Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə35/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   31   32   33   34   35   36   37   38   ...   96
muh tehsilde ve elmde IKT

Elektron poçt (E-mail ünvan) 

 

 

Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən 



əlaqələrin yaradılması üçün ən populyar elektron xidmət növüdür. Elektron poçt  virtual təhsil 

iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün 

mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş 

yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəuyğundur: 

-  Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq proqram təminatı. 

Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. Yəni 

Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa bilər. 

Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya silmək 

imkanları olacaqdır.  Elektron poçt xidmətinin bu xüsussiyyətləri tədris prosesinin asinxron təşkili 

üçün gözəl imkanlar açır. Elektron poçt  




xidmətindən istifadə zamanı, istifadəçilər arasında məsafə rol oynamır. Materialların ötürülməsinin 

sürəti və keyfiyyətlə çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən 

aslı olur. Elektron poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk 

antennaları, kabellər, radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata 

keçirilə bilər. Elektron poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: 

-  Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında 

saxlanılan informasiyanın mübadilə imkanları; 

-  Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması, 

onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən informasiyanın digər E-

ünvanlara göndərilməsi imkanlarının olması; 

-  Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının 

olması; 


Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup 

üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılmasına geniş imkanlar açır. 

Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və 

qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs 

internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər 

üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları 

ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa, 

eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı şərait yaradır. 

Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin mühazirə mətnlərini 

əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və məğqələ dərslərinə qatılmaq 

və s. olar.  


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin