Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə138/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   134   135   136   137   138   139   140   141   ...   161
t.kimya, 1,3

1.Normal duzlar dihidro və hodroortofosfatlar kimi;
2. Turş duzlar dihidro duzlar suda yaxşı həll olur.
3.Normal duzları isə pis həll olur.Ortafosfat turşusunun normal duzlarından yalnız Na3PO4, K3PO4 və (NH4)3PO4 suda həll olur.
2. Torpaqda fosforun mineral və üzvi birləşmələri.
Fosfor torpaqlarda üzvi və mineral birləşmələrin tərkibindədir.Üzvi fosfor birləşmələri – fitin və nuklein turşuları, nukleoproteidlər, fosfatidlər və s. Mineral birləşmələr isə - Ca,Mg,Fe və Al duzları aiddir.Torpaqın mineral birləşmələrində fosforun əsas hissəsi az mütərrik formadadır.Ana süxurların tərkibində fosfor birləşmələrindən ən geniş yayılanı florapatitdir. – Ca5F(PO4)3. Bu birləşmə yer qabığındakı fosforun 95%-ni təşkil edir.Qalan 5% isə fosforun biryarımı oksidli birləşmələridir.Ana süxurların tərkibindəki ilk fosfor tərkibli birləşmələr aşınma proseslərində ayrılaraq törəmə fosfor birləşmələrinin müxtəlif duzlarını yaradır.Bunlardan başqa torpaqda üzvi mineral birləşmələrdən dəmir – fitin və alüminium-fitin birləşmələridə mövcuddur.
Bitkilərin və mikroorqanizmlərin fəaliyyəti sayəsində torpaqda üzvi fosfor birləşmələri əmələ gəlir. Üzvi birləşmələrdən ən asan mineralları bitki qalıqları, kök sistemi və peyindir. Düzgün becərmə sistemləri də üzvi birləşmələrin minerallaşmasını sürətləndirir. Peyinin saxlanma üsullarını düzgün əməl edib torpaqa verdikcə onda fosfor ehtiyyatı əmələ gəlir və fosfor birləşmələrinin müxtəlifliyi artır.Üzvi fosfor birləşmələrinin minerallaşması torpaqın bioloji aktivliyindən asılıdır.Üzvi fosfor birləşmələri torpaq mikroorqanizmlərinin təsiri ilə minerallaşması aşağıdakı formalarda olur.
Nükleoproteid–nükleinturşusu-->H3PO4.
Torpaqda üzvi formada fosfat turşusunun və ya duzu çox hidrogen ionları efir birləşmələri ilə bağlı olur.Qalan hidrogen ionları isə qismən və ya tamamilə metalların kationları ilə əvəz olunur.Torpaqda qeyri-üzvi formada fosfat turşusunun 1-dən 3-ə qədər hidrogen ionları metalların kationları ilə əvəz olunublar.Torpağın üst qatının fosforla zəngin olması bitkinin kök sistemlərinin fəaliyyəti sayəsində alt qatların hesabına fosforun üst qatlarda toplanması ilə əlaqədardır.Həmçinin üzvi fosforun miqdarı üzvi maddələrin miqdarından asılı olaraq çoxala və ya azala bilər.Ona görə də fosfor torpaqaltı qatda az, torpağın üst qatında isə xeyli çoxdur. Bitkilərin fosfora olan tələbi vegetasiyanın ilk başlanması dövründə çox yüksək olur. Bu onunla izah edilir ki, fosfor bitki həyatının ilk dövründə sitoplazmanın kütləsinin çox hissəsi əmələ gəlir ki, fosfor da bunun əsas hissəsini təşkil edir. Fosfor qidası bitkilərin və xüsusi ilə kök sisteminin böyüməsini sürətləndirir. Buradan belə nəticə çıxır ki, əlavə fosfora tələb bitkilərin inkişafının ilk dövrlərində çox olur nəinki soralar. Ona görə də bitkiləri vegetasiyanın ilk dövrlərində fosforla təmin etmək daha əhəmiyyətli hesab olunur.
Torpaqda mineral fosfor birləşmələri mənimsənilmə dərəcəsinə görə bir birindən fərqlənir.Torpaqda iki hidrogeni əvəz olunan fosfat turşusu – CaHPO4, MgHPO4 , üç hidrogeni əvəz olunan Ca3(PO4)2, Mg3(PO4)2 və s. birləşmələri üzvi maddələr parçalandıqda ayrılan turşuların təsirindən tədricən bitki tərəfindən mənimsənilir. Turş və neytral torpaqlarda fosforun bütün birləşmələrinə nisbətən AlPO4, FePO4 çətin mənimsənilir, lakin bunlar Al(OH)3PO4, Fe(OH)3PO4 birləşmələrinə nisbətən daha yaxşı mənimsənilir. Beləliklə, torpaqda olan fosfor həll olmasına və mənimsənilməsinə görə aşağıdakı qruplara bölünür:
1. Suda asan (hidroliz) həll olunan və bütün bitkilər tərəfindən mənimsənilən birləşmələr- Ca(H2PO4)2, Mg(H2PO4)2, KH2PO4 , NaH2PO4, NaH4H2PO4.
Bu birləşmələr bir litr torpaq məhlulunda 1-2 mq təşkil edir,əksər hallarda bundan da az olur.Bunlar bitki və mikroorqanizmlər tərəfindən intensiv istifadə olunduğuna görə üzvi formalara keçir.
2. Suda həll olmayan və zəif turşularda həll olunan kalsium və maqnezium sulfat birləşmələri CaHPO4,Ca3(PO4)2 ,Mg3(PO4)2 bu birləşmələr bitkilərin kökləri təfərindən ayrılan turşuların təsirindən həll olunaraq istifadə edilir.
3. Udulmuş əsaslarla doymamış turş və podzol torpaqlarda fosforun biryarım oksidli birləşmələri toplanırki,buda yuxarıda göstərilən birləşmələrə müsbətən çətin mənimsəniləndir.
Bitkilər tərəfindən fosfat ionların mənimsənilməsi üçün mühitin ən əlverişli reaksiyası zəif turşudur (PH 6-6,5). Bütün torpaqlarda fosfor gübrələrinin tətbiqi məqsədəuyğun hesab edilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin