Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Torpaqların zonal-genetik sıralarına görə spektral əksetdirmə ardıcıllığı



Yüklə 0,65 Mb.
səhifə53/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   49   50   51   52   53   54   55   56   ...   161
t.kimya, 1,3

2.Torpaqların zonal-genetik sıralarına görə spektral əksetdirmə ardıcıllığı.

İnteqral əksetdirmə kəmiyyətləri torpaqların zonal-genetik sıralarında ciddi ardıcıllıq və gözəçarpacaq dərəcədə fərqlərlə müşayiət olunur. Ən az əksetdirmə qaratorpaqlarda və tünd-boz meşə torpaqlarında müşahidə edilir. Ən çox əksetdirmə boz torpaqlara məxsusdur. Karbonun mineral birləşmələri yəni torpaq karbonatları üzvi maddələrdən fərqli olaraq spektral əksetdirmə qabiliyyətini artırır. Praktiki olaraq bu funksiyanı CaCO3 və MgCO3 yerinə yetirir. Digər karbonatların iştirakı az müşahidə edilmişdir. Lyösslü süxurlarda əksetdirmə qabiliyyətinin artmasını onun tərkibində olan CaCO3-la bağlı olduğu artıq sübut olunmuşdur. Üçüncü tip spektrləri torpaqda dəmir oksidləri və hidroksidlərinin toplanması ilə əlaqələndirirlər. Təmiz kaolinitin spektral əksetdirmə qabiliyyəti 400-550 nm olur, hətta qiyməti 750 nm-də belə dəyişilmir. Kaolinitdə dəmir oksidin miqdarı artan kimi əksetdirmə qabiliyyəti kəskin surətdə azalaraq 400 nm-dən aşağı düşür. Göründüyü kimi kaolinitə Fe(OH)3 və ya Fe 2O3 əlavə edildikdə əyrilərdə bükülmələr hiss edilir. Bu həmin torpaqlarda rənglərin sarı-qonurdan qırmızı-qonura kimi dəyişilməsi ilə nəticələnir.


Torpağın spektral əksetdirmə qabiliyyətini, onun kəmiyyət tərkibini xarakterizə etmək üçün tədqiq etdikdə, nəzərə almaq lazımdır ki, Pλ və Pε kəmiyyətləri çox güclü surətdə torpağın nəmliyindən və qranulometrik tərkibindən asılıdır.
İnteqral əksetdirmə əmsalı p 400-750 nm intervalında torpaq tərəfindən əks olunan işıq selinə bərabər olur. Aydındır ki, burada görünən spektrlər seçilir. Belə ki, ultrabənövşəyi şüaların əks olunması böyük olmadığından diqqəti cəlb etmir. İnfraqırmızı şüalar da bu prosesdə hələ kifayət qədər öyrənilməmişdir. Ona görə də ən yaxşısı gözlə görünən spektrin nəticələrini nəzərə almaqdır. Hansı ki, bu torpağın kimyəvi vəziyyəti haqqında daha aydın təsəvvür yaradır. pε -nu tapmaq üçün absis oxu sərhəddinin sahəsini ölçüb (400-750 ni diapazon dalğa uzunluğunda) onu 100% əksetdirmə absis oxunun sərhəddinin ümumi sahəsinə aid edirlər. Tapılan bu kəmiyyəti ya vahidin bir hissəsi, yaxud faizlə ifadə edirlər. Yuxarıda qeyd etdiyimiz kimi inteqral əksetdirmə əmsalı adətən p750 kəmiyyətindən az olacaqdır. pε və p750 göstəricilərinin müqayisəsi daha dolğun informasiyalar almağa imkan yaradır. Onu da qeyd etmək lazımdır ki, istilik balansını hesabladıqda pε kəmiyyətini mütləq nəzərə almaq lazımdır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin