Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Nitrat azotunun mikroorqanizmlər vasitəsilə sərbəst qazşəkilli azota qədər (N



Yüklə 0,65 Mb.
səhifə136/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   132   133   134   135   136   137   138   139   ...   161
t.kimya, 1,3

4. Nitrat azotunun mikroorqanizmlər vasitəsilə sərbəst qazşəkilli azota qədər (N2) reduksiyası-denitrifikasiya.
Denitrifikasiya- nitrat azotunun mikroorqanizmlər vasitəsilə sərbəst qaz şəkilli azota (N2) qədər reduksiyası prosesidir. Denitrifikasiya torpaqdan azotun itirilməsi ilə əlaqədardır. Bu da kənd təsərrüfatı təcrübəsində son dərəcə arzuedilməz haldır.
Torpaqda olan mikroorqanizmlərin bəziləri anaerob şəraitdə nitritləşmə nəticəsində əmələ gəlmiş nitrat turşusunu nitritə, nitriti ammonyaka və ammonyakı isə hətta sərbəst azota da parçalaya bilir. Beləliklə bitkilər üçün qiymətli azotlu birləşmələr parçalanır və torpaqda çox az miqdarda olan azot ehtiyatı daha da azalır. Buna d e n i t r i f i k s i y a prosesi adı verilir. Denitritləşmə zamanı çıxan azot qaz halında atmosfera qalxır. Torpaqda gedən denitritləşmə prosesində Pseudomonas, Achoromobacter, Micrococcos və s. cinslərinin növləri iştirak edir. Bu bakteriyalar üçün nitrat turşusunun duzları azotu və üzvi maddələri oksidləşdirmək üçün enerji mənbəyidir. Ona görə də denitrifikasiya prosesi oksigeni az olan şəraitdə və üzvi maddələr çox olduqda asan gedir. Denitrifikator bakteriyaları müxtəlif azotsuz üzvi maddələrin (karbohidratlar, liqnin, yağlar və s.) hesabına nitrat reduktaza fermenti istehsal etməklə öz fəaliyyətlərini davam etdirir. Bu prosesdə azot itkisi baş verdiyi üçün çox zərərli hesab edilir:

24KNO3 + 5C6H12O6 → 24KHCO3+6CO2+12N2+18H2O+1722 k.coul

M.Korsakovaya görə kimyəvi denitritləşmə prosesi aşağıdakı qayda üzrə gedir:

KNO3→ KNO2→ KNO→N2


Azotun qaz şəklində olan itkisini azaltmaqdan ötrü denitrifikasiya prosesinə təsir edən inqibitorlardan istifadə edirlər. Buna misal olaraq 2-xlor-6-trixlormetilpiridin (satış markası “N-serve) , 2-amin-4-xlor-6-metilpiridin (satış markası “AM”), disiandiamid və ya sianquanidin (satış markası didin) və s. birləşmələrini göstərə bilərik.
Nitratların reduksiyasında 2 cür denitritləşmənin getdiyi qeyd edilir:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin