Humusun əmələgəlmə mənbəyi: bitkinin məhv olan kök və budaqları; tökülən yarpaqlar (meşələrdə); torpaqda yaşayıb tələf olan müxtəlif heyvan və mikroorqanizmlərdən ibarətdir. Təbii humus bir sıra orijinal xassələrə malikdir. Humusun təbiətinə dair orijinal fikirlərə 30-cu illərdə amerika mikrobioloqu S.Vaksman çıxış etdi. O,humusun tərkibinin öyrənmək üçün bitki analizləri üsulundan istifadə edərək sübut etməyə çalışdı ki,humus üzvi qalıqların tərkibinə daxil olan üzvi maddələrdən ibarətdir.
Tyurin üsulları ilə humusun aşağda göstərilən kimyəvi reksiya vasitəsi ilə təyin adirlər:
2K2Cr2O7 +8H2SO4+3C (humus) =2Cr2 (SO4)3+2K2SO4 +8H2O+3CO2 6FeSO4(NH4)2SO4+K2Cr2O7+7H2SO4=Cr2(SO4)3+3Fe2(SO4)3+6(NH4)2SO4+K2SO4+7H2O
Üzvi qalıqların humusa çevrilməsi mürəkkəb bioloji proses olub mikroorqanizimlərin,heyvanların,hava oksigeni və suyun bilavasitə iştirakı ilə baş verir.Torpağa düşən yaşıl bitki qalıqları mikroorqanizimlər tərəfindən parçalanır, onlar tərəfindən enerji mənbəyi və qida kimi istifadə olunur.
Parçalanma prosesində bitki qalıqları öz anatomik quruluşunun itirir,oların tərkibinə daxil olan başlanğıc maddələr bir sıra mütəhərrik və həllolan birləşmələrə çevrilir.Onların bir hissəsi mikroorqanizmlər tərəfindən tamamiylə minerallaşır və bu şəkildə yaşıl bitkilərin yeni nəsli tərəfində istifadə olunur; qalan hissəsi heterotrof mikroorqanizimlər tərəfindən təkrar zülalların, yağların,karbohidratların və digər birləşmələrin sintezinə sərf olunur.
Üzvi maddələrin parçalanma məssullarının humuslu maddələrə çevrilməsinin bu prosesə humuslaşma deyilir.
Üzvi qalıqların xırdalanması və kimyəvi çevrilməsində xususi çoxlu miqdarda həşəratlar və onların surfələri,habelə torpaqda inkişaf edən yağış qurdları böyük iş görürlər.
Beləliklə,üzvi qalıqların humusa çevrilməsi (humusəmələgəlməsi) başlanğıc üzvi qalıqların parçalanması, mikrob plazmasının təkrar formasının sintezi və onun humuslaşması proseslərinin məcmusundan ibarətdir. Üzvi qalıqların parçalanması biokatalitik xarakter daşıyır və fermentlərin iştirakı ilə gedir. Zülalların, ,karbohidratların,lipidlərin parçalanması bu birləşmələrin hidrolitik parçalanması ilə başlayır. Humusun tərkibinə üç əsas birləşmələr qrupu:
İlkin üzvi qalıq maddələri (zülal,karbohidrat , liqnin , mumlar, qətranlar və s.). Bunlar humusda 10-15% təşkil edir.
İlkin üzvi qalıqların çevrilməsinin aralıq məhsulları (amin turşular, monosaxaridlər, polifenollar və s.). Bunlar humus kütləsinin 5-10% təşkil edir.
Humus maddələri. Humus kütləsinin 80-90% -ni təşkil edir. Bu maddə humusun əsas hissəsi olduğu üçün onun tərkib və xassəsini təyin edir.