Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına humus maddələrinin əhəmiyyətli təsiri



Yüklə 0,65 Mb.
səhifə131/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   127   128   129   130   131   132   133   134   ...   161
t.kimya, 1,3

2. Turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına humus maddələrinin əhəmiyyətli təsiri.
Turş torpaqlarda mineral qida elementlərin çətin həllolan gübrələrdən ayrılmasına kömək edir, məsələn, fosforu fosfor unundan ayrılmasını və ya əhəngin həllini və ya bəzi pestisidlərin hidroloji parçalanmasını sürətləndirir və s.;
3. Sorbsiya olunmuş fosfatların torpaq məhluluna keçməsində humus maddələrinin rolu.
Sorbsiya olunmuş fosfatları, onları torpaq uducu kompleksdə əvəz etməklə torpaq məhluluna keçməsinə səbəb olur; mineral gübrələrin və kimyəvi meliorantların, pestisidlərin, radionuklidlərin, ağır metalların tərkibinə daxil olan katioların mübadiləli və mübadiləsiz udulmasında iştirak edir. Öz növbəsində sorbsiya olunmuş humus maddəsi aqrokimyəvi və toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinə mane olmaqla fosfat və bəzi kationların möhkəm bağlanmasının miqyasını aşağı salır; gübrələrin tərkibindəki fosfatların çökməsində iştirak edən kationlarla (Fe3+, Al3+, Ca2+ və s.) fəal qarşılıqlı təsir səbəbindən fosfatların çətin həll olan formaya keçməsini aşağı salır; bir sıra torpaqlarda tərkibində Fe və Al yanaşı fosfor da olan mürəkkəb çətin həllolan mineral-humus birləşmələrinin yaranması mümkünlüyü müəyyən olunmuşdur. Bu cür birləşmələr fəal miqrasiya qabiliyyətinə malikdirlər; ayrı-ayrı hallarda mineral gübrələrin kationları, məsələn, qələvi torpaqlarda kalium gübrələrindən və ya tərkibində ammonium (maye ammonyak, amonyaklı su) olan qələvi gübrələrdən istifadə zamanı torpaqda həllolan humatlar yarada bilir.
4. Toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirində humus maddələrinin rolu.
Həll olan humus maddələri ağır metalların, həmçinin süni radionuklidlərin kationları ilə qarşılıqlı təsirdə də ola bilər. Bu reaksiyalar bəsit və kompleks-heteropolyar duzların yaranma və davranış qanunauyğunluğuna tabedir və toksik maddələrin miqrasiyasına, akkumulyasiyasına və bitkiyə daxil olmasına təsir göstərir. Pestisidlərin torpaqda davranışını tənzimləməkdən ötrü bu maddələrin torpağın müxtəlif fəal komponentləri, ilk növbədə üzvi maddələri ilə qarşılıqlı təsirinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Lakin bu məsələ ilə bağlı məlumatlar kifayət qədər deyil və bəzən ziddiyyətlidir. Bir sıra tədqiqatlarda pestisidlərin deqradasiyası, miqrasiyası, bitkiyə daxil olmasında humusun çox mühüm təsiri göstərilir. Məlumdur ki, alaq otlarının məhv edilməsində zəruri olan herbisidlərin miqdarı torpağın humus maddəsi ilə qarşılıqlı təsirinin xarakterindən asılı olaraq 20 dəfə dəyişə bilər (F.Stivenson). Torpaq humusunun müxtəlif struktur və funksional qruplarının simazin, atrazin, 2,4-D və digər herbisidlərlə qarşılıqlı təsiri eksperiment yolu ilə sübuta yetirilmişdir. Məlumdur ki, gilli-humuslu komplekslər təmiz humus turşuları ilə müqayisədə pestisidləri daha yaxşı sorbsiya edir. Digər tərəfdən fulvoturşular bir sıra çətin həllolan pestisidlərin daşıyıcıları rolunda çıxış edir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin