Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 19: Azotlu üzvi birləşmələr – humus maddələri



Yüklə 0,65 Mb.
səhifə119/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   115   116   117   118   119   120   121   122   ...   161
t.kimya, 1,3

Mövzu 19: Azotlu üzvi birləşmələr – humus maddələri.
Plan:
1.Humusun tərkibi və humus maddələri.
2.Humin turşuların tərkibi və xüsusiyyətləri.
3.Fulvoturşular tərkibi və xüsusiyyətləri
4.Humin – humusun ekstraksiya olmayan hissəsi kimi, tərkibi və xassələri.
5.Humatomelan turşular, tərkibi və xassələri.
6.Torpaq münbitliyində humus turşuların əhəmiyyəti. Humus maddələrinin yanma istiliyi (S.A.Əliyeva görə)

1.Humusun tərkibi və humus maddələri.
Torpaqda və biosferdə üzvi maddələrin ilkin mənbəyi – mineral birləşmələrdən üzvi maddələri sərbəst sintez etmək qabiliyyəti olan orqanizmlərdir. Bunlara produsetlər və ya avtotroflar deyilir. Yerüstü ekosistemlərdə ilkin məhsulun əsas hissəsini yaşıl bitkilər istehsal edir. Müxtəlif yerüstü ekosistemlərin ilkin məhsuldarlığı eyni deyildir. Məsələn, tundrada yerüstü ekosistemlərin ilkin məhsuldarlığı quru üzvi maddə şəklində ildə 1-2 t/ha – dırsa, bu rütubətli tropik meşələrdə 30-35t/ha kimi dəyişir. Qeyd etmək lazımdır ki, torpağa təkcə ölmüş bitkilərin qalıqları (ilkin üzvi maddə) deyil, onlara mikrobioloji çevrilmə məhsulları və həmçinin heyvan qalıqları da (törəmə üzvi maddə) daxil olur. Beləliklə, torpağa daxil olan bütün üzvi qalıqlar mikroorqanızmlər və torpaq faunası tərəfindən emal olunur. Bu emalın son məhsulu mineral birləşmələrindən ibarətdir. Torpağın üzvi hissəsi anatomik quruluşunu itirməmiş bitki qalıqlarından və torpağın humusundan ibarətdir. Humus latın sözü olub mənası “ çürüntü” deməkdir. Humusun mənbəyi ali bitkilərin üzvi qalıqları, torpaqda yaşayan heyvanların və mikroorqanizmlərin qalıqlarıdır. Beləliklə, üzvi maddələrin ilkin və əsas mənbəyi yaşıl bitkilərin yerüstü töküntüləri və kökləri şəklində olan qalıqlardır ki, onlardan humus əmələ gəlir. Üzvi qalıqların kimyəvi tərkibi çox müxtəlifdir. Onlara üç qrup birləşmələr daxildir:

  1. Azotsuz birləşmələr qrupu-karbohidratlar (sellüloza, hemisellüloza və s.), liqnin, yağlar, aşılayıcı maddələr və s.

  2. Zülallardan ibarət olan azotlu birləşmələr qrupu;

  3. Kül elementləri - K,Ca,Mg,Si,P,S və s olur.

Üzvi qalıqların kimyəvi tərkibinin 75-90%-ni su təşkil edir. Üzvi qalıqların tərkibində bir qədər kül elementləri də vardır. Külün tərkibində K,Ca,Mg,Si,P,S və az miqdarda mikroelementlər daxildir. Kül elementləri ən çox ot bitkilərinin qalıqlarında, ən az isə oduncaqda olur. Bitki qalıqlarında azotsuz birləşmələr çox olur, mikrob qalıqlarında isə əksinə azotlu birləşmələr üstünlük təşkil edir.
Bitki və heyvan qalıqlarının mürəkkəb proseslər nəticəsində parçalanaraq, tam mütəşəkkil hüceyrə quruluşunu itirmiş, torpağın üst qatlarında toplanan üzvi maddəyə humus deyilir. Geniş mənada –bütün tərkib hissələri bir-biri ilə və torpağın mineral hissəsi ilə sıx qarşılıqlı təsirdə olan üzvi birləşmələrin mürəkkəb kompleksinə humus deyilir.Humus maddələri əsasən tünd rəngli olur və ya qara rəngə çalır. Bəzən meşə altında bitki qalıqları yarı parçalanmış halda toplanır. Belə humusa turş və ya xam humus deyilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin