Mövzu 21. Humus maddələrinin torpağın mineral komponentlərlə qarşılıqlı təsiri. Plan: 1.Üzvi – mineral birləşmələrin yaranmasında humus maddələrinin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinin əsas tipləri. 2.Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası. 3.Humus turşularının polivalent metallarla (Al3+, Fe2+, Cu2+, Zn2+) təsirindən yaranan kompleks heteropolyar duzlar, onun əhəmiyyəti. 4. Humus turşuları ilə qələvi və qələvi-torpaq metal ionlarının, ammonium ionlarının qarşılıqlı təsirindən yaranan bəsit heteropolyar duzlar.
1.Üzvi – mineral birləşmələrin yaranmasında humus maddələrinin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinin əsas tipləri. Çoxsaylı funksional qrupların olması humus maddəsinin praktiki olaraq torpağın bütün komponentləri ilə müxtəlif qarşılıqlı təsirlərini şərtləndirir. Təbii torpaqəmələgəlmədə humus maddəsi torpağın mineral birləşmələri ilə fəal qarşılıqlı təsirdə olur. Bu da humusa məlum sabitlik verir, humusun və mineral qidalanmanın makro- və mikroelemetlərinin spesifik akkumulyasiyasının, bəzi hallarda isə xarakter aqreqatəmələgəlmənin formalaşmasına təsir göstərir. Başqa tip qarşılıqlı təsirlər, əksinə, mineral komponentlərin qeyri-sabitliyini artırır və onların profildən kənar olmasına səbəb olur.
Torpaqlardan kənd təsərrüfatı istifadəsi, həmçinin aqroekosistemlərə və təbii torpaqlara antropogen təsirlər şəraitində humus maddəlləri ilə aqrokimyəvi və çirkləndirici maddələr arasında qarşılıqlı təsir müstəsna əhəmiyyət kəsb etməyə başlayır. Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, humus maddələri mineral gübrələrin qida elementlərinin, həmçinin müxtəlif çirkləndiricilərin davranışına fəal təsir göstərir.
Humus maddələrinin torpağın mineral hissəsinin komponentləri ilə qarşılıqlı təsiri üzvi-mineral birləşmələrin yaranmasına səbəb olur. Bu qarşılıqlı təsirlərin əsas tiplərini nəzərdən keçirək.