Kükürd – dioksid - SO2kəskin iyli boğucu qazdır, zəhərlidir. Adi şəraitdə rəngsizdir. Suda yaxşı həll olur (1 litr suda 200C-də 40 litr SO2 həll olur). SO2-nin suda məhlulu, yəni suda həll olanda sulfit turşusu H2SO3 alınır.
SO2 + H2O→ H2SO3 sulfit turşusu (davamsızdır).
SO2 su ilə, əsasi oksidlərlə, əsaslarla və oksigenlə qarşılıqlı təsirdə olur.
SO2 + Na2O→ Na2SO3natrium-sulfit
SO2 + CaO→ CaSO3 kalsium-sulfit
SO2 + NaOH→ NaHSO3natrium-hidrosulfit
SO2 + 2NaOH→ Na2SO3 natrium-sulfit
-H2O Göründüyü kimi sulfit turşusu iki cür: həm turşu, həm də normal duz əmələ gətirən (sulfitlər və hidrosulfitlər) ikiəsaslı turşudur.Yalnız suda məhlulda mövcuddur. H2SO4, HNO3 , HCl, HBr,H3PO4 turşuları onu duzlarından sıxışdırıb çıxarır.
Na2SO3 + HCl → 2 NaCl +SO2 ↑+H2O
H2SO3 havanın oksigeni ilə oksidləşərək H2SO4 yaxud sulfatlar əmələ gətirir və torpaqda toplanmırlar.
O2 + 2H2SO3 → 2 H2SO4 2KMNO4 + 5H2SO4 → 2 H2SO4 +2MnSO4 + K2SO4+3H2O
Kükürd- trioksid və ya kükürd (VI) oksid- SO3 . Rəngsiz uçucu mayedir. Güclü hiqroskopikdir (suuducudur). Bu xassəyə görə qazların qurudulmasında istifadə olunur. Kükürd- trioksid və ya kükürd (VI) oksid sulfat turşusunun anhidridi adlanır. Turşu oksididir.
SO3 + H2O→ H2SO4 SO3 + Na2O→ Na2SO4 SO3 + CaO→ CaSO4 SO3 + NaOH→ NaHSO4 SO3+ 2NaOH→ Na2SO4 + H2O
Hidrosulfatlar asanlıqla əriyir, sonra isə pirosulfatlara (disulfatlara) çevrilir:
t 2MeHSO4→ Me2 S2O7+ H2O
Pirosulfatlar suda həll olduqda yenidən hidrosulfatlara çevrilir. Məsələn,
Na2S2O7 + H2O→ 2NaHSO4 K2S2O7 + H2O→ 2KHSO4 Sulfitlər və hidrosulfitlər pirosulfat turşusu (H2S2O7) torpaq analizlərində geniş istifadə edilir. H2SO4 kükürd 6-oksidlə ekvimolyar miqdarda (yəni eyni mol miqdarında) reaksiyaya girərək pirosulfat turşusu alınır və o yalnız kristal halda mövcud olur.
H2SO4 +SO3 → H2S2O7 Pirosulfat turşusunun natrium duzundan (Na2S2O7) istifadə edərək Mer-Cekson üsuluilə torpaqda dəmir birləşmələrini ayırmaq olar.
Kükürd birləşmələrinin ikinci qrupu hidrogen-sulfid turşusu və onun duzlarıdır. Təbiətdə hidrogen –sulfidə vulkanik qazların və bəzi mineral suların tərkibində rast gəlinir. H2S tərkibində kükürd olan üzvi birləşmələrin, heyvan və bitki qalıqlarının çürüməsi nəticəsində əmələ gəlir. Sənayedə alınmır. Laboratoriyada Kip aparatındasulfid turşusunun duzlarına H2SO4, HJ , HCl, HBr,H3PO4 turşuları ilə təsir etməklə alınır.
FeS + 2HCl→ FeCl2 + H2S↑
Hidrogen-sulfidin duzlarında kükürdün valentliyi II, oksidləşmə dərəcəsi isə-2-dir. H2S- suda məhlulu sulfid turşusu adlanır. H2S analitik təcrübələrdə çox geniş istifadə olunur. H2S güclü reduksiyaedici olduğu üçün SO2 , H2SO3 və turş mühitdə güclü oksidləşdiricilərlə qarşılıqlı təsirdə olur. Daha güclü oksidləşdiricilər hidrogen sulfidi sulfat turşusuna qədər oksidləşdirir. Rütubətli torpaqlarda bunun dəmir birləşmələri torpaq nissəcikləri üzərində nazik örtük əmələ gətirir. Onun ən adi forması piritdir (FeS2). Sulfid turşusu həm normal duz (sulfidlər), həm də turş duz (hidrosulfidlər) əmələ gətirir.