Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti


- Uzunmüddətli maliyyə qoyuluşları 08



Yüklə 329,5 Kb.
səhifə4/17
tarix25.12.2016
ölçüsü329,5 Kb.
#2966
1   2   3   4   5   6   7   8   9   ...   17
Sair əsas vəsaitlər - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə ağacları, dekorativ çoxillik əkmələr, muzey sərvətləri, heyvanxana eksponatları, tədris kinofilmləri və sairə. Onlar aşağıdakı kimi qruplaşdırılır:

  1. Çoxillik əkmələr: - yaşından asılı olmayaraq mədəni çoxillik əkmələr, bütün növ meyvə və giləmeyvə çoxillik əkmələri (ağaclar və kollar), küçələrdə, meydanlarda, parklarda, bağlarda, müəssisələrin ərazi bağçalarında, yaşayış binalarının həyətlərində və bu kimi başqa yerlərdə əkilən yaşıllaşdırma və dekorativ çoxillik əkmələr, qumsallığın və sahillərin bərkidilməsi məqsədilə əkilən çoxillik əkmələr, elmi-tədqiqat institutlarında, botanika bağlarında və bu kimi başqa yerlər-də tədqiqat və başqa məqsədlər üçün əkilən çoxillik əkmələr.

  2. Torpaqların yaxşılaşdırılması üzrə əsaslı məsrəflər: - kapital qoyuluşu hesabına aparılan torpaq sahələrinin əkin üçün planlaşdırılması, ərazinin kötükdən təmizlənməsi və əkinə hazırlanması, sahələrin daşlardan, kəsəklərdən, alaqlardan və başqa lüzumsuz bitkilərdən təmizlənməsi, kiçik təpəciklərin düzəldilməsi, nohurların təmizlənməsi və s. bu kimi torpaqların yaxşılaşdırılması işləri (tikinti və quraşdırma işləri ilə əlaqəsi olmayan işlər) əsaslı məsrəflərə aiddir.

  3. Muzey sərvətləri: - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq normativ sənədləri üzrə uçota alınan muzey sərvətləri (qiymətindən asılı olmayaraq).

  4. Heyvanxanalarda və digər analoji təşkilatlarda olan dünya heyvanlarının eksponatları (qiymətindən asılı olmayaraq).

  5. Dəyəri əsas vəsaitlərin dəyərinin təyin edilmiş minimum həddinin 1/20 hissəsindən çox olan səhnə vəsaitləri (dekorasiyalar, butaforlar, milli teatr geyimləri, pariklər və başqa rekvizitlər).

  6. Qiymətindən asılı olmayaraq nümunəvi layihələr üzrə sənədlər.

  7. Tədris kinofilmləri, maqnit lentləri (diskləri), kasetlər və başqa texniki proqram daşıyıcıları (qiymətindən asılı olmayaraq).

  8. Vahidinin və dəstinin dəyəri 100 manatdan yuxarı olan başqa inventarlar (uşaq oyuncaqları, xüsusi xizəklər və başqaları).

Əsas vəsaitlərin təsnifatı onların vəsait növləri ilə yanaşı forma (qrup) etibarilə təsnifləşdirilməsi müəyyən olunmuşdur. Beləliklə, əsas vəsaitlər istifadə olunma dərəcəsinə görə aşağıdakı formada təsnif olunur:

- İstifadə olan əsas vəsaitlər;

- Ehtiyatda olan əsas vəsaitlər.

Ehtiyatda olan əsas vəsaitlər bilavasitə müəssisədə istehsalın fasiləsiz fəaliyyətini təmin etmək üçün nəzərdə tutulur.

Əsas vəsait obyektləri üzərində mülkiyyət hüququ olması etibarilə təsnifi üzrə vəsaitlər:

- öz mülkiyyətində olan əsas vəsaitlərə

- digər müəssisələrdən icarəyə qəbul olunmuş əsas vəsaitlərə ayrılır.

Öz mülkiyyətində olan əsas vəsaitlərə müəssisənin öz vəsaiti ilə aldığı, apardığı tikinti əsasında hazırlanan, müəssisənin səhmdarları tərəfindən səhm hesabına verdikləri və nizam-namə kapitalına daxil olan və ya əvəzsiz verilən və əlavə kapitala daxil olan əsas vəsaitlər daxildir.

İcarəyə qəbul olunmuş əsas vəsaitlər o vəsaitlərdir ki, onlar icarə qaydalarına uyğun olaraq digər müəssisədən və ya şəxsdən müəyyən vaxta müvəqqəti istifadə olunması və bununla əlaqədar olaraq müəyyən qarşılıqlı razılaşdırılmış məbləğdə pul vəsaitinin ödənməsi əsasında qəbul olunur. Bır sıra hallarda icarəyə qəbul olunmuş əsas vəsaitlər icarəçi tərəfindən vəsaiti icarəyə verəndən ala bilər.



İstehsal xarakterində - istifadə olunma xarakterinə görə (istehsal, kommer-siya və s.) əsas vəsaitlər aşağıdakı bölgüyə ayrılır:

- istifadədə olan əsas vəsaitlər;

- istifadədə olmayan əsas vəsaitlər.

İstifadədə olan əsas vəsaitlər o vəsaitlər adlanır ki, onlar müəssisənin istehsal fəaliyyətində bilavasitə iştirak edir. Məsələn, maşınqayırma zavodunda əsas istifadədə olan istehsal maşın və avadanlıqları bilavasitə məhsul istehsalında istifadə olunur və öz dəyələrini tədricən istehsal olunmuş məhsulun dəyərinə keçirir və onlara hesablanmış köhnəlmə (amortizasiya) məbləği istehsal və ya tədavül xərclərinə keçirilir.

İstehsalda olmayan əsas vəsaitlər müəssisə istehsal fəaliyyətində bilavasitə iştirak etmir və öz dəyərlərini istehsal olunmuş məhsulun dəyərlərinə keçirmir. Lakin nəzərə almaq lazımdır ki, həmin vəsaitlərin iştirakı olmadan maddi istehsalın fəaliyyəti qeyri-mümkündür. Məsələn maşınqayırma müəssisəsində qeyri-istehsal xarakterli əsas vəsaitlərə binalar, uşaq və məktəbəqədər bağça və avadanlıqlar, özəlləşdirilmiş mənzil fondu, yeməkxanalar, idman-sağlamlıq kompleksləri və sairə aid edilir ki, bunların da müəssisədə əhəmiyyəti böyükdür.

Əsas vəsaitlərin dəyərlərinin istehsal olunmuş hazır məhsulların dəyərlərinə keçirmələrində iştirakına görə əsas vəsaitlər aşağıdakı qruplara ayrılır:

- fəal xarakterinə əsas vəsaitlər;

- qeyri fəal xarakterli əsas vəsaitlər;

Fəal xarakterli əsas vəsaitlər müəssisə fəaliyyətindəki gördüyü işi saat hesabı ilə ölçülür və nəticə müəyyən olunur (məsələn avtomaşınların işi kilometr-saat ölçüsü, kombaynın işi fəziki hektar və s.).

Qeyri fəal xarakterli əsas vəsaitlərə binalar, tikintilər, avadanlıqlar və başqa-ları aid edilir ki, onların müəssisə istehsal fəaliyyətini müəyyən ölçü vahidi ilə ölçmək mümkün deyildir.

Əsas vəsaitlərin uçotunun təşkilində mühüm məsələlərdən biri də onların qiymətləndirilməsidir. Əsas vəsaitlərin dəyəri amortizasiya (köhnəlmə) hesablan-masına təsir edir və buna görə də onun məsrəflərinin artmasına səbəb olur.

Mühasibat uçotunda əsas vəsaitlər müxtəlif qiymətlərlə qiymətləndirilə bilər. Lakin hazırda əsas hallarda əsas vəsaitlər ilkin, bərpa və qalıq dəyəri ilə qiymətləndirilir.

Əsas vəsaitlərin ilkin dəyərinin müəyyən olunması onların əldə olunması mənbəyindən və formasından asılıdır. Əsas vəsaitlər kapital qoyuluşu qaydasında müəssisənin özü tərəfindən yaradılır, yaxud digər müəssisələrdən, şəxslərdən satın alına bilər. Bu zaman onların yaradılmasına, alınmasına sərf olunan məsrəflər, daşınma, quraşdırma xərcləri də daxil olmaqla həmin əsas vəsaitin ilkin dəyərini təşkil edir.

Əsas vəsaitin ilkin dəyərinin formalaşması müxtəlif qaydada müəyyən olunur:



  • başqa müəssisədən əsas vəsait alındıqda və ya müəssisənin özü tərəfindən hazırlandıqda onun ilkin dəyərinə faktiki olaraq sərf olunmuş məsrəflər, daşınma, yığılma və quraşdırılma xərcləri daxil edilir;

  • əsas vəsait əvəzsiz olaraq dövlət tərəfindən və ya digər müəssisə tərəfindən verildikdə onun ilkin dəyəri daxil olan gündə bazar qiyməti üzrə qiymətləndiril-məklə mədaxil olunur;

- müəssisə yaradılarkən təsisçi tərəfindən nizamnamə kapitalının forma-laşmasına verilən əsas vəsait tərəflərin razılığı ilə təhvil-qəbul sənədi əsasında qiymətləndirilir.

Əsas vəsaitin ilkin dəyəri onun yenidən qurulması, modelinin dəyişməsi, müəyyən hissəsinin ləğv olunması hallarında və dövlət qərarı ilə onun yenidən qiymətləndirilməsi hallarında da ola bilər.

Əsas vəsaitin bərpa dəyəri onun yenidən qiymətləndirilməsidir. Kommersiya təşkilatları ildə bir dəfə eyni tipli obyektlər üzrə əsas vəsaitlərin bərpa qiymətlərini tənzimləyirlər. Bu halda əsas vəsaitin ilkin dəyəri yeni dövrün bazar qiymətinə uyğun olaraq yenidən qiymətləndirilir.

Əsas vəsaitin qalıq dəyərinin müəyyən olunmasında ilkin və ya bərpa dəyərindən hesablanmış amortizasiya çıxılır və qalan dəyər, onun qalıq dəyərini təşkil edir. Bu dəyər mühasibat balansında əks olunur.

Əsas vəsaitlərin mühasibat uçotunun vəzifələri. Hər bir müəssisədə əsas vəsaitlərin qalığı, hərəkəti, saxlanması və maliyyə-təsərrüfat fəaliyyətindəki rolu bilavasitə mühasibat uçotu göstəriciləri əsasında əldə olunur və buna uyğun olaraq sərmayəçilər, kreditorlar, müəssisə rəhbərliyi müəyyən idarəetmə qərarlarının qəbul olunmasında bu informasiyalardan istifadə edirlər. Bununla əlaqədar olaraq mühasibat uçotunun əsas vəsaitlərin uçotu qarşısında aşağıdakı vəzifələr durur:


  • mühasibat uçotu sintetik və analitik uçot registrlərində əsas vəsaitlərin qalığı, hərəkəti ilə əlaqədar sənədləşmənin düzgün və vaxtında tərtib olunması;

  • əsas vəsaitlərin saxlanması üzərində və ehtiyatda olan vəsaitlərin saxlanmasına nəzarətin təşkili;

  • əsas vəsaitlərin faydalı istifadə olunması və amortizasiya (köhnəlmə) hesablanmasının uçotunun düzgün aparılması üzərində nəzarət;

  • müəssisədən satılmış və sair kənarlaşmış əsas vəsaitlərin uçotunu düzgün icra olunması və onların icarəyə verilməsi üzərində nəzarət;

  • aparılan inventarlaşmaların düzgün aparılması və onların nəticələrinin mühasibat uçotunda əks olunmasına nəzarət;

  • əsas vəsaitlər üzrə vergilərin hesablanması və ödənməsinin icrası üzərində nəzarət;

  • rüblük və illik maliyyə mühasibat hesabatlarının tərtibi üçün həqiqi etibarlı uçot göstəricilərinin və informasiyaların hazırlanması;




Yüklə 329,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin