2. Torpaqda olan mikroorqanizmlərin təsiri ilə üzvi kükürd birləşmələrinin oksidləşməsi mərhələləri: sulfofikasiya və desulfofikasiya prosesləri. Kükürd birləşmələrinin torpadqa oksidləşməsi və reduksiyası kimyəvi və ya biokimyəvi yolla gedir. Kükürd birləşmələrinin torpadqa çevrilmələri aşağıdakı proseslərlə müşayiət olunur: minerallaşma, immobilizasiya, oksidləşmə, reduksiya. Biosferdə sulfatların reduksiyası, H2S və elementar kükürdün əmələ gəlməsi prosesləri bakteriyaların fəaliyyəti ilə əlaqələndirilir və təbiətdə daim bu elementin mikroorqanizmlərin təsiri altında maddələr dövranında iştirak etdiyi göstərilir. Minerallaşma- deyəndə üzvi kükürd birləşmələrinin mineral formaya (sulfatlar və s.) çevrilməsi başa düşülür. Minerallaşma prosesinin intensivləşməsi temperaturun 25-300C, rütubət isə 60% olanda baş verir. Mikroorqanizmlər bu prosesi 3 mərhələdə aparır: üzvi kükürdün minerallaşması, mineral kükürdün oksidləşməsi və mineral kükürdün reduksiyası. 1-ci mərhələdə bitki və heyvan qalıqları torpağa, suya, bataqlığa düşdükdə orada olan çürüntü mikroorqanizmləri zülalların H2S -ə və digər son məhsullara paçalayır.2-ci mərhələdə əmələ gəlmiş H2S isə kükürdü mənimsəyən bakteriyalar tərəfindən sulfatlara qədər oksidləşdirilir ki, bunlar da canlılar tərəfindən asanlıqla qida kimi mənimsənilir. 3-cü mərhələdəanaerob şəraitdə sulfatreduksiyaedici bakteriyalar sulfatları yenidən H2S-ə qədər parçalayır.
Üzvi kükürdün minerallaşması- bu prosesdə aerob və anaerob bakteriyalar, göbələklər və aktinomisetlər iştirak edir. Burada bitki və heyvan zülalların, mikroorqanizmlərin tərkibinə daxil olan kükürd heterotrof mikroorqanizmlərin köməyi ilə parçalanır. Yəni, aerob mikroorqanizmlər üzvi kükürdlü birləşmələri H2S-ə, merkaptanlara, mineral kükürdə və s. parçalayır. Anaerob şəraitdə çürüntü bakteriyaları (Proteus vulgqaris, Bac.subtilis və s.) sistini və sisteini H2S-ə qədər parçalayır.
Üzvi maddələrinin parçalanması prosesində sərbəstləşən kükürd sulfatlaşma prosesində iştirak edən autotrof mikroorqanizmlər tərəfindən mənimsənilir və sulfatlara çevrilir.