Binalara - bütün növ istehsalat və təsərrüfat təyinatlı binalar, o cümlədən idarə heyətinin yerləşdiyi binalar, sosial-mədəni obyektlər, xəstəxana, poliklinika binaları, internat evləri, qocalar və əlillər evləri, uşaq müəssisələri, kitabxana, muzey binaları, elmi-tədqiqat institutları, laboratoriyalar, sexlər və başqa istehsalat və təsərrüfatların yerləşdikləri bütün növ binalar aiddir.
Qurğulara (tikintilərə) - müəyyən texniki funksiyaları yerinə yetirən mühən-dis-texniki obyektlər, stadionlar, hovuzlar, yollar, körpülər, heykəllər, binaların hasarları, vodokaçkalar (suçıxaranlar), ictimai bağlar, bağçalar və bu kimi başqa qurğular aiddir.
Ötürücü qurğulara – elektrikötürücülər və xətlər, transmissiyalar və boru kəmərləri və bunlara aid olan bütün növ aralıq avadanlıqları və qurğuları, bir sözlə, istehlakçıya çatdırılacaq enerji, maye və qaz halındakı məhsulların ötürülməsində iştirak edən bütün növ avadanlıqlar, qurğular (bu kimi ötürücü qurğuların və avadanlıqların yerləşdiyi binalardan başqa) aiddir.
Maşın və avadanlıqlara - güc maşınları və avadanlıqları, iş maşınları və avadanlıqları, ölçü cihazları, tənzimləyici cihazlar və qurğular, laboratoriya avadanlıqları, hesablama texnikası, tibbi avadanlıqlar və ayrı-ayrı qruplar üzrə başqa maşın və avadanlıqlar aiddir. Bunlar təqribən aşağıdakı qaydada qruplaşdırılır:
-
Güc maşınları və avadanlıqlarına: - elektrik enerjisi və istilik hasil edən maşın-generatorlar və müxtəlif növ enerji (su enerjisi, külək enerjisi, istilik enerjisi, elektrik enerjisi və s.) hasil edən maşın-mühərriklər və bu kimi başqa güc maşınları və avadanlıqları aiddir.
-
İş maşınları və avadanlıqlarına: istehsalat prosesində mexaniki mühərriklərin, insan və heyvan gücünün köməyi ilə əmək predmetlərinin yerdəyişməsinə və istehsalat xarakterli işlərin (xidmətlərin) görülməsində, yaxud məhsul hazırlığı prosesində əmək predmetlərinə mexaniki, termiki və kimyəvi təsir göstərmək üçün nəzərdə tutulmuş maşınlar, aparatlar və avadanlıqlar aiddir.
-
Ölçü cihazlarına: - dozatorlar, ampermetrlər, barometrlər, vatt-metrlər, suölçənlər, vakuummetrlər, vaporimetrlər, voltmetrlər, hündürlükölçənlər, qalvanometrlər, geodeziya cihazları, hiqroskoplar, indikatorlar, kompaslar, manometrlər, xronometrlər, xüsusi tərəzilər, kassa aparatları və başqa ölçü cihazları aiddir.
-
Tənzimləyici cihazlar və qurğulara: - oksigenli tənəffüs cihazları, elektrik, pnevmatik və hidravlik qurğuları tənzimləyən cihazlar. avtomatik idarəetmə pultları, blokirovka və mərkəzləşdirmə aparatları, dispetçer nəzarəti üçün xətli qurğular və bu kimi başqa tənzimləyici cihazlar və qurğular aiddir.
-
Laboratoriya avadanlıqlarına: - pirometrlər, nizamlayıcılar, kalori-metrlər, nəmliyi müəyyən edən cihazlar, distillə qazanları, laboratoriya koprları, mikroskoplar, termostatlar, stabilizatorlar, sorucu şkaflar, mikroskoplar və başqa laboratoriya avadanlıqları aiddir.
-
Hesablama texnikasına: - elektron-hesablayıcılar, idarəçi və analoji maşınlar, rəqəmli hesablayıcı maşınlar və qurğular və bu kimi başqa hesablama texnikası aiddir.
-
Tibbi avadanlıqlara: - diş həkimləri üçün kreslolar, cərrahiyyə stolları, xüsusi avadanlıq bərkidilmiş çarpayılar, xüsusi dezinfeksiya avadanlıqları, qanköçürmə stansiyaları və bu kimi başqa tibbi avadanlıqlar aiddir.
-
Sair maşın və avadanlıqlara: - yuxarıdakı qruplarda adları çəkilməyən maşınlar, aparatlar və avadanlıqlar, yəni idman meydançalarının, binalarının, stadionların avadanlıqları və idman alətləri, təhsil müəssisələrində, emalatxanalardakı, kabinetlərdəki, otaqlardakı avadanlıqlar, kinoaparatlar, işıqlandırma aparatları, səhnə avadanlıqları, musiqi alətləri, televizorlar, radioaparatlar, elmi-tədqiqat müəssisələri və başqa müəssisələr üçün xüsusi elmi-tədqiqat avadanlıqları, avtomat-telefon stansiyalarının avadanlıqları, avtomobillərdə, at arabalarında yerləşdirilən yanğınsöndürən maşınlar, avadan-lıqlar, mexanikləşdirilmiş yanğın nərdivanları, paltaryuyan və paltartikən maşınlar, soyuducular, tozsoranlar və bu kimi başqa maşın və avadanlıqlar aiddir.
Dostları ilə paylaş: |