Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi elementlərin ehtiyatı: bilavasitə, yaxın, potensial ehtiyat elementləri və onların miqdarı



Yüklə 0,65 Mb.
səhifə63/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   59   60   61   62   63   64   65   66   ...   161
t.kimya, 1,3

2. Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi elementlərin ehtiyatı: bilavasitə, yaxın, potensial ehtiyat elementləri və onların miqdarı.
Müxtəlif formalı kalium və natrium birləşmələrinin nisbətlərini torpaqda element kimi yayılmalarını və müxtəlif ehtiyat növlərini N.İ.Qorbunov aşağıdakı kimi təklif etmişdir. Bu elementlərin torpaqda ümumi miqdarını o, ümumi ehtiyat adlandırır. Hansı ki, bura sonrakı ehtiyat növlərini də aid edir. Torpaqdan aqrokimyəvi üsulla ayrılan çəkintidə olan miqdarı – bilavasitə ehtiyat adlandırılır. Bura əsasən duzlarda həll olan kationlar və mübadiləvi kationlar aid edilir. Torpağın lil fraksiyasında olan elementlərin miqdarı yaxın ehtiyat adlanır. Bura qatlar arası zonalarda yerləşən mineralların şişmiş qəfəslərində olan kationlar aiddir. Potensial ehtiyat elementləri plagioklaz və çöl şpatlarında olmaqla, qranulometrik elementlərinin ölçüləri 0,001 mm olan fraksiyaların tərkibinə daxildirlər (cədvəl 2) .
K və Na-un bəzi torpaqların ehtiyat qatlarında yayılması (100q/torpaqda) cədvəl 2

Torpaqlar

Dərinlik,sm

Ehtiyatlar

Potensial

Yaxın

Bilavasitə

Ümumi

Kalium

Çimli-podzollu

0-10

1408

236

7

1651

29-37

1324

295

7

1626

48-56

1273

378

9

1660

100-110

939

520

10

1469

Dağ-qaratorpaq

0-10

1082

622

14

1718

70-80

950

671

15

1636

270

934

739

12

1685

Natrium

Şoranlar

1-3

361

129

6

496

3-15

376

179

224

779

15-30

343

199

316

858

40-50

434

163

217

814

60-75

465

119

74

658

200

422

161

75

658


Ümumi ehtiyatın miqdarı torpağın qranulometrik və mineraloji tərkibindən asılıdır. Yüngül torpaqlarda bütün ehtiyat növləri aşağı olur. Kaolinit gilləri üzərində inkişaf etmiş torpaqlarda ehtiyat növləri daha az olur. Yaxın ehtiyat növü əhəmiyyətli dərəcədə mübadiləvi kationların həcmindən asılıdır.Şorlaşmış torpaqların bilavasitə ehtiyat növündə kalium və natriumun miqdarı maksimum həddə çatır.
3. Torpaqda kalium və natrium tərkibli mineralların bir tipli birləşmələri və geokimyəvi fərqli cəhətləri.
Kalium əsasən çöl şpatının və alümosilikatlar qrupundan olan slyudanın tərkibinə daxildir. Kalium tərkibli çöl şpatlarına torpaqda mikroklin, ortoklaz, sanidin, adulyaz formasında rast gəlinir və ümumi formulası K[AlSi3O8] şəklində təsvir olnur. Kaliumun çöl şpatları və slyudanın tərkibindəki miqdarı 8-14%-ə qədər olur (cədvəl 3).
Natrium isə plagioklazın izomorf sırasından olan albitin Na [AlSi3O8] tərkibində olaraq, miqdarı 7,8%-ə qədər çatır. Plagioklazın başqa bir izomorf qarışığı olan albit və anortitin (Ca[AlSi 3O8]Na) tərkibində də natriuma rast gəlmək olar. Natrium və kalium bir tipli birləşmələr əmələ gətirir, lakin geokimyəvi cəhətcə fərqli olurlar. Buna misal olaraq Na-un çöl şpatlarında, kaliumun isə slyudalardakı miqdarını göstərə bilərik.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin