Qeyri-spesifiki birləşmələr – üzvi maddələrin çox mühüm qruplarıdır : bura fərdi quruluşa malik, biokimyəvi maddələrin yaxşı məlum olan, bitki və heyvan qalıqlarının parçalanması zamanı torpağa daxil olan, eləcə də bitki köklərindən ayrılan birləşmələr daxildir. Bəzən qeyri-spesifik birləşmələr spesifik humus maddələrinin parçalanmasından da yarana bilirlər. Məsələn, humin turşuları fermentlərin təsiri altında özündən aminturşuları, monosaxaridlər ayrılır ki, bunlar da öz növbəsində torpaq məhluluna keçirlər.
Qeyri-spesfiki birləşmələrə daxildir : liqnin, sellüloza, proteinlər, aminturşuları, monosaxaridlər, mumlar, yağ turşuları, praktiki olaraq heyvan və bitki toxumlarını təşkil edən bütün komponentlər və makro və mikroorqanizmlərin həyat fəaliyyəti zamanı ayrılan məhsullar. Qeyri-spesifiki birləşmələr torpaqda sərbəst vəziyyətdə və yaxid mineral komponentlərlə birlikdə mövcuddurlar. Xarici amillərə qarşı tez reaksiya verirlər, asanlıqla həll olurlar və mikroorqanizmlər tərəfindən parçalanaraq, torpaq humusunun başlanğıcının aktiv hissəsinə qoşula bilirlər.
Spesifik humin maddələri –bunlar az və ya çox dərəcədə tünd rəngli azot tərkibli, yüksəkmolekullu, turşu təbiətli birləşmələrdir.
Onlar humus turşuları və humin maddələri yəni humin mənşiəli məhsullardan ibarət olub, bitki mühiti və fermentativ sintez şəraitində əmələ gəlirlər.
Humus turşularıhumusun tərkibindəki başqa qruplardan tərkibinə və xassələrinə görə çox dəqiq və aydın fərqlənirlər. Bunlar azot tərkibli yüksəkmolekullu oksikarbon turşuları olub, tünd qonur yaxud qırmızımtıl-qonur çalarları vardır. Artlq 200 ildir ki, bu komponentlər humusun öyrəniliməsində başlıca mövzu hesab edilir. Humus turşularını (qarışıq) torpaqdan qələvi məhlulu (adətən 0,1-0,5n.NaOH) ilə parçalayırlar sonra həllolma xüsusiyyətlərinə görə humin turşuları, himatomelan turşuları və fulvoturşularını təyin edirlər.
Humin turşular (HT)komponentlərini bir-birindən qələvi çəkintidə turşuluğu – yəni pH 1-2 olana qədər salıb ayırmaq mümkündür. Turş mühitdə humin və himatomelan turşuları çökürlər, fulvoturşular isə məhlulda qalır. Həmin alınan çöküntülü etanol ilə işləməklə himatomelan turşularını ayırırlar. Bu zaman qırmızımtıl-albalı rəngli maddə alınır. Himatomelan turşusunu uzun zaman humin turşularına aid edirdilər. Hazırda kifayət qədər sübutlar bu turşunu humus turşularının bir qrupu kimi təsvir etməyə imkan verir.
Humin turşuları qrupunu iki yarımqrupa bölürlər : qara və qonur humin turşuları. Kimyəvi nöqteyi nəzərdən bu cür bölgü o qədər də şübhə yaratmır, çünki karbonun miqdarına, optiki sıxlığına və başqa əlamətlərinə görə yarımqruplar kəskin sürətdə fərqlənirlər.