Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə66/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   62   63   64   65   66   67   68   69   ...   161
t.kimya, 1,3

CaCO3+CO2+H2O=Ca(HCO3)2
MgCO
3 + CO2 + H2O = Mg(HCO3)2

Bitkilər Ca və Mg elementlərlə daim təmin olunurlar.Torpaqda kalsiumun azalması ən çox torpaqların deqradasiyası – yuyulması nəticəsində baş verir. Sitrusaltı sarı-podzollu torpaqlarda bu elementin iktisi fizioloji turş mineral gübrələr verilən zaman kəskin sürətdə artır.Lizimetrik analizlərdən alınan məlumata görə rütubətli iqlim şəraitində hər il 1 hektardan 0,6 – 2,0 sentner CaO yuyulur. Şoran və şorakət torpaqlarda bitkilərdə kalsium çatışmazlığı baş verir,çünki bu elementin bitki tərəfindən mənimsənilməsinə K və Na elementlərin duzlarının çoxluğu mane olur.


Maqneziumun çatışmazlığı qumlu və qumsal çimli-podzollu torpaqlarda müşahidə edilir.
1.Əhəngli gübrələr. Bütün əhəngli gübrələri 3 qrupa bölürlər:
-üyüdülmə və yondurulma tələb edən əhəng süxurları;
-üyüdülmə tələb etməyən yumşaq əhəng süxurları;
-əhənglə zəngin olan sənaye tullantıları.
Əhəng tufu – ağ,boz bəzən tünd rəngli küvrək kütlədir.Daha çox istifadə edilir.Əhəng tufunda 42-dən 54%-ə qədər əhəng olur.Torpağa verməzdən əvvəl ələkdən keçirilir.
Dolomit unu - CaCO3.MgCO3 ­. Ağ və ya sarı rəngli tozşəkilli kütlədir.Tərkibində kalsium-karbonat və maqnezium –karbonat vardır.Təbiətdə 95% kimi tərkibində CaCO3 olur.Ən çox maqnezium çatışmayan Qumlu turş torpaqlarda qiymətli əhəngli gübrədir.Dolamit unu əhəng tufundan zəif təsir göstərir,onu çay,sitrus,çuğundur,kartof,kətan bitkilərinə vermək tövsiyə olunur.Torpaqda effektivliyi onun zavodda xırda hissəciklərə ayrılmasından çox asılıdır.Xırda hissəciklərin (un şəkilli) miqdarı çox olsa bir o qədər torpağa çox qarışır və daha da effektiv təsir göstərir.
Əhəng daşı və təbaşir - CaCO3 . Bərk əhəng gübrələrinə aiddir.Kalsiumun ən mühüm birləşməsidir.Torpağa verməzdən əvvəl onu üyütmək,yaxud yondurmaq lazımdır.Əhəngdaşını üyütdükdə əhəng unu,yandırılmış əhəng daşına su tökdükdə sönmüş əhəng Ca(OH)2 alınır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin