Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Bitkilər tərəfindən mənimsənilə bilən torpaq fosfatları



Yüklə 0,65 Mb.
səhifə140/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   136   137   138   139   140   141   142   143   ...   161
t.kimya, 1,3

4.Bitkilər tərəfindən mənimsənilə bilən torpaq fosfatları.
Torpağın kimyəvi (pH-ın dəyişilməsi) və bioloji (bitki kökləri və mikroorqanizmlər tərəfindən turşu buraxılması) prosesləri nəticəsində torpaqdakı mineral fosforun ümumi ehtiyatlarının azacıq bir hissəsi bitkilərin mənimsəyə biləcəyi hala keçir. Bitkilər suda həll olan fosfatları [Ca(H2PO4)2, Mg(H2PO4)2, KH2PO4 , NaH2PO4, NaH4H2PO4] daha yaxşı mənimsəyir.Lakin, bu birləşmələr bir litr torpaq məhlulunda 1-2 mq təşkil edir, əksər hallarda bundan da az olur. Onların miqdarına görə bitkinin fosforla təmin olunması çox cüzi miqdar təşkil edir. Lakin, bunun böyük praktiki əhəmiyyəti vardır. Belə ki, bərk faza ilə torpaq məhlulu arasında müəyyən tarazlıq olduğu üçün, köklər tərəfindən udulan fosfat turşusunun suda həll olan duzları torpaqdakı az həll olan fosfatların tədriclə həll olmasına səbəb olur. Lakin bu torpaqdan su ekstraktına keçən fosfatların miqdarının müəyyən edilməsi torpaqda bitkilərin mənimsəyə biləcəyi nə qədər fosforun olması sualına düzgün cavab vermir. Ümumiyyətlə, fosfat ionları torpağın bərk fazası ilə çox müxtəlif şəkillərdə qarşılıqlı təsirdə olduqlarına görə, torpağın fosfat vəziyyətini qiymətləndirmək üçün bir və ya iki göstərici kifayyət etmir. Bu halda torpaqdakı fosfatları qruplar üzrə xarakterizə etmək daha məqsədə uyğundur. Ümumi olaraq bunu iki cür fərqləndirirlər:

  1. Torpaq məhlulunun fosfatları- bitkilər tərəfindən asan mənimsənilir və torpaq profilində asanlıqla miqrasiya edir.

  2. Bərk fazanın torpaqları- hissə-hissə torpaq məhluluna keçə bilir. Bu adsorbsiya olunmuş fosfatlardır. Burada ən çox kalsium-ortafosfatlar və digər metalların fosfatlarıdır.

Torpaqda fosfatların həm mineral, həm də üzvi formalarının təyini üçün müxtəlif metodlar təklif olunur. Bunlardan ən dəqiq və maraqlısı Canq-Cekson üsuludur. Bu üsul ilə Şirvan düzünün boz-çəmən torpaqlarında fosfor formalarının miqdarını A.M Hüseynov., N.M Hüseynov (2015) öz təcrübələrində istifadə etmişlər. Lakin həmin metodun bir qədər modifikasiya olunmuş formasını K.F.Qinzburq və L.S.Lebedyeva istifadə edərək torpaqda fosforun fraksion tərkibini təsvir etmişlər. Çox vaxt bu məqsədlə zəif turş torpaq ekstraktları tətbiq edirlər. Bu ekstraktlar torpaqdan suda həll olan və həll olmayan fosfat birləşmələrinin bir hissəsini çıxarır. Bu ekstraktlara aşağıdakılar aiddir: 1-2%-lilimon turşusu, 2-3%-li asetat turşusu, 0,2 n xlorid turşusu, 0,002 n sulfat turşusu (pH-ı 3 səviyyəsində saxlamaqdan ötrü ammonium- sulfat əlavə etməklə). Torpaqdan mənimsənilə bilən fosfatları ayırmaqdan ötrü ən yaxşı reaktiv karbon turşusu və doymuş distillə edilmiş sudur. Həmçinin pH 3,5-ə qədər buferlənmiş süd turşusunun kalsium duzu məhlulu da tətbiq edilir.
Karbonatlı torpaqlardan ötrü turş ekstrakt yaramır və onun əvəzində qələvi duzlardan: 1%-li kalium- karbonat və ya ammonium- karbonat məhlulları işlədilir. R.K.Hüseynov (1961) Azərbaycanın karbonatlı torpaqlarında P2O5 formalarının miqdarını təyin etmışdir. Apardığı analizlərin nəticələri göstərir ki, karbonatlı torpaqlarda suda həll olan fosfatların miqdarı çox azdır. Açıq şabalıdı torpaqlarda müxtəlif P2O5 formalarının ümumi miqdarı 0,11-0,17 % , suda həll olan P2O5 (100q-a mq-la) 0,32mq/100q , 1%-li ammonium-karbonat məhlulunda həll olan(100q-a mq-la) 1,75mq/100q. Boz torpaqda (çəmən torpağı) da buna müvafiq olaraq 0,13- 0,15 % , suda həll olan P2O5 (100q-a mq-la) 0,10-0,15 mq/100q, 1%-li ammonium-karbonat məhlulunda həll olan(100q-a mq-la) 1,0-1,20 mq/100q təşkil etmişdir.
Torpaqda mütəhərrik fosfatların təyin edilməsində ionit metodu daha çox diqqəti cəlb edir. Ionitlər – sintetik polimer adsorbentlərdir. Onlar kation və anionları udmağa qabildir. Torpaq suspenziyasının anionitlə qarşılıqlı təsiri zamanı o, hidroksil və ya xlor anionları ilə mübadilə şəklində torpaqdan anionları, o cümlədən fosfat anionlarını çıxarır. Yəni, fosfat ionlarını anionitdən sıxışdırıb çıxarır və təyin edirlər. Bu metodun başqa metoddan üstünlüyü odur ki, bu metod torpaq və kök arasında qarşılıqlı təsir prosesini daha çox əks etdirir. Ionit metodunda torpağa turşu və duzlar verilmir. Anionit torpaqdan fosfat turşusu anionlarını sıxışdırib çıxararaq onları məhluldan kənar edir. Həmçinin, bitkilərin kökləri kimi, reaksiyanın daha tamam getməsinə imkan yaradır. Ionitlərin baha olması hesabına bu üsul yalnız elmi-tədqiqatlarda tətbiq olunur, lakin aqrokimyəvi kontroldan ötrü də perspektivlidir.
Torpaqlarda fosfatların ümumi miqdarına nisbətən onlarda bitkilərin mənimsədiyi fosfat turşusu duzları az pay təşkil edir. P.S.Kossoviç qara və podzol torpaqlarda, onlardan 2%-li limon turşusu və 2%-li asetat turşusu ilə çıxarılan fosfor və fosfatların ümumi miqdarına görə analiz edərək aşağıdakıları tapmışdır. Qara torpaqlarda ümumi P2O5 (1 ha sahənin şum təbəqəsində kq ilə P2O5) 4320 kq/ha, 2%-li limon turşusunda həll olan P2O5 - 177 kq/ha, 2%-li asetat turşusunda həll olan P2O5 – 21 kq/ha, podzol torpaqlarda isə müvafiq olaraq 4380; 396; 6 kq/ha olmuşdur. Hər iki torpaqda , xüsusilə çimli-podzol torpaqda limon turşusunda həll olan fosfatlar asetat turşusunda həll olan fosfatlardan xeyli çoxdur. Bu onunla izah edilir ki, limon turçusu dəmir fosfatları çıxarır. Dəmir fosfatları isə çimli- podzol torpada kifayət qədər vardır. Deməli, turş torpaqlarda mənimsənilən fosfatların təyinindən ötrü limon turşusuna nisbətən asetat turşusu daha yararlıdır

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin