Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Mövzu 12: Torpağın uduculuq kompleksinin tərkibi və quruluşu



Yüklə 0,65 Mb.
səhifə78/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   74   75   76   77   78   79   80   81   ...   161
t.kimya, 1,3

Mövzu 12: Torpağın uduculuq kompleksinin tərkibi və quruluşu.
Plan:
1.Torpağın uduculuq kompleksinin tərkibi: mineral, üzvi və üzvi-mineral kolloidlər.
2.Mineral və üzvi kolloidlərin tərkibi və xüsusiyyətləri.
3.Üzvi-mineral kolloidlərin tərkibi və xüsusiyyətləri.
4.Kolloid hissəciyin (mitsella) ümumi sxemi.


        1. Torpağın uduculuq kompleksinin tərkibi: mineral, üzvi və üzvi-mineral kolloidlər.

Torpaqda kolloidlər mineral, üzvi və üzvi-mineral birləşmələrlə təmsil olunmuşdur. Mineral kolloidlərə gilli minerallar, silisiumun kolloid formaları və biryarımoksidlər aid edilir. Gilli mineralların səthi kristalların kənarlarında rabitənin pozulması, həmçinin tetraedr və oktaedr şəbəkəsində izomorf əvəzlənməsi ilə əlaqədar mənfi yüklənmiş olurlar. Yüklənmiş səthlərin yaranmasının bu mexanizmləri müxtəlif gilli minerallarda müxtəlif dərəcədə təzahür edir (cədvəl 24, şəkil 12). Mənfi yüklənmə sayəsində gillər kationların mübadiləli udma qabiliyyətinə malik olur. Bunun kəmiyyət ölçüsü kationların mübadilə tutumudur (KMT). Kationların mübadilə tutumu 100 qr maddədə (torpaqda, mineralda, lil fraksiyasında və s.) m-ekv-lə ölçülür. Gilli mineralların mənfi yükü pH-dan asılı deyildir. Yalnız mənfi yük daşıyan kolloidlər asidoidlər, yalnız müsbət yük daşıyan kolloidlər isə bazoidlər adlanır. Amorf mineralların, o cümlədən oksid (hidroksid) qrupundan olanların səthi pH-dən asılı yükə malikdir. Bu cür kolloidlər amfolitoidlər adlanır. Çox turş şəraitdə bu qrupdan olan bəzi minerallar müsbət yük daşıya bilir. Bəzi amfolitoidlərdə mənfi yük pH 8-də 20-40 m-ekv/100q torpaq. çatır. Amorf formalı minerallar torpaqların sorbsion və kolloid xassələrinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Üzvi kolloidlər əsasən humus və zülal təbiətli üzvi maddələrlə təmsil olunmuşdur. Bundan başqa torpaqda kolloid-dispers şəkildə polişəkərlər və başqa birləşmələr də ola bilər. Hər ikisi amfolitoiddir. Lakin turş xassəyə malik humus maddəsində zülal birləşmələri ilə müqayisədə asidoidlik özünü daha qabarıq göstərir. Üzvi kolloidlərin bazoid xassəsi onlarda fəal amin qruplarının olması ilə əlaqədardır. Humus kolloidləri üçün kation mübadiləsinin yüksək tutumu (havada quru preparatda 400-500 m-ekv /100q torpaqda) səciyyəvidir. Üzvi kolloidlər polivalent kationlara bağlanma səbəbindən torpaqda əsasən çökdürülmüş şəkildə (gel) olur. Onların peptizasiyası, yəni kolloid məhlulu (zol) şəklinə keçməsi qələvilərin təsiri altında baş verir.



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin