Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 25: Torpaqda kaliumun miqdarı və formaları



Yüklə 0,65 Mb.
səhifə141/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   137   138   139   140   141   142   143   144   ...   161
t.kimya, 1,3

Mövzu 25: Torpaqda kaliumun miqdarı və formaları.
Plan:
1.Kaliumun təbiətdə yayılması. Torpaq minerallardakı kalium. Torpağın uducu kompleksindəki kalium. Torpağın mübadiləvi udulmuş kaliumu. Torpağın suda həll olunan kaliumu. Torpağın üzvi maddəsinin kaliumu.
2. Torpağın mənimsənilən kaliumla təminolunma dərəcəsi.
3. Torpağın kalium potensialı.
4. Əkinçilikdə kalium balansı.


1.Kaliumun təbiətdə yayılması. Torpaq minerallardakı kalium. Torpağın uducu kompleksindəki kalium. Torpağın mübadiləvi udulmuş kaliumu. Torpağın suda həll olunan kaliumu. Torpağın üzvi maddəsinin kaliumu.
Kalium elementi qələvi metal olub D.İ.Mendeleyevin dövri sistemində birinci qrupun əsas yarımqrupuna daxildir. Kalium daxil olduğu qrupda özündən yuxarıda duran Na+ , Li+ və H+ nisbətən daha fəal elementdir. Kalium təbiətdə də ən geniş yayılmış kimyəvi fəal elementdir. Ən çox minerallarda, silikat tipli dağ süxurlarında, torpaqlarda, torpaqaltı və torpaqüstü sularda, həmçinin bütün canlılarda o, cümlədən bitkilərin tərkibində olur. Dağ süxurlarından qranit və qneysin tərkibində 4-6 %, bazaltda 1-5 %, traxitdə 3-5 % K2O olur.Kalium torpaqaltı sularda 1,5 mq/l , torpaqüstü sularda isə 1mq/l miqdarındadır. Kalium insan orqanizmi üçün vacib element olub, südəmər uşaqların hər kiloqram çəkisinə gündə 12-13 mq, yaşlı adamlar üçün isə 2-3mq və daha çox kalium sərf olunur.
Torpaqda kaliumun ümumi miqdarı azot və fosforun miqdarından çoxdur. Kalium yerin nüvəsində 2,58 % olduğu halda, fosfor ancaq 0,12 %-dir. Torflu torpaqlardan başqa bütün torpaqlarda kaliumun ümumi miqdarı azot və fosforun miqdarından çoxdur. Gilli və gillicə torpaqlarda K2O ümumi miqdarı 2-3% olur. Qumsal və qırmızı torpaqlarda K2O azdır (0,2-0,3 %) , xüsusilə torflu torpaqlarda isə çox cüzi miqdarda 0,05-0,14 % kalium vardır. Turş torpaqlarda kalium ionunu mübadilə yolu ilə zənginləşir. Həmin ionlar üçyarpağa, kələmə, çuğundura, həmçinin, bir çox faydalı bakteriyalara – nitrifikasiyaedici bakteriyalara, yumrucuq bakteriyalarına və torpaqda sərbəst surətdə yaşayan azotfiksatorlara pis təsir göstərir. Buna görə turş torpaqlarda sistematik olaraq kalium duzları verilən zaman torpağın turşuluğu neytrallaşdırılmalıdır. Çünki, torpaqda kaliumun hərəkət etməsinə, torpaq mühitinin reaksiyası da xeyli təsir göstərir. O, turş torpaqlarda zəif adsorbsiya edilir. Qələvi reaksiyalı torpaqlar nəinki kaliumu saxlayır, həm də onu fiksasiya edərək mübadilə olunmayan formada bərkidir. Torpağın kalsiumla çox yüksək doyması bəzən kaliumun mütəhərrikliyini azaldır və bitkilər tərəfindən zəif mənimsənilir. Kalium torpağın uducu kompleksinə daxil olaraq ekvivalent miqdarda birinci olaraq kalsiumu məhlula sıxışdırır
Torpaq minerallarının təbii aşınması nəticəsində hər hektarda 30-40 kq mütəhərrik kalium əmələ gəlir. Bitkilərin qidalanmasında kalium mənbəyi kimi lil fraksiyası əsas rol oynayır. Mübadilə olunan kaliumun əsas kütləsi lil fraksiyasında yerləşir. Torpaqdakı kaliumun 90,8-96,3 %-i torpağın mineral hissəsinin tərkibində olur.
A.V.Peterburqskinin (1965) müəyyənləşdiyinə görə mübadilə olunan kalium müxtəlif torpaqlarda ümumi kaliumun 0,8-1,5%-i arasında dəyişir.Tədqiqatlar göstərir ki, hər hektar sahənin əkin qatında olan 12000-40000 kq K2O-nun il müddətində 0,5-1,0 %-i, başqa sözlə, hər hektardan 7,5-40 kq K2O mənimsənilən formaya keçir, təxminən həmin miqdarda da udularaq mənimsənilməyən şəklə düşür.
Torpaqda mübadilə olunan və olunmayan kalium arasında müəyyən tarazılıq vardır. Bu tarazılıq çox yavaş əmələ gəlir. Belə ki, tarla şəraitində sitrusaltı torpaqlarda ən az miqdarda mübadilə olunan kalium payızda müşahidə olunur, bu, şübhəsiz, yaz-yay dövründə inkişaf etmiş olan bitkilərin kaliumu sərf etməsi ilə izah olunur. Lakin, gələn yazda həmin torpaqda mübadilə olunan kaliumun miqdarı artır, bu zaman rütubətli illərdə quru ilə nisbətən daha çox olur (rütubətli illərdə bitkilər torpağın kaliumundan, quru illərdə isə gübrədəki kaliumdan daha yaxşı istifadə edir).
Respublikamızın əsas torpaq tiplərində asan mənimsənilən (mübadilə olunan) kalium birləşmələri bitkilərin tələbatından çox asılıdır. Odur ki, əkinə yararlı torpaqlara müvafiq miqdarda kalium gübrəsi verilməlidir.
Torpaqda kalium 4 qrupa bölünür:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin