CaO- kalsium-oksid. Sönməmiş əhəng adlanır, almaq üçün
CaCO3 10000sCaO+CO2 Sönməmiş əhəngi (CaO) söndürmək üçün isə
CaO+H2O Ca(OH)2+Q (əhəngin söndürülməsi)
Ca(OH)2 –kalsium hidroksid. Sönmüş əhəng adlanır.
Əhəng məhlulu – Ca(OH)2 aşağıdakı kimi bərkiyir.
Ca(OH)2+CO2 (havadan) CaCO3+H2O
Ca(OH)2+SiO2 CaSiO3+H2O
Gips. Təbii gips- CaSO4.2H2O
Yandırılmış (yarımsulu) gips və ya alebastr- (CaSO4)2.H2O
Susuz gips- CaSO4 Kalsium-karbit-CaC2 Çəc (göl əhəngi).Yerli əhəngli qiymətli gübrədir.sututarların aşağı hissəsində rast gəlinir.Tərkibində 80-95% CaCO3 vardır.
Soba külü- şam, çinar, küknar ağaclarının odundan alınır və tərkibində 2,0-dən 7,1%-ə qədər P2O5; 3,2-dən 13,8 %-ə qədər K2O , 50 %-dən artıq əhəng vardır. Bu, çox qiymətli kalium-fosfat və əhəng gübrəsidir. Kül gübrə kimi bütün torpaqlarda effektlidir, bütün bitkilərə verilir. Kül qarabaşaq, kartof, çuğundur, kətan bitkiləri üçün çox faydalıdır. Külün verilmə norması tərkibindəki kaliumun miqdarından və bitkidən asılıdır. Şam ağacı odununun külünü 1 ha 7 sent.,iynəyarpaqlı ağacların külünü isə 10 sentnerə qədər vermək məsləhət görülür.
Defekat– şəkər çuğunduru sənayesində tullantılardan alınır.
Əhəngli – ammonyak şorası. Əhəngli – ammonyak şorasında (NH4NO3+CaCO3).
60% ammonium –nitrat və 40% əhəng daşı vardır.Onda azot 20,5%-dir.Gübrəni 94-95%-li ammonyak şorası ərintisini narın üyüdülmüş əhəng daşı unun qarışdırmaqla əldə edirlər. Sonra qatışıq xüsusi qranulyasiya güllələrində dənəvərləşdirilir və soyudulur.Əhəng daşının ammonium – nitrat ərintisi ilə qarışdıran zaman qismən kalsium – nitrat və ammonium – karbonat əmələ gəlir.
2NH4NO3+CaCO3 = (NH4)2 CO3 +Ca(NO3)2 Ammonium – karbonat karbon qazı və ammonyaka parçalanır:
(NH4)2CO3 2NH3+CO2+H2O
Burada ammonyak itkisinin miqdarı qatışıq komponentlərinin hazırlanması keyfiyyətindən,eləcə də temperaturdan və qarışdırma müddətinin uzunluğundan asılıdır. Ammonyakın uçub getməsi nəticəsində əmələ gələn azot itkisi gübrədə olan azotun miqdarının 0,3-0,8%-nə çatır.