Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaqda azotlu üzvi maddələrin parçalanmasının ümumi sxemi-ammonifikasiya



Yüklə 0,65 Mb.
səhifə134/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   130   131   132   133   134   135   136   137   ...   161
t.kimya, 1,3

2. Torpaqda azotlu üzvi maddələrin parçalanmasının ümumi sxemi-ammonifikasiya.
Azot balansına və onun bitkulər tırəfindən mənimsənilməsinə təsir edən prosesləri nəzərdən keçirək. Ammonium ionu torpağa ya gübrələr (məsələn,ammonium şorası) vasitəsilə daxil olur, yaxud torpaqda gedən ammonifikasiya prosesi nəticəsində yaranır. Yaşıl bitkilərin qidalanması üçün ən yaxşı şərait ammonifikasiya prosesi zamanı yaranır. Çünki, bu zaman zülal birləşmələri ammonyaka qədər parçalanır:
Zülal→ aminturşuları→ NH3 + azotsuz üzvi birləşmələr.
Ammonifikasiya həm aerob, həm də anaerob heterotrof bakteriyaları tərəfindən aparılır.Torpaqda oksidləşdirici, hidrolitik və reduksiyaedici ammonifikasiyalar mövcuddur. Bu zaman NH3-la birlikdə müxtəlif turşular və spirtlər də alınır.
Beləliklə, torpaqdakı azotlu üzvi maddələrin ammonyaka qədər parçalanması prosesinə ammonifikasiya deyilir.
Müxtəlif mikroorqanizm qrupu tərəfindən buraxılan fermentlərin təsiri altında zülal maddələri amin turşusuna qədər hidroliz olunur. Nəticədə amin turşusundan NH3 ayrılır. Ən sadə amin turşusundan (QLİSİN) ammonyakın ayrılma mexanizmi ilə tanış olaq:
CH2NH2 COOH +O2→ HCOOH + CO2 + NH3
CH2NH2 COOH + H2O → CH2OH + CO2 + NH3
CH2NH2 COOH + H2 → CH3COOH + NH3
Ayrılmış NH3 müvafiq üzvi və mineral turşularla birləşərək, bitki mənimsəyə biləcək duzlar əmələ gətirir:
NH3 + HNO3 → NH4NO3
NH3 + H2CO3 → (NH4)2CO3
Əmələ gələn bu duzlar torpağın uducu kompleksindəki kalsium kationu ilə ekvivalent tərzdə reaksiyaya girə bilir:

(TUK)Ca2+ + (NH4)2CO3 →(TUK)NH+NH+ +CaCO3


(TUK)Ca2+ + 2NH4NO3 → (TUK)NH+NH+ +Ca(NO3 )2
Bu göstərilənlərdən başqa ammonyak hidrogen rabitəsi vasitəsi ilə gilli mineralların səthində də saxlanıla bilər. Bu rabitə ammonyakın tərkibindəki hidrogen atomu ilə oksidlərin və ya OH qrupunun oksigeni arasında yaranır:

R—Si—O....H3N


Yaxud R—Al—OH.... H3N
Ammonyakın xemosorbsiyası zamanı NH3 molekulu humus maddələrindəki turş funksional qrupların hesabına əlavə proton götürə bilir.
HT-COOH+NH3→ HT— COONH+4
Eləcə də silikatların və alümosilikatların hidroksil qrupları hesabına da belə proses gedə bilir.

Si- OH + NH3 → Si- O- NH4


Ammonifikasiyaya azot tərkibli üzvi birləşmələrin minerallaşmasının birinci mərhələsi kimi baxmaq olar.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin