Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti



Yüklə 0,65 Mb.
səhifə68/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   64   65   66   67   68   69   70   71   ...   161
t.kimya, 1,3

Əhəngli – ammonyak şorası dənələrini yapışmaqdan qorumaq üçün onlar soyuducu barabandan çıxan zaman quru əhəng daşı tozu ilə tozlanır.Tozlamaqdan ötrü silisium,kaolin və başqa maddələrdən də istifadə oluna bilər.
Ammonyak itkiləri az olan gübrəni almaq üçün,qatışığı aşağıda göstərilən şəraitdə əritmək təklif olunur:ammonyak şorası və əhəng daşının nisbəti 60:40, ammonyak şorası ərintisinin konsentrasiyası 94-95%, qatışığın ərimə tempraturu 125-135­o,davam müddəti 10 dəqiqə, dənələrin ölçüsü 2-5mm.
Hazır məhsulu saxlamaq və daşımaqdan ötrü bitumlanmış kağız kisələrə tökürlər.
Ammonyak şorası fizioloji turş gübrədir.Ondan əhəng daşı ilə qatışıq halda istifadə olunması ammonium – nitratin fizioloji turşuluğunu tamamilə neytrallaşdırır.Əhəngli - ammonium şorasının üstünlüyü həmçinin ondan ibarətdirki, onda azot 2 formada - nitrat və ammonyak formasında olur.
Əhəngli – ammonyak şorası bütün bitkilərdən ötrü yaxşı gübrə sayılır.Çay və sitrusaltı podzollu – sarı turş torpaqlarda kalsium nisbətən az olduğu üçün bu gübrənin xüsusi əhəmiyyəti vardır.Bu baxımdan öz effektliyinə görə əhəngli – ammonyak şorası kalsium – şorasından geri qalmır.
Gübrə səpindən qabaq (əkindən qabaq) əsas gübrə kimi və əlavə gübrə şəklində də tətbiq olnua bilər.
Əhəngli – ammonyak şorası inkişaf etmiş Qərbi Avropanın bir çox ölkələrində geniş tətbiq olunur.Keçmiş SSRİ-də isə bu gübrə sənayedə hazırlanan mineral gübrələrin assortimentinə daxil edilir.
2.Əhəngin torpağın reaksiyasına münasibəti.
Turş torpaqlarda turşuluqun neytrallaşdırılması torpaqlarda münbitliyin yüksəldilməsindən ötrü əsas tədbirlərdən biridir. Bunun üçün optimal normada torpağı əhəngləmək və yüksək qələviliyi kənar etmək lazımdır. Əhəng gübrələri kənd təsərrüfatında çox qədimdən tətbiq olunur.Hələ Romalıların hakimliyi dövründə (təqribən 2000 il bundan əvvəl ) Britaniya adalarının əkinləri tarla çəmən və otlaqlarda təbaşir və mergeldən istifadə edirdilər.Torpaqın əhənglənməsi soralar (16-17 əsrlər) daha geniş əkin sahələrdə qərbi avropa ölkələrində tətbiq olunmağa başlamışdır. Əhəngin effektliyinin öyrənilməsində ilk dəqiq tarla təcrübələri Rusiyada D.İ.Mendeleyev tərəfindən 1867-ci ildən – 1969-cu illərdə keçirilmişdir.Sonralar bu istiqamətdə tədqiqatlar A.N.Engelhardt,P.A.Kostiçev,P.S.Kossoviç,K.K.Herots,D.N.Priyanişnikov və başqa alimlər tərəfindən aparılmışdır.Onların çoxlu şagirdlərinin böyük xidmətləri olmuşdur.Bu alimlər tətqiqatlar nəticəsində əhəngin torpaqa təsirinin təbiətini aydınlaşdırmış,onun turş və çimli podzal torpaqlar yüksək effektiyi müəyyən etmiş həmçinin əhəngli gübrələrin tətbiq üsullarını işləyib hazırlamışlar.Əhəngləmənin bu üsulları əkinçiliyin müasir praktikasında da geniş tətbiq edilir.
Qeyd etmək lazımdır ki,turş torpaqlara əhəng vermədən onlardan yüksək məhsul almaq mümkün deyildir.Əhəng (CaCO3) saf suda praktiki olaraq həll olmur,lakin, karbon turşusu olan suda əhəngin həll olması xeyli (təqribən 60%) artır. Torpağa əhəng verilməsi zamanı torpaq məhsullarında olan Co2-nin təsiri altında Kalsium karbonat (Maqnezium karbonat) tədricən həll olub, Kalsium bi karbonata – Ca(HCO3)2 (və ya Maqnezium bi karbonata) çevrilir.
CaCo3+H2O+CO2 Ca(HCO3)2
Akademik Vilyams və akademik Hedroytsum apardıqları tədqiqatları ilə müəyyən etmişlər ki, torpaq strukturunun möhkəmliyi onun tərkibində olan əhənginn miqdarından asılıdır.Əhəng torpaq topacıqlarını sanki sementləyir (yapışdırır).Podzollu torpaqlarda əhəng az olduğuna görə ,onların topacıqları tez dağılır.
Tərkibində kalsium – karbonat olan torpaq məhlulunda hidroksil və kalsium ionlarının konsentrasiyası yüksəlir.Kalsium kationları uducu torpaq kompleksindən hidrogen ionlarını çıxarır və turşuluq neytrallaşır.
Əhəng turş torpaqlarda,həmçinin sərbəst humus turşusu,başqa üzvi turşuları və nitrifikasiya prosesində əmələ gələn nitrat turşusu ilə qarşılıqlı təsirdə olur və onlarıneytrallaşdırır:

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin