Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə77/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   73   74   75   76   77   78   79   80   ...   161
t.kimya, 1,3

Fosfatların çöküntülü sorbsiyası, məsələn, çətin həllolan hidrooksidlərin səthində

[Al(OH)3]n + CaHPO4 → [Al(OH)3]n-1AlPO4 + H2 + Ca2 + 2OH-.

  1. Kompleksəmələgətirən sorbsiya, məsələn, alüminosilikatlar tərəfindən Fe(OH)+2 və humusun kompleksəmələgətirən sorbsiyası.

  1. Xemosorbsiya və adgezion qarşılıqlı təsirlər vasitəsilə gilli-humuslu sorbsion komplekslərin yaranması. Qarşılıqlı təsirin bu tipi torpağın üzvi-mineral kolloidlərinin yaranmasında əhəmiyyətli rol oynayır. Əksər tədqiqatçıların fikrincə, qarşılıqlı təsirin bu tipi humus turşularının və onların duzlarının mineral kolloidlərin səthinə möhkəm yapışmasını şərtləndirir. Yapışmanın möhkəmliyi mineraloji tərkibdən, humus maddəsinin yaratdığı pərdənin qalınlığından və torpağın hidrotermik rejimindən asılıdır. Nümunələrdən göründüyü kimi, torpağın kimyəvi udma qabiliyyəti fosfor turşusu anionlarının və üzvi maddələrin sorbsiyasında, həmçinin polivalent metal kationlarının torpağın bərk fazasının üzvi səthində kompleksəmələgətirmə hesabına udulmasında əhəmiyyətli rolu vardır.

Bioloji udma qabiliyyəti torpaq biotu və bitkilərin kök sistemi vasitəsilə torpaq məhlulundan maddələrin udulmasında özünü göstərir. Bioloji udma prosesləri, torpaq məhlulunun qatılığının və tərkibinin dəyişməsi torpaqda təşəkkül tapmış çoxsaylı sorbsion müvazinətlərə və torpağın sorbsion kompleksinə təsir göstərir.
4.Torpaq kolloidlərinin əmələ gəlməsi. Aqrotexniki tədbirlərin mübadiləvi kationlarının tərkibinə təsiri.
Sorbsion proseslərin torpağın genezisi ilə əlaqəsi olduqca müxtəlifdir. Torpaquducu kompleksi, onun tərkibi, xassələri və səciyyəvi xüsusiyyətləri torpağa ana süxurdan keçir. Burada ana süxurun qranulometrik və mineraloji tərkibi əhəmiyyətli rol oynasa da, TUK formalaşmasında əsas rol torpaqəmələgəlmə prosesinə məxsusdur. Yuxarıda qeyd edildiyi kimi, torpaq kolloidlərinin səthi üzərində torpaqəmələgəlmə prosesinin məhsulu olan spesifik humus və mineral – humus birləşmələri formalaşmışdır. Humusun sorbsion bərkiməsi təkcə torpaq hissəciklərinin spesifik səthinin formalaşmasında deyil, həmçinin humusun özünün sabitləşməsində və müxtəlif torpaqlarda differensiasiya olunmuş humuslu profilin yaranmasında böyük rol oynayır. Udma prosesi bütün maddələrin torpaq profili boyunca diferensiasiyasında əhəmiyyətli rol oynayır. Sorbsiyaların müxtəlif mexanizmləri yuma rejimi olan torpaqlarda illüvial horizontların formalaşmasında iştirak edir. Torpaq kolloidlərinin xassələrinin, həmçinin torpağın fiziki və fiziki-mexaniki xassələrinin formalaşmasında sorbsiyanın böyük əhəmiyyəti vardır. Məlumdur ki, üzvi maddələrin sorbsiyası nəticəsində torpaq kolloidlərinin hidrofilliyi dəyişir. Mübadilə olunan kationların tərkibinin dəyişməsi TUK tərkibində qələvi metal ionlarının artması ilə kolloidlərin peptizasiyasının artmasına gətirib çıxarır və ya əksinə, TUK tərkibində iki və üç valentli kationların artması ilə onların koaqulyasiyasının artmasına səbəb olur. Torpaq kolloidlərinin vəziyyəti və xassələri, öz növbəsində aqreqatəmələgəlməyə, məsaməliyə, torpağın sıxlığına, həmçinin onun fiziki-mexaniki xassələrinə, o cümlədən yapışqanlığına, plastikliyinə və s. təsir göstərir. Udma prosesləri torpağın mikromorfoloji əlamətlərinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Məsələn, gilli plazmanın toplanması mexaniki udma və adgeziya proseslərinin inkişafı ilə əlaqədardır. Torpağın kökyayılan qatında mineral qida elementlərinin bağlanmasında sorbsion proseslərin böyük əhəmiyyəti vardır. Sorbsiya sayəsində bu elementlər torpaq horizontlarından fəal yuyulmurlar, əksinə, akkumulyasiya olur və bitkilər tərəfindən mənimsənilirlər. Beləliklə, sorbsion proseslər biofil elementlərin və humusun torpaqda akkumulyasiyasına, onun kimyəvi, fiziki-kimyəvi, fiziki və fiziki-mexaniki xassələrinin formalaşmasına təsir etməklə, torpaq münbitliyində müstəsna rol oynayır. Torpaqdan kənd təsərrüfatında intensiv istifadə şəraitində sorbsion proseslərin rolu və onların tənzimlənməsi yüksəlir. Məhz sorbsion proseslər bir çox hallarda gübrələrin, kimyəvi meliorantların, pestisidlərin torpaqla qarşılıqlı təsirinin xarakterini müəyyən edir. Münbit torpaqlar, onların sorbsion xassələrini müəyyən edən bəzi orta ölçülü göstəricilərlə səciyyələnməlidir. Sorbsion xassələri zəif ifadə olunmuş torpaqlar (qumlu və qumsal torpaqlar) mineral gübrələrin, pestisid və başqa maddələrin xeyli hissəsini faydasız şəkildə itirir ki, bu da qrunt suyunun arzuolunmaz çirklənməsinə və kimyəvi vasitələrin səmərəliliyinin itirilməsinə gətirib çıxarır. Qumsal torpaqların uduculuq xassəsini artırmaqdan ötrü onların gilliləşdirilməsi, torpaqlara üzvi gübrələr verməklə üzvi maddələrlə zənginləşdirilməsi, sideratlardan istifadə və əkin dövriyyəsində çoxillik otlardan istifadə kimi vasitələrdən istifadə edilir. Sorbsion xassələri güclü ifadə olunmuş torpaqlar da kimyəvi maddələrlə qarşılıqlı təsirdə əlverişsiz şəraiti ilə səciyyələnir. Maddələrin tam və bərk bağlanması sayəsində onların səmərəsi aşağı olur. Torpaq tərəfindən maddələrin sorbsion bərkidilməsini aşağı salmaqdan ötrü onun tərkibinə sorbsion olmayan maddələr, məsələn, qum qatılmalıdır. Torpağın münbitliyi üçün mübadilə olunan əsasların tərkibinin böyük əhəmiyyəti vardır. Mübadilə olunan əsasların tərkibi, ilk növbədə torpaqların qələviliyini və turşuluğunu müəyyən edir. Sodalı şorakətlər, şoranlar İzafi turşuluğu və ya izafi qələviliyi aradan qaldırmaqdan və torpağın fiziki xassələrini yaxşılaşdırmaqdan ötrü mübadilə olunan kationların tərkibini dəyişmək tələb olunur ki, bu da kimyəvi meliorasiya – turş torpaqların əhəngləşdirmək, qələvi torpaqları gipsləşdirmək və turşulaşdırmaq vasitəsilə həyata keçirilir. Əhəngin dozası hidrolotik turşuluğa görə hesablanır, yəni torpağa daxil edilmiş əhəngin dozası udulmuş hidrogen və alüminiumun tam neytrallaşdırılmasına kifayət etməlidir:

H
TUK │ + 2CaCO3 +H2O → TUK │2 Ca +Al(OH)3 +2CO2


Al
Qələvi şorlaşmış torpaqlar üçün kimyəvi meliorantların dozası hesablanarkən müxtəlif metodlardan istifadə olunur. Bu metodlardan birinə görə meliorantın dozası udulmuş Na+ -u Ca+ ilə əvəz etməli və izafi qələviliyi neytrallaşdırmalıdır:
Na
TUK │ + CaSO4 ↔ TUK │Ca + Na2SO4;
Na
Na2CO3 + CaSO4 ↔ CaCO3 + Na2SO4
Natriumun əmələ gəlmiş həllolan duzları isə torpaqların yuyulması vasitəsilə profildən kənarlaşdırılır. Turş və qələvi torpaqların kimyəvi meliorasiyasının təcrübəsi bu metodların yüksək aqronomik səmərəsini təsdiq etmişdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin