Aminturşuları azotu- əsas hissəsini amin qrupu azotu təşkil edir.
H
│
R—C—COOH
│
NH2 Dipeptidlərin və polipeptidlərin əmələ gəlməsi ilə əlaqədar olaraq amin turşuları qalığı amid qrupları kimi təsvir olunur.
R—O—NH— ;
║
O
H2N═CH—C—NH—CH—C—NH—CH—COOH
│ ║ │ ║ ║
R O Rꞌ O Rꞌꞌ
2.Amidlər azotu-ümumi formulu R—C—NH2 şəklindədir.
║
O
Amidlərdə karboksil qrupları NH2 qrupu ilə əvəz olunubdur. Bu azot turşu və qələvi hidrolizində ammonium azotu ilə birlikdə ayrılaraq adi ammonium duzları əmələ gətirir və kəmiyyətcə birlikdə təyin olunur. Torpaqşünaslıqda bu birləşmələri ammonium azotu kimi adlandırırlar.
3.Aminsaxaridlər azotu-hələlik torpaqda bunlar kifayət qədər öyrənilməmişdir. Ən ehtimal olunan birləşmələri- qlükozamin və ya asetilqlükozamindir. Asetilqlükozamindən xitin əmələ gəlir və bu da həşəratların zirehlərinin əsasını təşkil edir. Xitin- çox davamlı birləşmə olub, əsasən torpaqda toplanaraq humus maddələrinin tərkibində hidroliz olunmayan qalıqlar kimi təmsil olunurlar (huminlər).
4. Heterotsiklər azotu.Torpaqda azotun müxtəlif heterotsikli birləşmələri tapılmışdır. Bu törəmələr: pirindən, pirimidin, pirrol, purin və başqaları müəyyən edilmişdir. Azotun heterotsikli birləşmələrinin xeyli miqdarı humin turşularının və “humin”lərin tərkibində fəaliyyət göstərir. Azotun üzvi birləşmələri ya qeyri-spesifiki üzvi birləşmələrin, yaxud humus turşularının tərkibinə daxildirlər.
C.Bremnera görə torpaqdakı amidlər turş hidrolizdə də parçalananda NH3 ayrılır. Ammonium azotunun bu qrupu ilə bərabər, aminin uçucu formaları, aminspirtləri, aminosaxarlar, sidik cövhəri, pirin və pirimidin əsasları da ola bilər.Torpaqda azot birləşmələrinin transformasiyası aşağıdakı prosesləri həyata keçirir:
Sərbəstyaşayan və köküyumrulu bakteriyalarının atmosfer azotunu təsbit etməsi;
Azot tərkibli birləşmələrin, üzvi qalıqların humus turşularına çevrilməsi;
Üzvi azot birləşmələrinin ammonifikasiyası;
Nitrifikasiya prosesi;
Denitrifikasiya prosesi;
Ammonium ionunun gilli minerallar vasitəsilə təsbit olunması;
Müxtəlif azot birləşmələrinin torpaqaltı və torpaqüstü axınlarla yuyulması.