Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası



Yüklə 0,65 Mb.
səhifə129/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   125   126   127   128   129   130   131   132   ...   161
t.kimya, 1,3

2.Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası.
Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası müxtəlif mexanizmlərin iştirakı ilə baş verə bilər, məsələn, ion mübadiləsi, hemosorbsiya, kompleksəmələgətirən sorbsiya, gilli mineralların şişən kristal qəfəsinin yüksək olmayan molekulyar kütləsi tərəfindən üzvi maddələrin intermiselyar udulması və s. Bu zaman qarşılıqlı təsirdən yaranmış məhsullar sorbsion kompleks, gilli-humuslu kompleks, mineral-üzvi birləşmələr adlanır. Bu adlara sinonim kimi də baxmaq mümkündür. Sorbsion qarşılıqlı təsir torpağın bərk fazasında və humuslu-akumlyativ horizontlarda spesifik üzvi-mineral birləşmələrin formalaşmasında, səciyyəvi humus horizontunun sabitləşməsində, suyadavamlı aqreqatların və mikroaqreqatların yaranmasında əhəmiyyətli rol oynayır. Qarşılıqlı təsirin həmin tipinə ilk növbədə torpağın çoxsaylı kimyəvi, fiziki-kimyəvi və fiziki xassələrinin sabitləşdirici amili kimi baxmaq lazımdır.
3.Humus turşularının polivalent metallarla (Al3+, Fe2+, Cu2+, Zn2+) təsirindən yaranan kompleks heteropolyar duzlar, onun əhəmiyyəti.
Kompleks heteropolyar duzlar humus turşularının polivalent metallarla (Al3+, Fe2+, Cu2+, Zn2+) qarşılıqlı təsiri nəticəsində yaranır. Bu birləşmələrin səciyyəvi cəhəti metalların molekulun anion hissəsinə daxil olması və onun ion mübadiləsi reaksiyası qabiliyyətinə malik olmamasıdır. Bu tipdən olan birləşmələr içərisində dəmir və alüminium-humus birləşmələri daha yaxşı öyrənilmişdir.
Torpaq profilinin yaranmasında və onun xassələrinin formalaşmasında bu qarşılıqlı təsir tipinin əhəmiyyəti ondan ibarətdir ki, bu tipdən olan duzların mövcudluğu, xüsusən də məhlulunda kifayət qədər üzvi birləşmələrin olduğu torpaqlarda, polivalent metal birləşmələrinin həllolma qabiliyyətini və fazalar arası paylanmasını, miqrasiya və akkumulyasiyasını, bitkilər tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə dəyişir. Məsələn, podzol tipli torpaqlarda bir sıra elementlərin kompleks birləşmələr formasında profilboyu miqrasiyası, həmçinin onların bitkiyə daxil olması müşahidə edilmişdir. Kompleks heteropolyar duzların yaranması udulmuş üzvi maddənin qarşılıqlı təsiri ilə bərk fazada da baş verə bilər. Bu halda qarşılıqlı təsirin həmin tipi torpağın bərk fazasının polivalent kationlarının mübadiləsiz komplekstörədici udulmasına gətirib çıxaracaqdır.
Texnogen çirklənmə şəraitində kompleks-heteropolyar duzların yaranması çirkləndirici metalların (Zn, Cu, Cd, Co, Sr və s.) ionlarının iştirakı ilə baş verir.
Kompleks –heteropolyar duzlar həllolan fosfatlarla, bir çox pestisidlərlə qarşılıqlı təsirdə olub, onların mütəhərrikliyini, faza daxili paylanmasını, bitki tərəfindən mənimsənilməsini dəyişə bilir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin