Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox güclü sıxılmış hava, torpaq, su qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, havanın sürət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram qüvvə ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən, yerin relyefindən və s. asılı olur. Məsələn, 20 kilotonluq nüvə zərbə dalğası 1 km məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə isə 8 saniyəyə çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0.5, 2 və 3 saniyə olur. Mühafizə olunmayan adamlar 0,2-0,4 kqq/sm2 (20-40 kPa) izafi təzyiq zamanı yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm2 (40-60kPa) nəticəsində orta dərəcəli zədələnməyə, 0,6-1kqq/sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 kqq/sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnmələrə məruz qalırlar. Belə zədələnmələr, adətən, ölümlə nəticələnir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlar adamları zərbə dalğasının təsirindən qoruyur. Bu məqsədlə xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür.
Zərbə dalğası özünün yayılması istiqamətində rast gəldiyi binaları və başqa yerüstü tikililəri dağıdır və zədələyir.
İşıq şüalanması nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və infraqırmızı güclü şüalanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə olur. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq kal/m2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranmış işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirin qısa müddətinə baxmayaraq, işıq şüalanması xeyli məsafələrdə bədənin yanıqlarına, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsi və əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğına səbəb ola bilər. Məsələn havada gücü 1mln. tonluq nüvə partlayışı zamanı 19 km məsafədə 4kal/sm2, 15 km məsafədə 10 kal/sm2, 10 km məsafədə 16 kal/sm2 işıq impulsu mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yüngül, orta və ağır yanıqlar baş verə bilər. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina və s.) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilir.
İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirinin 10-20 dəfə azaldır. Sığınacaq və daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
İşıq şüalanması
Dostları ilə paylaş: |