Flavonoidlər və Dubil Maddələri. Torpaqda fenol birləşmələrin mənbəyi geniş bir qrupda təsvir olunan ümumi terminlə adlanan flavonoidlərdir. Əgər liqninin quruluşunun əsasını C6-C3 dəstəsi təşkil edirdisə , flavonoidlər üçün isə difenilpropan skeleti C6-C3-C6 xarakterikdir. Flavonoidlərin çoxunun əsasını xroman və flavanın törəmələri təşkil edir.
O
O
CHR
O
CH2
O
Xroman flavan
Flavonoidlərin say tərkibinə böyük qruplarda maddələr daxildir , o cümlədən katexinlər , antosianoidlər , flavonlar, flovonollar , auronlar və s.də bu sıraya aiddir. Bunlar həm kəmiyyətcə , həm də oksigen atomunun üçkarbonlu zəncirdə yerləşməsilə bir-birindən fərqlənirlər. Flavonlar , flavonollar, antosianlar bitki toxumalarını sarı , qırmızı və göy rəngə boyamaq qabiliyyətinə malikdirlər. Bu qrup birləşmələr reaksiyaya sürətlə girə bilirlər. Necə bir fenol birləşmələri kimi ağır metalların ionları ilə kompleks birləşmələr əmələ gətirirlər. Xüsusilə ortodifenollar üçün bu daha xarakterikdir ;
o
R Me
o
Flavonoidlər humin turşularının sonrakı sintezində fenol birləşmələrin mənbəyi rolunu oynayırlar.
Dubil maddələri də fenol birləşmələrinin mənbəyi olaraq iki qrupa bölünür : hidroliz olunanlar və kondensasiya olunanlar (hidroliz olunmayanlar) . Hidrolizolunan dubil maddələri qarışıqlar kimi təsvir olunub , quruluşlarına görə oxşar maddələrdir. Bunların əsasında qlükoza və heksoza molekulları durub , efir rabitəsi vasitəsilə qallin və ellaqin turşuları ilə əlaqəlidir.
Bu qrup dubil maddələrinin tipik nümayəndəsi kimi çin tannini göstərə bilərik.
Kondensasiya olunmuş hidrolizolunmayan dubil maddələri – katexinlərin və bir sıra flavonoidlərin törəmələri olub , oksidləşmə-kondensasiya reaksiyalarının nəticəsində yaranırlar. Hidroliz olunan dubil maddələrindən fərqli olaraq bu birləşmələr turşu ilə təsirdə hidroliz olunmur , lakin kondensasiya olunaraq həllolunmayan tünd-qırmızı yaxud qonur rəngli çöküntü əmələ gətirirlər.
Flavonoidlərin humus əmələgəlməsində əhəmiyyəti hazırda daha çox diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki , ingilis botaniki M. Harst humifikasiya üçün mümkün olan aromatik mənbələri nəzərdən keçirərkən, mənşəyindən asılı olaraq liqninli , flavonoidli və piqmentli humin turşularını fərqləndirmişdir.