Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Biokimyəvi oksidləşmə konsepsiyası



Yüklə 0,65 Mb.
səhifə126/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   122   123   124   125   126   127   128   129   ...   161
t.kimya, 1,3

Biokimyəvi oksidləşmə konsepsiyası keçən əsrin 30-cı illərində İ.V.Tyurin tərəfindən irəli sürülmüş, sonralar L.N.Aleksandrova tərəfindən inkişaf etdirilmişdir. Bu konsepsiyaya görə, humuslaşma - üzvi qalıqların parçalnması nəticəsində yaranmış aralıq yüksək molekulyar məhsulların xüsusi üzvi birləşmələr sinfinə - humus turşularına çevrilməsindən ibarət mürəkkəb bio-fiziki-kimyəvi prosesdir. Humuslaşma prosesində aparıcı rol yavaş biokimyəvi oksidləşmə reaksiyalarına məxsusdur. Bu reaksiyalar nəticəsində yüksəkmolekulyar üzvi turşular sistemi yaranır. Humuslaşma uzun prosesdir. Bu prosesin gedişatında kondensasiya hesabına humin turşuları molekullarının tədricən aromatizasiyası və yeni əmələ gəlmiş humin turşularının makromolekullarının sabit olmayan hissəsinin qismən qopması baş verir. Yeni əmələ gəlmiş humin turşularının molekulyar kütləsi torpağın humin turşularının molekulyar kütləsindən yüksəkdir, element tərkibi isə humuslaşmaya məruz qalmış bitki qalıqlarının tərkibindən asılı olaraq dəyişkəndir. Humus turşularının yaranmış sistemi bitki qalıqlarının minerallaşma nəticəsində azad olmuş küli elementləri və həmçinin torpağın mineral hissəsi ilə qarşılıqlı əlaqəyə girərək, bir sıra üzvi-mineral törəmələr yaradır. Bu zaman vahid sistem bir-birindən həllolma dərəcəsinə və molekulların quruluşuna görə fərqlənən birneçə fraksiyaya parçalanır. Sistemin az dispers fraksiyalardan ibarət hissəsi suda həll olmayan duzlar yaradaraq humin turşularını, suda tez həllolan duzlar verən çox dispers fraksiyalardan ibarət hissəsi isə vulfoturşuları törədir. Humusəmələgəlmənin bioloji konsepsiyası ehtimal edir ki, humus maddələri müxtəlif mikroorqanizmlərin sintez fəaliyyətinin məhsuludur. Bu nöqteyi-nəzər ilk dəfə V.R.Vilyams tərəfindən irəli sürülmüşdür. V.R.Vilyams torpağın humus maddəsinin keyfiyyətcə müxtəlifliyini onların əmələ gəlməsində müxtəlif qrup mikroorqanizmlərin, ayrob və anayrob bakteriyaların, göbələklərin iştirakı ilə izah edir və humus maddələrinin müxtəlif qruplarına müxtəlif qrup mikroorqanizmlərin ekzoenizmləri kimi baxırdı. Sonrakı tədqiqatlarda eksperimental şəkildə tünd rəngli humusabənzər birləşmələrin müxtılif qrup mikroorqanizmlər tərəfindən sintez olunduğu sübuta yetirildi (F.Y.Qelser, S.P.Lyax, T.Q.Mirçink, D.Q.Zvyaginsev).

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin