Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə115/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   111   112   113   114   115   116   117   118   ...   161
t.kimya, 1,3

Fulvotuşular (FT) termini torpaqşünaslıqda iki mənada işlədirlir. Birinci, humusun qruplar və fraksiyalar üzrə tərkibini İ.V.Tyurin üsulu ilə təyin edən zaman turşularda həllolan üzvi maddələrin hamısına fulvoturşular deyirlər. İkinci isə suda, qələvidə, turşularda həll olan spesifik humus turşularını da fulvoturşular adlandırırlar. Əslində isə xüsusi olaraq, fulvoturşuları turşularda həllolan üzvi maddələr qarışığından U.Forsitin metodu ilə aktivşləşdirilmiş kömür vasitəsilə adsorbsiya etmək daha məqsədə uyğundur.
Humus maddələrinin nomenklaturasına təkcə torpağın üzvi maddələrinin fraksiya və qrupları aid deyil, həm də onların müxtəlif məhsulları da daxildir. Məsələn, sadə və kompleks duzlar, müxtəlif efirlər və .s Onların adlandırılması kimyanın ümumi qanunları çərçivəsində aparılır.

Mövzu 18: Torpaqda qeryri-spesifik üzvi birləşmələr.
Plan.
1.Şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələri, üzvi turşular— qeyri- spesifik üzvi birləşmələr kimi.
2.Liqnin və onun əhəmiyyəti. Flavonoidlər və dubil maddələri.Torpaq piqmentləri.
3.Sulukarbonlar. Azottərkibli birləşmələr. Müxtəlif fərdi birləşmələrin torpağın üzvi maddələrini zənginləşləşdirməsi.


  1. Şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələri, üzvi turşular— qeyri- spesifik üzvi birləşmələr kimi.

Torpaqda qeyri-spesifik üzvi maddələrin başlıca mənbəyi bitki və heyvan qalıqlarıdır. Bunun əsas hissəsi fitokütlənin , az bir hissəsi isə onurğasız , onurğalı heyvanların və mikroorqanizmlərin hesabına yaranır. Canlı orqanizmlərin sintezi nəticəsində yaranan və tələf olduqdan sonra torpağa qayıdan təbiətin məlum maddələri qeyri spesifiki birləşmələr adlanırlar. Bu maddələrin quruluşu kifayət qədər yaxşı öyrənilmişdir. Qeyri – spesifiki birləşmələr spesifiki humus maddələrinin mübadiləsində iştirak edir, onların molekul tərkibinə daxil olur və nəticədə fermentativ yaxud hidrolitik parçalanmaya məruz qalırlar. Eyni bir maddə məsələn , aminturşuları torpaqda sərbəst vəziyyətdə də ola bilər , mürəkkəb bioloji mənşəli maddələrin yəni zülalların tərkibində də ola bilərlər. Qeyri-spesifiki maddələrə ancaq o komponentlər aiddir ki , bunlar torpaqda sərbəst formada yaxud daha mürəkkəb bitki və heyvan mənşəli maddələrin tərkibində mövcuddurlar, amma humus turşularının tərkibinə daxil olmurlar. Müxtəlif senozların bitki qalıqlarının kimyəvi tərkibi bir ümumi xarakterə malik olsa da komponentlərin kəmiyyətcə miqdarı geniş hüdudlarda variasiya edir.Əsasən sulukarbonlar (süllüloza, hemisellüloza , pektin maddələri ) , liqnin , zülallar , lipidlər üstünlük təşkil edir. Qalan maddələr nisbətən az miqdarda mövcuddurlar (cədvəl-1). Canlı orqanizmlər tələf olduqdan sonra bütün bu mürəkkəb kompleks maddələr, torpağın üst səthinə daxil olaraq parçalanır, transformasiyaya uğrayır və spesifik humus maddələri əmələ gətirirlər. Bu qalıqların bir hissəsi yerüstü və yeraltı axınlarla kənara çıxa bilir.






  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin