Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə36/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   32   33   34   35   36   37   38   39   ...   96
muh tehsilde ve elmde IKT

 

Elektron konfranslar 

 

Çox vaxt kompüter konferensiyaları adlandırılan elektron konferensiyalar internet 



şəbəkəsinin məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr 

aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə 

imkan verən xidmətlərindəndir. Elektron konferensiya xidmətinin ən əsas xüsusiyyəti iştirakçıların 

eyni vaxtda kompüter arxasında (onlayn rejimdə) olmasının vacibliyidir. Konferensiya 

iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə 

əsasən üst-üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli 

təşkilinə gözəl imkanlar açır. Elektron konferensiyaların ən vacib daha bir xüsusiyyəti kimi 

iştirakçıların istifadə olunan proqram təminatından aslı olmalarıdır. Yəni,  bütün konferensiya 

iştirakçıları onlayn rejimdə olmaqla bərabər seans zamanı eyni proqram vasitələrindən istifadə 

etməlidirlər.  

Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp  (Skype) 

proqramını göstərmək olar. Bu proqram çox sadə və geniş istifadəçi kutləsi tərəfindən tez 

mənimsənilə bilən çoxdilli interfeysə malikdir və istifadəçilər arasında multimedia tipli əlaqələrin 

qurulması üçün çox mükəmməl imkanlar açır. 

Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar ki, bu da 

onun təhsilə tətbiqini yalnız sinxron təhsil formasında təşkil etməyə kömək edir. Yəni, iştirakçıların 

1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda 

qəbul olunur və cavablandırılır. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və 

onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə 

məşqələlərində iştrakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya 




iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam 

istifadə etmək bacarıqlarının olması da vacib şərtlərdəndir.  

Elektron konferensiyaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin FTP serverlə (File 

transport protocol-Faylların mübadilə protokolları) təchiz olunması vacibdir. Belə server bütün 

konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin 

məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq 

elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları 

üçün açıq olur.  

Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni 

zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəçiyə (virtual 

qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini  özündə əks 

etdirir. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin