Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Alümosilikatların tərkibinə daxil olan kalium



Yüklə 0,65 Mb.
səhifə142/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   138   139   140   141   142   143   144   145   ...   161
t.kimya, 1,3

1.Alümosilikatların tərkibinə daxil olan kalium. Torpaqdakı kaliumun yarıdan çoxu ilkin minerallardan alüminium silikatların nümayəndəsi olan çöl şpatının tərkibindədir. İlkin mineralların kaliumundan bitki istifadə edə bilmir. Lakin, rus alimi V.Q.Aleksandrov çöl şpatını parçalayan silikat bakteriyasını (micilaginosus siliceus müəyyənləşdirmişdir.Kaliumun yarıdan azı şist minerallarından olan kalium şistinin (muskovitin) və s. tərkibində olur. Bunların tərkibindəki kalium ilkin minerallarınkına nisbətən bir qədər çox mənimsənilən formadadır. Buraya aşağıdakı minerallar aiddir:
Çöl şpatı (ortoklaz) – K2Al2Si6O16
Muskovit (kalium şisti)– H2KAl3Si3O12
Biotit (kaliumlu-maqnezial-dəmirli şist)– (H, K2) • (Mg, Fe)2 • (AlFe)2 • (SiO4)3
Qlaukonit – K2O•4P2O3•10SiO2•nH2O
Leysit – K2Al2Si4O12
Nefelin və – (K, Na)2O •Al2O3•2SiO2
Göstərilən bu mineralların tərkibinə daxil olan kalium bitkilər tərəfindən mənimsənilmir.
2.Torpaq kolloidlərinin səthi tərəfindən adsorbsiya olunan kalium. Torpaqda bu kaliumun miqdarıı 0,09 – 1,5 mq/ekv (100 q torpaqda) təşkil edir. Bu ən çox boz torpaqlarda rast gəlinir. Kaliumun bu forması kənd təsərrüfatı bitkilərin qidalanmasında mühüm rol oynasa da, lakin bu formanın hamısından bitkilər istifadə etmə qabiliyyətinə malik deyildir.
3.Suda həll olunan kalium . Torpaqda nisbətən azdır. 100 q torpaqda 5mq –a qədər olur. Bu da torpaqdakı mübadilə olunan (asan mənimsənilən) kaliumun çox az bir hissəsini(10-20%)təşkil edir.
Suda həll olunan kalium aşağıdakı proseslərlə əmələ gəlir:
a) kalium minerallarını hidroliz etdikdə;
b) bitkilərin kök sistemindən ifraz edilən turşuların təsiri ilə kalium minerallarının parçalanmasından;
c) nitrifikasiya bakteriyaları və digər mikroorqanizmlərin fəaliyyəti sayəsində ayrılan HNO3 təsirindən minerallardan ayrılan kalium birləşməsindən;
d) torpağın uducu kompleksilə gübrələrin mübadilə təsirindən çıxarılan kalium birləşməsindən.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin