Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 7. Torpaqlarda qida maddələrinin miqdarı və onların bitkilər tərəfindən mənimsənilməsi



Yüklə 0,65 Mb.
səhifə55/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   51   52   53   54   55   56   57   58   ...   161
t.kimya, 1,3

Mövzu 7. Torpaqlarda qida maddələrinin miqdarı və onların bitkilər tərəfindən mənimsənilməsi.
Plan:
1.Bitkilərin qidalanması üçün zəruri olan əsas kimyəvi elementlər.
2.Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən mineral azotlu birləşmələr.
3.Bitkilər tərəfindən suda həll olan fosforun mineral formalarının mənimsənilməsi.
4.Torpaqda bitkinin qidalanması üçün kükürd, kalsium, maqnezium, kalium, natrium və dəmir mənbələri, onların torpaqda üzvi və qeyri-üzvi birləşmələri.


  1. Bitkilərin qidalanması üçün zəruri olan əsas kimyəvi elementlər.

Bitkilərin mineral maddələr ilə qidalanması dedikdə, onların kimyəvi elementlər ilə qidalanması nəzərdə tutulmalıdır. Bitkilərin qidalanması üçün zəruri olan kimyəvi elementlər sırasına azot, fosfor, kalium, kükürd, manqan, maqnezium, kalsium və başqaları daxildir.
Azot yer kürəsində ən çox yayılmış elementlərdən biridir. Azotun bitkilərin həyatında əhəmiyyətini birinci olaraq elmi cəhətdən Fransız alimi J.B. Bussenqo əsaslandırmışdır. Bussenqo ən əvvəl paxla fəsiləsi bitkilərinin havanın molekulyar azotu ilə qidalana bilməsini göstərir.Keçmis Sovet ittifaqında isə D.N.Priyanişlikonun əlli ildən artıq apardığı tədqiqatlar nəticəsində bitkilərin azotla qidalanmasını və azot gübrəsi tətbiqinin elmi və praktiki əsasları öyrənilmişdir. Azotsuz Yer üzərində həyat mümkün deyildir. Müxtəlif kənd təsərrüfatı bitkilərinə çoxlu miqdarda azot lazımdır. Azotun isə əsas mənbəyi atmosferin molekulyar azotu və torpaqdır. Azotun əsas kütləsi atmosferdə olmasına baxmayaraq, bitkilər havadakı molekulyar azotdan bilavasitə istifadə edə bilmirlər. Azot bitkilər tərəfindən başlıca olaraq mineral birləşmələr formasında mənimsənilə bilir. Mineral birləşmələrdə isə son dərəcə az miqdarda azot olur (ümumi azotun təqribən 1%-i qədər). Torpaqda müxtəlif üzvi birləşmələr şəklindəki azotun əsas kütləsi bitkilər tərəfindən mənimsənilə bilmir. Ona görə də bitkilərin azotla normal təmin olunması (kimyəvi və bakterial yolla ammonyaka çevrilməklə) azotlu üzvi maddələrin minerallaşması sürətindən asılıdır. Torpaqda bitkilər tərəfindən mənimsənilə bilən azotun miqdarı az olsa da, lakin bitkilərin qidasından ötrü böyük əhəmiyyəti vardır. İlk yaz fəslində bitkilərdə boy və inkişaf mərhələləri azotla başladığına görə bitkilərin azota olan tələbatı daha çox olur. Bu xüsusiyyətlər onunla əlaqədardır ki, torpaqda gedən ammonifikasiya və nitrifikasiya prossesləri bitkilərin azota olan tələbatını tamamilə təmin etmir, buna görə də torpağa azot gübrələri verməyə böyük ehtiyac vardır. Lakin, erkən yazda nitrifikasiya intensivliyi zəif getdiyi üçün torpaqda temperaturun aşağı olması, şaxtadan sonra donu açıldıqda oranın su ilə dolması nəticəsində, aşağı anaerob şəraitdə mikrobioloji fəaliyyət də zəifləşir. Bitkilər tərəfindən müxtəlif azot duzlarının mənimsənilməsinə düzgün qiymət vermək üçün onların azotla qidalanmasını iki mərhələyə bölmək lazımdır: 1. müxtəlif azot birləşmələrinin bitkiyə daxil olması; 2. Bitkiyə daxil olmuş müxtəlif azot birləşmələrinin mürəkkəb azotlu maddələrin sintezində istifadə olunması.
Fosfor.Fosfor təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Bitkilər fosforu onların kök sistemini əhatə edən torpaq mühitindən, onun ən yüksək dərəcədə oksidləşmiş ortofosfor duzlarından alır. Bitkiyə daxil olmuş fosfor anionu dəyişilmədən ortofosfor turşusu qalığı şəklində müxtəlif üzvi maddələrin tərkibinə daxil olur. Bitki orqanizmin daxililndə gedən bütün həyatı proseslərdə fosforun çox böyük fizioloji əhəmiyyəti vardır. Fosforun rolu birinci növbədə ondan ibarətdir ki, bu element hüceyrələrin canlı hissələrinin əsasını təşkil edən nükleproteidlərin və fosfotidlərin tərkibinə daxil olur. Fosfor nükleproteidlərin tərkibinə nüklein turşusu şəklində daxil olur. Nüklein turşusu isə parçalandıqda bir sıra fizioloji fəal maddələrin tərkibinə daxil olan nükleotidləri verir. Fosfatidlər bitki hüceyrəsinin bütün canlı hissələrində rast gəlir. Hüceyrədə ən mühüm nümayəndəsi letsitindir. Fosfatidlər ən çox plastidlərdə və protoplazmanın plazmalemma və tonoplast pərdələrində rast gələrək onların fiziki xassələrinə böyük təsir buraxır. Fosfor həmçinin çoxlu miqdarda fitinin tərkibinə daxil olur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin