Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə74/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   70   71   72   73   74   75   76   77   ...   161
t.kimya, 1,3

Mexaniki udma qabiliyyəti torpağı təşkil edən məsamələr vasitəsilə iri bərk hissəciklərin profilboyu tutulub saxlanmasıdır. Mexaniki udmaya bu anlayışla yanaşdıqda onu sorbsion proseslərə aid etmək olmur. Lakin son onilliklərdə torpaqlarda daxili diffuzion proseslərin olması, məsələn, üzvi və üzvi-mineral birləşmələrin molekullarının torpaq hissəciklərinin məsamələrində tutulub saxlanması faktı aşkar edilmişdir. Bu hadisəni sorbsion proseslərə aid etmək olar.
Fiziki udma qabiliyyəti, K.K.Hedroysa görə, torpağın bərk hissəciklərinin səthində həllolmuş maddə molekullarının konsentrasiyasının dəyişməsindən ibarətdir. Hazırda fiziki udmaya aid edilən – torpaq tərəfindən suyun dipol molekullarının, bir çox qazların, üzvi birləşmələrin, o cümlədən pestisidlərin udulması yaxşı öyrənilmişdir. Adı çəkilən birləşmələrin fiziki udulmasının torpaq xassələrinin sabitləşməsində, onun vacib sanitarmühafizə funksiyasının həyata keçməsində böyük əhəmiyyəti vardır.
Fiziki-kimyəvi udma qabliyyətinin mahiyyəti, K.K.Hedroysa görə, torpağın bərk fazadakı kationların bir hissəsini torpaq məhlulundakı ekvivalent miqdarda kationlarla dəyişmə qabliyyətidir. Torpaqda kation mübadiləsi aşağıdakı sxem üzrə gedir.
Ca
[TUK] Mg + 5KCl ←→ [TUK]5K + CaCl2 + MgCl2 +HCl
H
Beləliklə, torpağın fiziki-kimyəvi udma qabiliyyəti adı altında K.K.Hedroys ionmübadiləli sorbsiya və ya torpaqda kationların mübadiləsini başa düşürdü. Bu udma qabiliyyəti üçün ekvivalentlik və tam dönərlilik səciyyəvidir. Lakin torpağın mineral sorbentlərində izomorf əvəzləmə nəticəsində kationların mübadiləsiz udulması (sorbsiyası), həmçinin anioların mübadiləli udulması baş verir ki, o da torpağın fiziki-kimyəvi udma qabiliyyətinə aid edilir.
Torpaqlarda kimyəvi udma qabiliyyəti (və ya xemosorbsiya), K.K.Hedroysa görə, torpaq məhlulundakı ayrı-ayrı komponentlərin qarşılıqlı təsiri nəticəsində çətin həllolan çöküntülərin yaranmasından ibarətdir. Bu zaman torpağın yeni bərk fazasının yaranması baş verir. Torpağın uduculuq qabiliyyətinin bu növünə torpaq hissəciklərinin səthində qarşılıqlı çökdürmə qabiliyyəti olan ionların qarşılıqlı təsiri nəticəsində yaranmış çöküntüləri də aid etmək məqsədəuyğun olardı. Bu cür sorbsiya çöküntülü sorbsiya adını almışdır. Kimyəvi udma qabiliyyətinə kompleksəmələgətirən sorbsiya da aid edilir. Bu reaksiya zamanı torpaq məhlulundakı polivalent kationların sorbsiya olunan üzvi maddələrlə qarşılıqlı təsirindən koordinasiya əlaqəsinin yaranması hesabına komplekslər formalaşır. Kimyəvi udma prosesləri gil-humus komponentlərinin formalaşmasında və alüminosilikatların humus birləşmələri ilə qarşılıqlı təsirində əhəmiyyətli rol oynayır. Həmin tipdən olan birləşmələrin yaranmasında əhəmiyyətli rol mineral və humus komponentlərinin adgezion qarşılıqlı təsirinə məxsusdur. Adgeziya dedikdə müxtəlif tərkibli və quruluşlu səthlərin müxtəlif qüvvələrin təsiri altında bir-birinə yapışması başa düşülür. Torpaq strukturunun formalaşmasında da adgezion proseslərin rolu böyükdür. Torpaqlarda kimyəvi udma qabiliyyətinin müxtəlif növlərinə dair nümunələri nəzərdən keçirək:
1. Yeni bərk fazanın yaranması, məsələn, torpaq məhlulunda gübrənin tərkibindəki fosfatın iştirakı ilə reaksiya
2Al+ + Ca (H 2PO4)2 → 2Al PO4 + Ca2+ + 4H+ .


  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin