Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaq münbitliyində humus turşuların əhəmiyyəti. Humus maddələrinin yanma istiliyi (S.A.Əliyeva görə)



Yüklə 0,65 Mb.
səhifə123/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   119   120   121   122   123   124   125   126   ...   161
t.kimya, 1,3

6.Torpaq münbitliyində humus turşuların əhəmiyyəti. Humus maddələrinin yanma istiliyi (S.A.Əliyeva görə)
Torpaqdakı üzvi maddələrin bütün qrupları, yəni təzə üzvi qalıqlar, detrit (müxtəlif dərəcədə parçalanmış üzvi qalıqlar, təzə üzvi qalıqlarda humus maddələrinə keçid qrupu), humus maddəsinin ayrı-ayrı qrupları torpaqəmələgəlmədə, münbitliyin formalaşmasında və bitkinin qidalanmasında müxtəlif, lakin mühüm rol oynayır.
Müxtəlif qrup üzvi maddələrin torpağın yaranmasında və funksional fəaliyyətində iştirak edirlər:
a – humuslaşma zamanı üzvi maddələrin transformasiyası;
b – humuslaşma ilə əlaqəsi olmayan, lakin torpağın yaranmasına, funksional fəaliyyətinə və bioməhsuldarlığına təsir göstərən proseslər.
Üzvi maddələrin müxtəlif qrupları tərəfindən həyata keçirilən qlobal funksiyalar aşağıdakılardan ibarətdir:
A. Torpağın genezisi, onun morfoloji əlamətlərinin, maddi tərkib və xassələrinin formalaşması ilə bağlı funksiyalar
1. Spesifik üzvi-profilin formalaşması.
2. Humus və gil-humus birləşmələrinin iştirakı ilə aqreqatların yaranması. Humusun minerallarla qarşılıqlı təsiri və mikrobioloji və termodinamik baxımdan sabit strukturların yaranması.
3. Kipliyin formalaşması və humus maddələrinin topraqların su-fiziki xassələrinə təsiri.
4. Mobil miqrasiya etmək qabliyyətinə malik birləşmələrin formalaşması və torpağın mineral komponentlərinin biogeokimyəvi dövrana cəlb olunması.
5. Torpağın sorbsion, turş-qələvi və bufer xassələrinin formalaşması.
B. Üzvi maddələrin bilavasitə bitkilərin qidalanmasında iştirakı ilə bağlı funksiyaları.
6. Ali bitkilərin mineral qidalanmasında elementlərin (N, P, K, Ca, mikroelentlər) mənbəyi.
7. Heterotrof orqanizmlərin üzvi qidalanmasının və torpağın bioloji və biokimyəvi fəallığına təsirin mənbəyi.
8. Atmosferin yer səthinə yaxın hissəsində CO2-nin mənbəyi və fotosintezin məhsuldarlığına təsiri.
9. Torpaqda bitkinin böyüməsinə və inkişafına, qida maddələrinin səfərbərliyinə və s. təsir göstərən bioloji fəal maddələrin (fermentlər, vitaminlər, təbii böyümə maddələri və s.) mənbəyi.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin