Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Humus turşuları ilə qələvi və qələvi-torpaq metal ionlarının, ammonium ionlarının qarşılıqlı təsirindən yaranan bəsit heteropolyar duzlar



Yüklə 0,65 Mb.
səhifə130/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   126   127   128   129   130   131   132   133   ...   161
t.kimya, 1,3

4. Humus turşuları ilə qələvi və qələvi-torpaq metal ionlarının, ammonium ionlarının qarşılıqlı təsirindən yaranan bəsit heteropolyar duzlar.
Bəsit heteropolyar duzlar humus turşuları ilə qələvi və torpaq-qələvi metal (Ca2+, Mg2+) ionlarının, həmçinin ammonium ionlarının qarşılıqlı təsiri nəticəsində yaranır. Kompleks-heteropolyar duzların yaranmasında olduğu kimi, burada da qarşılıqlı təsirdə karboksil və fenolhidrooksil qrupları iştirak edir, lakin metal ionları bu cür qarşılıqlı təsir tipində asanlıqla dissosiasiya olur və torpaq məhlulunun başqa kationları ilə mübadilə olunur. Qələvi metalların və ammoniumun humat və fulvat duzları suda yaxşı həll olurlar. Təbii şəraitdə həll olan humat və fulvatlar yalnız soda ilə şorlaşmış torpaqlarda əmələ gələ bilirlər. Ca2+ və Mg2+ -un humat və fulvat duzları suda nisbətən çətin həll olandır və torpaqlarda əsaslarla zəngin humusun akumulyasiyasına səbəb olur.

Mövzu 22: Humus maddələrinin kimyəvi maddələr və çirkləndiricilərlə qarşılıqlı əlaqəsi.
Plan:
1.Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların və müxtəlif çirkləndirici maddələrin çevrilməsində əhəmiyyətli rolu.
2. Turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına humus maddələrinin əhəmiyyətli təsiri.
3. Sorbsiya olunmuş fosfatların torpaq məhluluna keçməsində humus maddələrinin rolu.
4. Toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirində humus maddələrinin rolu.


1.Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların və müxtəlif çirkləndirici maddələrin çevrilməsində əhəmiyyətli rolu. Humus maddələri torpağın bərk fazasının mineral komponentləri ilə qarşılıqlı təsirdə müəyyən dərəcədə onun sorbsion xassələrini formalaşdırır. Bununla əlaqədar torpağa xaricdən daxil olmuş istənilən birləşmə həm bərk fazanın, həm də torpaq məhlulunun üzvi maddəsi ilə qarşılıqlı təsirə girir. Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların, pestisidlərin və torpaqdakı müxtəlif çirkləndirici maddələrin ayrı-ayrı kimponentlərinin çevrilməsində əhəmiyyətli rol oynayır. Aqrokimyəvi maddələr və çirkləndiricilərin torpaqla qarşlılıqlı təsirində üzvi maddələrin iştirakı özünü aşağıdakılarda göstəirir:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin