. göstərilir. Tərtib olunmuş akt ona əlavə olunmuş istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi mədaxil olunması və inventar kartı açmaq üçün müəssisə mühasibatlığına təqdim olunur. İnventar kartı müəssisədə əsas vəsaitlərin obyektlər üzrə uçotunun təşkili üçün açılır. İnventar kartında obyektin inventar nömrəsi, onun əsas göstəriciləri, ilkin dəyəri, amorti-zasiya hesablanması nömrəsi, köhnəlmə həcmi və s. göstərilir. İnventar kartı mühasibatlıqda xüsusi ayrılmış əsas vəsaitlərin uçotu üzrə jurnalda əks olunur. Əsas vəsait müəssisədən çıxarılarkən inventar kartı uçotdan çıxarılır. İnventar kartına əsasən müəssisə mühasibatlığında daxil olmuş və çıxarılmış əsas vəsaitlərin qruplar üzrə hərəkəti uçotu aparılır. Kiçik müəssisələrdə az miq-darda əsas vəsaitlərin olduğu halda onların obyektlər üzrə uçotu inventar kitabla-rında aparılır.
Əsas vəsaitlərin sintaktik uçotu aktiv hesab olan 01№-li «Əsas vəsaitlər» hesabında aparılır. 01№-li «Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzun-müddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. 01№-li «Əsas vəsaitlər» hesabının debetində əsas vəsaitlərin daxil olması, yenidən qiymətləndirilməsi, kreditində isə əsas vəsaitlərin çıxması və qiymətlərinin aşağıya salınması əməliyyatları əks olunur. Əsas vəsaitlərin köhnəlməsi 02№-li «Əsas vəsaitlərin köhnəlməsi» (amortizasiyası) hesabında uçota alınmalıdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 oktyabr 1995-ci il tarixli «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimat»da müəyyən olunduğu üzrə 01№-li «Əsas vəsaitlər» hesabında əsas vəsaitlər ilk dəyərləri ilə uçota alınır. Həmin dəyərlər obyektlər üzrə aşağıdakı qaydada müəyyən edilir:
-
təsisçilər tərəfindən müəssisəyə nizamnamə kapitalı kimi qoyulan obyektlər üçün tərəflərin müqavilə qiyməli ilə;
-
müəssisənin özündə hazırlanmış, həmçinin başqa müəssisə və şəxslər tərəfindən pulla alınmış obyektlər üçün daşınma və quraşdırma üzrə xərclər də daxil edilməklə quraşdırılmış (tikilmiş), yaxud alınmış obyektlərə faktiki məsrəflərdən asılı olaraq;
-
dövlət orqanlarından maddi yardını kimi digər müəssisə və şəxslərdən isə əvəzsiz alınmış obyektlər üçün ekspert yolu ilə, yaxud qəbul-təhvil sənədlərindəki məlumatlar üzrə müəyyən edilmiş dəyərlə.
Əsas vəsaitlərin daxil olmasının xarakterindən, yəni hansı mənbədən daxil olması ilə əlaqədar olaraq mühasibat yazılışı aparılır.
Təsisçilər tərəfindən müəssisənin nizamnamə kapitalına pay qoyulan əsas vəsaitlər mədaxil edildikdə 01№-li «Əsas vəsaitlər» hesabının debetində və 75№-li «Təsisçilərlə hesablaşmalar» hesabının «Nizamnamə (yığım) kapitalına qoyuluşlar üzrə hesablaşmalar» subhesabının kreditində əks etdirilir.
Dövlət orqanlarından maddi yardım kimi, digər müəssisə və şəxslərdən əvəzsiz alınmış əsas vəsaitlərin mədaxili 01№-li «Əsas vəsaitlər» hesabının debetində və 87№-li «Əlavə kapital» hesabının «Əvəzsiz olaraq alınmış sərvət» subhesabının kreditində əks etdirilir. Əgər əvəzsiz daxil olan əsas vəsaitlər qeyri-istehsal təyinatlıdırsa onda 87№-li hesabın əvəzinə 88№-li «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabı tətbiq edilir.
Müəssisənin özü tərəfindən yaradılmış yaxud başqa müəssisə və şəxslərdən pulla alınmış əsas vəsaitlər 01№-li «Əsas vəsaitlər hesabının debeti və 08№-li «Kapital qoyuluşları» hesabının kreditinə mühasibat yazılışını verməklə mədaxil edilir.
Göstərilən qaydada tikintisi başa çatmış və istismara verilmiş əsas vəsaitlər mühasibat uçotunda əks olunur. Burada obyektin tikintisi ilə əlaqədar olan və smeta-titul siyahısı, kapital qoyuluşu üzrə müəyyən olunmuş bütün məsrəflər tikintinin təsərrüfat və ya podrat üsulu ilə aparılmasından asılı olmayaraq 08№-li «Kapital qoyuluşları» hesabında əks olunmalıdır.
Dostları ilə paylaş: |