Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə75/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   71   72   73   74   75   76   77   78   ...   161
t.kimya, 1,3

Fosfatların çöküntülü sorbsiyası, məsələn, çətin həllolan hidrooksidlərin səthində

[Al(OH)3]n + CaHPO4 → [Al(OH)3]n-1AlPO4 + H2 + Ca2 + 2OH3.

  1. Kompleksəmələgətirən sorbsiya, məsələn, alüminosilikatlar tərəfindən Fe(OH)+ 2 və humusun kompleksəmələgətirən sorbsiyası.

  2. Xemosorbsiya və adgezion qarşılıqlı təsirlər vasitəsilə gilli-humuslu sorbsion komplekslərin yaranması. Qarşılıqlı təsirin bu tipi torpağın üzvi-mineral kolloidlərinin yaranmasında əhəmiyyətli rol oynayır. Əksər tədqiqatçıların fikrincə, qarşılıqlı təsirin bu tipi humus turşularının və onların duzlarının mineral kolloidlərin səthinə möhkəm yapışmasını şərtləndirir. Yapışmanın möhkəmliyi mineraloji tərkibdən, humus maddəsinin yaratdığı pərdənin qalınlığından və torpağın hidrotermik rejimindən asılıdır. Nümunələrdən göründüyü kimi, torpağın kimyəvi udma qabiliyyəti fosfor turşusu anionlarının və üzvi maddələrin sorbsiyasında, həmçinin polivalent metal kationlarının torpağın bərk fazasının üzvi səthində kompleksəmələgətirmə hesabına udulmasında əhəmiyyətli rolu vardır.

Bioloji udma qabiliyyəti torpaq biotu və bitkilərin kök sistemi vasitəsilə torpaq məhlulundan maddələrin udulmasında özünü göstərir. Bioloji udma prosesləri, torpaq məhlulunun qatılığının və tərkibinin dəyişməsi torpaqda təşəkkül tapmış çoxsaylı sorbsion müvazinətlərə və torpağın sorbsion kompleksinə təsir göstərir.
İngilis alimi Qrem 1861-ci ildə maddələrin diffüziya sürətini öyrənərkən müəyyən etmişdir ki, bəzi maddələr heyvan pərdəsindən tez diffüziya edərək asan kristallaşir, bəzi maddələr isə həmin pərdədən keçmir və kristallaşmir. Buna görə də heyvan pərdəsindən keçən maddələri kristalloid və keçmiyənləri isə kolloid adlandırır. 1809-1904-cü illərdə I. T. Borşov və P.P. Veymar maddələr üzərində tədqiqat apararaq göstərmişdilər ki, maddələri kristalloid və kolloid maddələrə bölmək olmaz.Onlar maddələri iki qrupa bölmək yox, maddələri iki halda olduğunu, kristalloid və kolloid halında olduğunu göstərməyi təklif edirlər. Bir maddənin xırdalanmış hissəciyi, digər maddə içərisində bərabər yayılarsa bu zaman dispers system alınır. Xirdalanmış maddə dispers faza maddənin yayılmış olduğu mühit isə dispersion mühit adlanır.Torpaq müxtəlif ölçülü hissəciklərdən təşkil olunmuş mürəkkəb polidispers sistemdir. Torpaq kolloidləri diametrinin ölçüləri 0,0001 – 0,0200 nm arasında dəyişən hissəciklərdən ibarətdir. Onların torpaqda miqdarı müxtəlifdir. Müxtəlif torpaqlarda kolloid hissəciklərinin miqdarı 1-2–dən 30-40%-ə kimi dəyişir.


  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin