Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Karbonun üzvi birləşmələri. Torpaqda üzvi maddələrin təsnifatı və nomenklaturası



Yüklə 0,65 Mb.
səhifə111/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   107   108   109   110   111   112   113   114   ...   161
t.kimya, 1,3

4.Karbonun üzvi birləşmələri. Torpaqda üzvi maddələrin təsnifatı və nomenklaturası.
Torpaqəmələgəlməsində və torpaq münbitliyinin yaranmasında karbon birləşmələri içərisində ən mühüm rolu üzvi maddələr oynayır.
Torpaqda iştirak edən bütün üzvi birləşmələrin məcmusu torpağın üzvi maddələri adlanır. Bu anlayışa həm üzvi qalıqlar (ilkin anatomik quruluşunu itirməmiş bitki və heyvan toxumları) həm də təbiətin ayrı-ayrı spesifiki və qeyri spesifik üzvi birləşmələri daxilidir.
Torpaqəmələgəlmə tipləri humus əmələgəlmə tiplərinin sinonimidir desək, bəlkə də səhv olmazdı. Daha doğrusu bitkilərin üzvi qalıqlarını çevrilmələrinin ümumi tsiklidir.
Torpağın ən qiymətli aqronomiki xassələri humusun miqdarı, ehtiyatı və tərkibindən birbaşa asılıdır. Məhz bu göstəricilər torpağın təsnifatı və diaqnostikası məsələlərinin həllində əsas yerlərdən birini tutur. Əkinçiliyin intensivləşdirilməsi problemində bitkilərə yüksək dozada verilən gübrələrin mənfi təsirini aradan yanlız humus vasitəsilə götürmək olar. Humusla zəngin torpaqların ikinci əsas xüsusiyyəti onunla bağlıdır ki, o su-duz rejimini stabilləşdirir, xarici mühitə qarşı buferlik qabiliyyətini nizamlaryır, məhsuldarlığın hava şəraitindən asılılığını azaldır və əkinçiliyiin davamlılığını yüksəldir.
Torpağın və onun münbitliyinin formalaşmasında humus bir çox funksiyaları yerinə yetirir. Torpaqda humusun optimal miqdarda olması aqronomiki qiymətli struktura yaradır, su-hava rejimini nizamlayır və torpağın istilik xassələrini yaxşılaşdırır. Torpağın humusu ilə onun ən mühüm fiziki-kimyəvi xassələri bağlıdır. Xüsusilə yüksək kation mübadilə tutumu, turşu-əsas buferlik qabiliyyəti və oksidləşmə-reduksiya prosesləri torpağın humus vəziyyətindən çox asılıdır. Torpaqda humusun optimal miqdarda olması onu xarici mühitin dağıdıcı amillərindən də qoruya bilir.
Hazırda torpaq humusunun yüksəldilməsi probleminin böyük praktiki əhəmiyyəti vardır. Bildiyimiz kimi intensiv sürətdə əkilən torpaqda daimi olaraq humus itkisi baş verir. Məsələn, monokultura şəraitinində becərilən taxıl bitkiləri altında olan tipik qaratorpaqlarda bir ildə 0,5-1,0 t/ha humus itkisi baş vermişdir. Əkilən torpaqlarda humus itkisinin əsas səbəbləri aşağıdakılardır :

  1. Təbii biosenozla aqrosenozu əvəz edən zaman torpağa daxil olan bitki qalıqlarının miqdarının azalması.

  2. Torpağın aerasiya dərəcəsi və intensiv becərmələr nəticəsində üzvi maddələrin minerallaşmasının güclənməsi.

  3. Verilən gübrələrin hesabına mikrofloranın aktivləşməsi, fizioloji turş gübrələrin təsiri altında humusun parçalanması və biodeqradasiyası.

  4. Başlanğıc illərində suvarılan torpaqlarda humusun minerallaşmasının güclənməsi. Lakin uzun müddətdə suvarma aparılan torpaqlarda həm məhsuldarlıq, həm də torpaqda humusun miqdarının stabilləşməsi, hətta yüksəlməsi müşahidə edilir.

  5. Hədsiz rütubətli torpaqların qurudulması prosesində minerallaşma prosesinin güclənməsi. Bu proses nəinki torflu torpaqlarda, hətta çimli-podzollu torpaqların qleyli variantarında da baş verir.

  6. Humusun eroziya itkisi eroziya prosesi dayandırılana qədər davam edir. Eroziya itkilrinin ölçüsü o qədər böyükdür ki, bu zaman torpaqda başqa mənfi hadisələr də baş qaldıra bilir.

Torpağın inkşafının ilkin mərhələlərində təbii bitki örtüyü altında humus kifayət qədər tez toplanmağa başlayır. Sonra bu proses zəifləməyə başlayır və stasionar vziyyətə yaxınlaşır, nəhayət humusun miqdarı və ehtiyatı praktiki olaraq uzun müddət dəyişməz qalır. Xam torpaqların üzvi gübrələr tətbiq etmədən şumlanması, üzvi maddələrin minerallaşması ilə müşayət olunur və humusun miqdarı sürətlə azalmağa başlayır. Torpağın istifadəsi davam edərsə humusun miqdarı hətta ilkin səviyyəni də keçə bilər, bir şərtlə ki, üzvi gübrələr tətbiq oluna və eroziya proseslərinə imkan verılməyə. Ümumiyyətlə, üzvi gübrələrin tətbiqi praktiki olaraq bütün torpaqlarda vacib və mütləqdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin