Nüfuzedici radiasiya nüvə partlayışında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma şüaları və neytronlar selindən ibarətdir.
Nüfuzedici radiasiya, onun tərkibindəki qamma şüalanma da nəzərə alınmaqla nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin bu qısa müddət ərzində mühafizə edilməmiş adamlar və heyvanlar şüa xəstəliyinə tutula bilərlər.
Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma şüalar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə heyvan və insan orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam bunu hiss etmir. Zədələnmə əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen (R), rad ölçü vahidləri ilə ölçülür. 1 Rentgen qamma şüalanmanın elə dozasıdır ki, bunun nəticəsində 0°C temperaturda və 760 mm civə sütunu təzyiq şəraitində quru havanın 1sm3 təxminən 2 milyard cüt ion əmələ gəlir.
Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəstəliyinə tutulurlar:
Dostları ilə paylaş: |