Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə64/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   60   61   62   63   64   65   66   67   ...   161
t.kimya, 1,3

K və Na tərkibli bəzi elementlər. cədvəl 3

Minerallar

Formulası

Miqdarı,%

Na

K

Çöl şpatları


Ortoklaz

K[AlSi3O8]

-

14

Albit

Na[AlSi3O8]

9

-

Feldşpatlar


Nefelin

mNaAlSiO4+ nKAlSiO4 + pCaAlSiO4 + NaAlSi3O8

-

-

Na-nefelin




16

-

K-nefelin




-

25

Leysit

KAlSi206

-

18

Analsim

NaAlSi206 .H20

10

-

Slyudalar


Biotit

K(Mg, Fe)3[AlSi3O10](OH,F)2

-

6

Muskovit

KAl2[AlSi3O10](OH)2

-

9,2

Floqopit

KMg3[AlSi3O10](OH,F)2

-

8,6



Hidroslyudalar








Hidromuskovit

KAl2[(Si,Al4)O10](OH)2.nH2O

-

-

Illit




-

5,4

Sulfatlar


Tenardit

Na2SO4

32

-

Mirabilit

Na2SO4.10H2O

14

-

Qlauberit

Na2Ca(SO4)2

16

-

Poliqalit

K2MgCa2(SO4)4.2H2O

-

13,9

Boratlar


Bura

Na2B4O7.10H2O

12

-

Nitratlar


Natrium şorası

NaNO3

27

-

Kalium şorası

KNO3

-

38,6

Xloridlər

Qalit

NaCl

39

-

Karnalit

MgCl2.KCl.6H2O

-

14

Na-um çöl şpatında olan miqdarı Ortoklazda K[AlSi3O8] – 0%, kalim isə 14% təşkil edir. Albitdə isə natrium Na[AlSi3O8] miqdarı 9%, kalium isə 0%-dir. Feldşpatlardan Nefelində isə mNaAlSiO4 + nKAlSiO4 + pCaAlSiO4 + NaAlSi3O8 hər iki elementin (Na və K) miqdarı 0%- dir. Na-nefelində Na 16%, K-nefelində isə K 25%-dir. Bu fərqlər həmin elementlərin kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Belə ki, eyni gücə malik olan bu ionlar K+ və Na+ hidratasiya dərəcələrinə və ion radiuslarına görə fərqlənirlər.


Göstəricilər: Na+ K+
İon radiusu, A. 0,98 1,33
Hidratasiya sayı
(su molekulları ionlara görə) 9-11 5-6
Hidratlaşmış ionların radiusu,A 7,9 5,3

4. Şoran torpaqların müxtəlif fraksiyalarında natrium və kaliumun miqdarı.
Kaliumun slyudalara uyğunlaşması kristal-kimyəvi xüsusiyyətləri ilə əlaqələndirilir. Slyudalar üçqatlı silikatlara aiddirlər, hansı ki, hidrargillit tipli oktaedr qatları tetraedr silisium oksidlərinin iki qatları arasında yerləşir. Tetraedr qatlarında dörd ionlu Si4+ və Al3+ yerləşmişdir ki, bunlar da çoxlu əks qüvvələr yaradır. Lakin kalium ionları bunları kompensasiya edə bilir. Yuxarıda göstərildiyi kimi kalium ionunun radiusu 1,33Ao bərabərdir, oksigen ionunun radiusu da təqribən buna yaxındır – 1,36Ao . Belə olan halda kalium slyuda paketlərini bir-birinə sıx bağlaya bilir ki, bu da termodinamiki əlaqələr üçün sərfəli hesab edilir. Na+ ionunun ölçüsü bildiyimiz kimi K+ -dan kiçikdir (0,98Ao ), Li+ ionunun radiusu lap kiçikdir (0,68Ao ), yəni bunların heç biri slyudalarda kaliumu əvəz edə bilməz.
Na və K elementlərinin bu xüsusiyyətlərini qranulometrik fraksiyalarda yayılmaları və miqdarı daha aydın göstərir (cədvəl 4) .
Şoran torpaqların müxtəlif fraksiyalarında Na və K miqdarı, %
cədvəl 4




Horizontal A 1




HorizontaL c




Na

K

Na

K”

<0,001

0,29

2,02

0,31

2,20

0,001-0,005

1,20

1,98

1,44

1,96

0,005-0,01

1,34

1,40

1,28

1,37

0,01-0,05

1,16

1,33

0,88

1,05

0,05-0,25

0,24

0,60

0,44

0,50

0,25-0,5

0,09

0,14

0,04

0,07

Bütöv torpaqda

0,74

1,46

0,84

1,24

Cədvəldən göründüyü kimi hər iki elementin miqdarı fraksiyalarda kəskin surətdə fərqlənir. Şoranların qum fraksiyasında Na və K miqdarı kəsikn surətdə aşağı düşür. Hətta torpaqla müqayisədə 10 və 20 dəfə azalma müşahidə edilir ki, bu da kvars və kvars tərkibli mineralların olması ilə əlaqələndirilir. Toz fraksiyasında hər iki elementin miqdarı artır və 0,001 mm-dən kiçik fraksiyalarda yenə Na azaldığını görürük. Ancaq K miqdarı fasiləsiz olaraq qum fraksiyasından lil fraksiyasına qədər yüksəlir. Bu həmin fraksiyalarda lay-lay silikatların olması ilə bağlıdır.


K və Na-un bu xüsusiyyətləri zonal yayılmalarında da, mübadiləvi formalarında da (K+ və Na+) özünü göstərir. Mübadiləvi Na+ xeyli miqdarda yalnız şoranlarda və duzlaşmış torpaqların maye fazalarında toplanırlar. Mübadiləvi K+ isə müxtəlif torpaqlarda nisbətən bərabər miqdarda slyudalı mineralların tərkibində olur.
Elə bu da bitkiləri kalium qida elementi ilə təmin edir. Mübadiləvi K+ bitkilər tərəfindən yaxşı mənimsənilir və onu torpaq məhlulunda sıxışdırmaqla təyin etmək mümkündür:
(T)K++CH3COONH4 = (T)NH4++ CH3COO- +K+
Əksər torpaqla kaliumla zəngindir və mübadiləvi K+ formasında müqdarı 0,3-0,5 mq-ekv 100 q olur. Natriumla müqayisədə kaliumun slyuda kimi minerallarla yaxınlığı onu torpağın və yumşaq dağ süxurlarının tərkibində saxlayır.
Buna görə də torpağın akkumulyativ landşaftlarında Na duzları K duzlarına nisbətən daha çox toplanır ( Cədvəl 5).

Respublikamızın bəzi səhra tipli düzlərində Na və K miqdarı
Cədvəl 5

Ərazilər

Na




K




q/l

M/l

q/l

M/l

Şorakətlərin torpaq məhlulunda (Şirvan düzü)

93,40

4,06

7,03

0,18

Şorakətlərin torpaq məhlulunda (Muğan düzü)

35,61

1,55

1,23

0,03

Şorakətlərin torpaq məhlulunda (Acınour gölün ətrafı

105,07

4,57

0,34

0,009

Şorakətlərin torpaq məhlulunda natriumun miqdarı adətən on dəfələrlə kaliumun miqdarından artıq olur.


Əgər bu elementləri kütlə ilə deyil, maddələrdə kəmiyyəti müqayisə etsək fərq daha da yüksələcəkdir. Çünki atom kütləsinə görə K-um Na-dan az qala iki dəfə çoxdur (39 və 23), mol nisbətlərində isə Na:K natriumun xeyrinə 1,7 dəfə (23:39) vəziyyət dəyişir. Baxmayaraq ki, elementlərin dövri sistemi cədvəlində bunlar yaxın qonşudurlar, geokimyəvi və torpaq-kimyəvi xassələrinə görə çox fərqlidirlər ( Hüseynov A.M., Hüseynov N.M-2015).
Mövzu 9: Torpaqda qələvi-torpaq elementlərinin birləşmələri.
Plan:

  1. Pedosferdə və litosferdə qələvi-torpaq elementlərin (Ca, Sr, Ba, Ra) yayilması, birləşmələri və miqdarı.

  2. Azərbaycanın müxtəlif torpaq tiplərində qələvi-torpaq elementlərin ehtiyatı.

1.Pedosferdə və litosferdə qələvi-torpaq elementlərin (Ca, Sr, Ba, Ra) yayilması, birləşmələri və miqdarı.
Bizə məlumdur ki, II- qrupun əsas yarımqrup elementlərinə Be,Mg,Ca,Sr,Ba,Ra aiddir. Bunlardan Ca, Sr, Ba, Ra qələvi-torpaq elementləri kimi daha çox yayilmışdır. Qələvi – torpaq (metalların) elementlərin birləşmələri (Ca yarımqrupu) yer qabığı şəraitində qələvi metalların birləşmələri ilə müqayisədə daha sabit və davamlıdırlar. Ca təbiətdə rast gəlinən birləşmələri: CaCO3 –mərmər, əhəgdaşı, təbaşir.
CaSO4.2H2O-gips
Ca3(PO4)2-fosforit
3Ca3(PO4)2 .CaF2 –apatit
Ca(NO3)2-norveç şorası
CaCO3.MgCO3-dolomit
CaF2-flüorit və s.
Kalsiumun ən mühüm birləşmələri isə CaCO3 –mərmər, əhəgdaşı, təbaşirdir. Torpaq örtüyü müstəqil (xüsusi) yer qabığını- pedosferi təşkil edir. İnsanlar torpaq resurslarından istifadə edərək təxminən 90-94% qida məhsulunu torpaqdan alır. Bu qida məhsullarının ekoloji təhlükəsizliyi torpağın turşuluğundan asılıdır. Çünki turşuluq torpaqda toksikantların həll olmasına və onların bitkiyə daxil olmasına təsir göstərir. Turşuluğun və ya qələviliyin yüksəlməsi ağır metalların həll olmasını artırır. Nəticədə, onların k/t-ı bitkilərinə miqrasiyası da artır. Ona görə də müasir əkinçilikdə bitkilərin yerləşdirilməsində CaCO3-dan istifadə etməklə , yəni əhəngləmənin köməkliyi ilə yüksək turşuluğun aradan qaldırılması təhlükəsiz məhsul əldə etmək üçün olduqca mühüm məsələ sayılır. Ca və Mg birləşmələri torpaqda qələvi metalların birləşmələri ilə müqayisədə daha çox müxtəliflik yaradırlar (cədvəl 1).

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin